Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 3(064)-864/2025 17.10.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızı, Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ29196471 nömrəli inzibati xəta haqqında qərarından X1 verdiyi şikayətinə şikayətinə baxaraq, müəyyənetdi: İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ29196471 saylı inzibati xəta haqqında qərarından şikayət ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-6784/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə aidiyyəti üzrə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində ona məxsus olan ** LU *** Mercedes markalı avtomobillə hərəkət edərkən Yasmal rayonu, Kaspian Plazanın arxa tərəfində hündür mərtəbəli binanın qarşısında xüsusi ayrılmış avtomobillərin dayanması üçün, xüsusi cib yaranmamış və cibə daxil olmaq üçün qırıq-qırıq xətt çəkilmişdir. O, hərəkət zamanı qırıq xətti kəsərək həmin cibə daxil olmuş, bu zaman onun telefonuna İXM-nin 346.9-cü maddəsi ilə 60 manat cərimə və 2 bal almışdır. Lakin burada heç bir səkidən söhbət gedə bilməz. Bununla bağlı onda sübütlar üçün şəkillərdə vardır. Bütün bunların nəzərə alınaraq şikayətinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: - inzibati tənbeh vermə haqqında qərardan görünür ki, EQ29196471 nömrəli, xx.xx.2025-ci il tarixli protokola əsasən X2 “MERCEDES BENZ 250TD” MİNİK markalı **-LU- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsində nəzərdə tutulmuş intizibati xətanı törətməsinə görə barəsində 60 manat məbləğində cərimə edilmə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qərara gəlirəm ki, aşağıda göstərilən səbəblərə görə şikayət və sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Bununla bağlı qeyd edilməlidir ki, mübahisələndirilən qərar xx.xx.2025-ci il tarixdə qəbul edilsə də, şikayətçinin həmin qərardan şikayəti xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Bu zaman o, qərarı rəsmi qaydada hansı tarixdə aldığını təsdiq edən sübutunu, habelə qərarın rəsmi qaydada ona verildiyi vaxtdan şikayət verilməsi üçün nəzərdə tutulmuş on gün müddəti buraxdığı halda, bunun üzrlü səbəbini göstərməklə və müvafiq sübutunu təqdim etməklə müddətin bərpasına dair vəsatət verməmişdir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olubolmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilibedilmədiyini həll etməlidir. Beləliklə, hesab edirəm ki, şikayətçinin Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025ci il tarixli, EQ29196471 nömrəli qərarından verdiyi şikayət geri qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə əməl etməklə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ barəsində qərar qəbul olunmuş şəxsə izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 129 və134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ29196471 saylı qərarından verilmiş şikayəti geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə əməl etməklə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək, qərardan şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddət ötürüldükdə isə, həmin müddətin bərpasına dair vəsatət vermək hüququ şikayətçiyə izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №3(064)-864/2025
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №3(064)-864/2025
17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver