Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-87/2023 10.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iştirakı ilə, 28 avqust 1981-ci il tarixdə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Yuxarı Əbdürrəhmanlı kəndində qeydiyyatda olan, Füzuli rayonu, Zobucuq-5 qəsəbəsi, ev 301-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Füzuli Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 23 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən xüsusi icazə almadan “F.JAGER&Co.SUHL” markalı, 17171 nömrəli, 16 kalibrli ov tüfəngini əldə etmiş, saxlamış və daşımışdır. Buna görə də Füzuli RPŞ-nin polis sahə rəisi, polis leytenantı X1 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 23 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş 22 fevral 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Füzuli RPŞ-də araşdırılması aparılmış HK- 1/53 nömrəli material üzrə Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən xüsusi icazə almadan “F.JAGER&Co.SUHL” markalı, 17171 nömrəli, 16 kalibrli ov tüfəngini əldə etməsi, saxlaması və daşıması, sonuncunun 14 yanvar 2023-cü il tarixdə saat 15 radələrində idarə etdiyi “Toyota Prado” markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Füzuli rayonu, Alıxanlı kəndində yerləşən stasionar polis postundan işğaldan azad olunmuş əraziyə keçmək istəyərkən Füzuli RPŞ-nin əməkdaşları tərəfindən saxlanması və həmin silahın göstərilən avtomobildən aşkar edilməsi müəyyən edilmiş, qərarın surəti Şəxs Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Füzuli RPŞ-nin İTB-yə göndərilmişdir. Həmin araşdırma zamanı sonuncu verdiyi izahatında hazırki iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətdiyini etiraf edərək, iş üzrə idarə etdiyi avtomobildən aşkar edilmiş ov tüfənginin babasına məxsus olduğunu, babasının ölümündən sonra onda qaldığını göstərmişdir. Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsində göstərilmişdir ki, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - HK-1/53 nömrəli material üzrə Füzuli RPŞ-də aparılmış araşdırma zamanı özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. - Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə səmimi peşmançılığından ibarət məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində “F.JAGER&Co.SUHL” markalı, 17171 nömrəli, 16 kalibrli ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində “F.JAGER&Co.SUHL” markalı, 17171 nömrəli, 16 kalibrli ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Füzuli Rayon Polis Şöbəsində saxlanılan “F.JAGER&Co.SUHL” markalı, 17171 nömrəli, 16 kalibrli ov tüfəngi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi-texniki təminat idarəsinə təhvil verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-87/2023
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-87/2023
10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver