Məhkəmə qərarları › İş №3(064)-863/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-863/2025

30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-863/2025 30.10.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ23957015 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X3 şikayətinə və ona əlavə olunmuş materiallara baxaraq müəyyən etdi: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ23957015 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti iş materialları ilə birlikdə aidiyyəti üzrə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə şikayəti və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, X4 tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş müddəti ötürməklə verildiyindən və müddətin bərpa edilməsi üçün vəsatət təqdim olunmadığından rədd olunmalıdır. Yuxarıda qeyd edilən şikayət məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Məhkəmə iş üzrə tədqiq olunmuş materaillar əsasında müəyyən edir ki, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ23957015 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayət ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3 (004)-5609/2025 saylı qərarı ilə şikayət iş materialları ilə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(005)-3826/2025 saylı qərardadı ilə şikayət iş materialları ilə birlikdə aidiyyəti üzrə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Şikayətdən görünür ki, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ23957015 saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayəti 10 ay sonra vermiş, verdiyi şikayətə isə müddətin bərpası üçün vəsatət əlavə etməmişdir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 AR DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ23957015 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün vəsatət təqdim olunmadığından rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 114-cü maddələri rəhbər tutaraq qərara aldı: X2 AR DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ23957015 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət rədd edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar