Məhkəmə qərarları › İş №3(064)-87/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-87/2024

05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-87/2024 05.02.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, Füzuli rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Vəfa Ələkbərovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qızının və müdafiəçi X1 iştirakları ilə, xx.xx.1987-ci il tarixində Füzuli rayonu, Ələsgərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, həmin ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vəfa Ələkbərov xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. Protokol onunla əsaslandırılır ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(020)-1607/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 10 avqust 2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 190 manat olmaqla 950 manat məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs Yəhya oğluna ödənilməlidir. İcra vərəqəsi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, məhkəməyə və tərəflərə göndərilmiş, həmçinin qərar və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün borclu Şəxs rəsmən təqdim olunmuşdur. Borclu Şəxs icra vərəqəsi üzrə aliment borcunun ödənilməsi barədə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, qanuni tələbləri yerinə yetirməyərək, icra vərəqəsi üzrə 4750 manat məbləğində aliment borcundan tələbkar Zərərçəkmiş şəxs Yəhya oğlunun xeyrinə heç bir pul məbləği ödəməmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar borclu Şəxs alınmış izahatda o, icra vərəqəsi üzrə 4750 manat məbləğində aliment borcunu tələbkar Zərərçəkmiş şəxs Yəhya oğluna ödəyə bilmədiyini göstərmişdir. Bu səbəbdən də, məhkəmə qətnaməsinə əsasən yaranmış aliment borcunu ödətdirmək mümkün olmamış, qətnamə icrasız qalmışdır. Bu isə tələbkarın haqlı narazılığına və şikayət etməsinə səbəb olmuşdur. Göstərilənlərə əsasən, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında: Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Vəfa Ələkbərov izahat verərək bildirdi ki, borclu Şəxs tərəfindən məhkəmənin icra sənədi icra olunmamışdır. Belə ki, borclu Şəxs icra sənədi üzrə aliment borcu hazırda cəmi 4750 manat təşkil edir. Onun tərəfindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borclu onun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə borclu Şəxs izahat verərək bildirdi ki, həmin məhkəmə qərarı üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü olaraq icra edilməsi barədə xəbərdarlıq bildirişini almışdır. Lakin bu günədək tələbkara heç bir ödəniş etməmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, borclu Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində göstərilir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bununla yanaşı, İXM-in inzibati tənbehin məqsədlərindən bəhs edən 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, ödənilməmiş borcun məbləğini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını və işin sair digər hallarını nəzərə alaraq icra sənədi üzrə borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 528.1-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Əsli ilə düzdür. Hakim: Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar