Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-883/2024 10.10.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın vəzifəli şəxsi – Füzuli Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 2005-ci il tarixdə Füzuli rayonu, Kərimbəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsili, işləməyən, Füzuli rayonu, Kərimbəyli kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş 10 oktyabr 2024-cü il tarixli, MN 194982 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 09 oktyabr 2024-cü il tarixdə saat 19 radələrində işğaldan azad edilmiş ərazilərə getmək üçün xüsusi icazəsinin olmadığı halda, həmin ərazilərdən qanunsuz olaraq metal hissələr yığmaq məqsədilə X1 idarə etdiyi “Mitsubishi-Pikap” markalı, **-ES- *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda gizlənib, Füzuli rayonu, Alxanlı kəndi ərazisində yerləşən stasionar polis postundan keçib işğaldan azad edilmiş ərazilərə getməklə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Onlar 10 oktyabr 2024-cü il tarixdə geri qayıtmaq üçün həmin polis postundan keçərkən aparılmış araşdırma zamanı yuxarıda göstərilmiş hal müəyyən edilmiş və həmin avtomobilin yük yerindən Şəxs işğaldan azad edilmiş ərazilərdən yığdığı metal hissələr aşkar edilmişdir. Göstərilənlərə əsasən Füzuli RPŞ-nin polis sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 10 oktyabr 2024-cü il tarixli, MN 194982 nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RPŞ-nin polis sahə rəisi, polis leytenantı X2 tərtib etdiyi 10 oktyabr 2024-cü il tarixli, MN 194982 nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermiş, izahatında əlavə olaraq, araşdırma zamanı 09 oktyabr 2024-cü il tarixdə Şəxs işğaldan azad edilmiş ərazilərə getmək üçün xüsusi icazəsinin olmamasının müəyyən edildiyini göstərmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, o, 09 oktyabr 2024-cü il tarixdə saat 19 radələrində işğaldan azad edilmiş ərazilərə getmək üçün xüsusi icazəsinin olmadığı halda, həmin ərazilərdən qanunsuz olaraq metal hissələr yığmaq məqsədilə X1 idarə etdiyi “Mitsubishi-Pikap” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda gizlənib, Füzuli rayonu, Alxanlı kəndi ərazisində yerləşən stasionar polis postundan keçib işğaldan azad edilmiş ərazilərə getmiş, Orxan Quliyevlə birlikdə gələcəkdə satmaq məqsədilə oradan həmin avtomobilin yük yerinə metal hissələr yığmışlar. Onlar 10 oktyabr 2024-cü il tarixdə geri qayıtmaq üçün həmin polis postundan keçərkən aparılmış araşdırma zamanı onun 09 oktyabr 2024-cü il tarixdə işğaldan azad edilmiş ərazilərə getmək üçün xüsusi icazəsinin olmadığı müəyyən edilmiş və həmin avtomobilin yük yerindən onların işğaldan azad edilmiş ərazilərdən yığdıqları metal hissələr aşkar edilmişdir. Göstərdiyi əməli ailəsinin maddi vəziyyəti aşağı səviyyədə olduğuna görə 15 oktyabr 2024-cü il tarixdə bacısının keçiriləcək toy mərasimi ilə əlaqədar çəkiləcək xərcləri qarşılamaq məqsədilə törətmişdir. Buna görə də hazırki iş üzrə əməlində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasını mübahisələndirmir. Əməlindən səmimi peşimandır. Məhkəmədən barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında və Füzuli RPŞ-də aparılmış araşdırma zamanı özünün verdiyi etirafedici izahatları ilə yanaşı, iş materiallarında olan sənədlər və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. - Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığının olmasını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, səmimi peşmançılığından ibarət məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 200 manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi kifayətdir. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 200 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-883/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-883/2024
10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver