Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-866/2025 21.10.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Əliyev Taleh Ramiz oğlunun katibliyi, Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Füzuli rayonu, Şükürbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Füzuli rayonu, Şükürbəyli kəndində qeydiyyatda olan, Füzuli rayonu, Şükürbəyli kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X5 tərəfindən xx.xx.2025-ci tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)- 1152/2024 saylı icra sənədinə əsasən 5110 manat aliment borcunun ödənilməsi ilə bağlı icra məmurunun tələbini üzrlü səbəb olmadan ödəməmişdir. Nəticədə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə protokol tərtib edilərək Məhkəməyə göndərilmişdir. Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X5 məhkəmə iclasında bildirdi ki, Füzuli Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli 2(064)-1152/2024 saylı icra sənədinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 11 iyun 2024-cü il tarixdən başlayaraq borclu Şəxs hər ay hər uşağa 180 manat sabit pul məbləğində aliment olmaqla, ayda cəmi 360 manat sabit pul məbləğində alimenti tələbkar X2 xeyrinə tutulmalıdır. X1 bugünə tələbkara 5110 manat aliment borcu vardır. İcra sənədi üzrə 10 dekabr 2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərar məhkəməyə və tələbkara, qərar və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün borclu Şəxs yaşadığı ünvana göndərilmiş, sonradan isə ona rəsmən təqdim edilmişdir. İcra sənədi üzrə aliment borcunun ödənilməsi barədə borclu Şəxs şöbəyə dəvət olunmuş və yığılmış aliment borcun ödənilməsi ondan tələb olunmasına, ona rəsmi SMS xəbərdarlıqlar edilməsinə baxmayaraq, o, qanuni tələbləri yerinə yetirməyərək icra məmurunun çağırışlarına gəlməmiş və icra sənədi üzrə olan aliment borcunu tələbkarın xeyrinə ödəməmişdir. Bu səbəbdən də, icra sənədi üzrə olan aliment borcunu ödətdirmək mümkün olmamış, icra sənədi icrasız qalmışdır. Bu isə tələbkarın haqlı narazılığına və şikayətlərinə səbəb olmuşdur. Sonradan borclu Şəxs yeri məlum olmadığından, icra sənədinin icrasının təmin edilməsi üçün onun axtarılması barədə 10 sentyabr 2025-ci il tarixdə qərar verilərək, qərar icra olunması üçün Füzuli rayon polis Şöbəsinə göndərilmiş və borclu barəsində müvafiq olaraq axtarış işi açılmışdır. Borclu Şəxs 21 oktyabr 2025-ci il tarixdə polis Şöbəsinin əməkdaşları tərəfindən tapılaraq Füzuli rayon icra və probasiya şöbəsinə gətirilib təqdim edilmişdir. Ondan alınmış izahatda, tələbkara borcunun az olduğunu, yetkinlik yaşma çatmayan uşaqları 2024-cü ilin sonunadək özü saxladığını, ümumi aliment borcundan cəmi 650 manat ödədiyini, bugünə, aliment borcundan tələbkara heç bir pul məbləği ödəyə bilməyəcəyini, bu ayın sonundan başlayaraq 250 manat olmaqla, bundan sonrakı aylarda isə 400-500 manatdan aliment borcumu ödəyəcəyini göstərmişdir. Füzuli Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli 2(064)-1152/2024 saylı qətnaməsi üzrə tələb yerinə yetirilmədiyindən borclu Şəxs barəsində 11 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmiş, Füzuli Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli qərarı ilə borclu 500 manat məbləğində cərimə edilmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1—ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Borclunun aliment borcunu birdəfəlik tamamilə ödəməməsi tələbkarın narazılığına və şikayətlər etməsinə səbəb olmuşdur. Buna görə də o, xx.xx.2025-ci il tarixdə borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına daşınar və daşınmaz əmlak aşkar olunmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, hazırda tələbkara 5110 manat aliment borcu var, qətnamə qəbul edildiyi zaman heç bir yerdə işləməmişdir, bu səbəbdən aliment borcunu ödəyə bilməmişdir. Lakin hazırda bir ay yarımdırki Cəbrayıl rayonunun Şükürbəyli kəndində tikinti işləri aparan şirkətdə fəhlə işləyir və 600 manat əmək haqqı alır. Hər 15 gündən bir 300 manat verilir və bir ay yarım ərzində aliment borcundan cəmi 650 manat ödəmişdir. Aldığı cəmi 900 manat əmək haqqısının 650 manat hissəsini aliment borcuna ödəmişdir. Həmçinin bildirir ki, 2 ay ərzində ona əmək haqqı kartı veriləcək və artıq aliment borcu onun əmək haqqısından tutula bilər. Göstərdiklərinə əsasən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən Vəkil bildirdi ki, Şəxs 650 manat ödəmişdirsə, deməli bundan sonra da ödəməyə çalışacaqdır. Həmçinin Şəxs işləməsini, 600 manat əmək haqqı almasının nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)- 1152/2024 saylı icra sənədinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 11 iyun 2024-cü il tarixdən başlayaraq borclu Şəxs hər ay hər uşağa 180 manat sabit pul məbləğində aliment olmaqla, ayda cəmi 360 manat sabit pul məbləğində alimenti tələbkar X2 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Füzuli rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Şəxs barəsində xx.xx.2025-ci il tarixdən axtarış elan edilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in: - 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə, - 528.1-1-ci maddəsində isə həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədlər, Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X5 və borclunun məhkəmə iclasında verdikləri izahatlar əsasında, həmçinin müəyyən etmişdir ki, sonuncu həmin icra sənədi üzrə tələbkar X3 olan aliment borcundan 650 manat ödəmiş, qalan borcunu ödəməkdən imtina etməmiş, əksinə qısa müddətinə hissə-hissə ödəyəcəyini bildirmişdir. Eləcə də, borclunun adına daşınar və daşınmaz əmlak aşkar olunmamışdır. Azərbaycan Respublikası İXM-in: - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iş materiallarında borclunun həmin icra sənədi üzrə tələbkara olan aliment borcunun 650 manat hissəsini ödədikdən sonra qalan borcunun ödəməməsinin üzrsüz səbəbdən baş verməsinə dair konkret sübut yoxdur. Əksinə, borclunun göstərilən icra sənədi üzrə tələbkara bir ay yarım ərzində 650 manat məbləğində ödəniş etməsi icra sənədini qalan hissədə tam icra etməməsinin üzrsüz səbəbdən baş verməsi halını istisna edir. Buna görə də həmin hal iş materialları ilə sübut edilmir. Bu səbəbdən həmin halın mövcud olması barədə şübhələr olsa belə, borclunun xeyrinə həll edilməlidir. Borclu həmin icra sənədi üzrə tələbkara olan aliment borcunu üzrsüz səbəbdən deyil, maddi vəziyyətinin zəif olması səbəbindən birdəfəlik tamamilə ödəyə bilməmişdir. Azərbaycan Respublikası İXM-in: - 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. - 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 114.2.1-ci maddəsinə əsassən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə yuxarıda göstərdiyi işin müəyyən edilmiş hallarına və onlara tətbiq edilməli olan qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, borclunun əməlində Azərbaycan Respublikası İXM-in 528.1 və ya 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri olmadığına görə sonuncu barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 22 manat pul dövlət büdcəsindən tutularaq Vəkil Kapital Bank ASC-nin Abşeron rayon filialındakı AZ71AİİB410400D**********123 saylı, VÖEN: ********** saylı hesabına köçürülməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 3, 8, 53.1.2 və 114.2.1-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 02 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 22 manat dövlət büdcəsindən tutularaq Vəkil Kapital Bank ASC-nin Abşeron rayon filialındakı AZ71AİİB410400D**********123 saylı, VÖEN: ********** saylı hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №3(064)-866/2025
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-866/2025
21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver