Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-885/2024 11.10.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın vəzifəli şəxsi – Füzuli Rayon Polis Şöbəsinin polis baş leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Yardımlı rayonu, Bərcan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsili, işləməyən, Beyləqan rayonu, İmamverdilər kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş 11 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 11 oktyabr 2024-cü il tarixdə saat 01:30 radələrində Füzuli rayon, Alxanlı kəndində yerləşən polis stasionar postundan gizlin şəkildə xüsusi icazəsi olmadan işğaldan azad olunmuş ərazilərə keçərkən saxlanılmışdır. Buna görə də Füzuli RPŞ-nin polis baş leytenantı X1 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 11 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RPŞ-nin polis baş leytenantı X1 tərtib etdiyi 11 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, o, tanışları Qalib Nəcəfov və Azadxan Oruczadə ilə birlikdə xx.xx.2024-cü il tarixdə Hadrut qəsəbəsinə getmək qərarına gəlmişlər. Lakin onun və Şəxs işğaldan azad olunmuş ərazilərə keçmək üçün xüsusi icazəsi olmadığından gizlin keçmək qərarına gəliblər. X2 rayonunda fəaliyyət göstərən çörək zavodunda işləyir və onun işğaldan azad olunmuş ərazilərə keçmək üçün xüsusi icazəsi var. O və X4 Oruczadənin idarə etdiyi (çörək payladığı) “Ford Tranzit” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobildə gizlənərək keçməyi planlaşdırıblar. Odur ki, xx.xx.2024-cü il tarixdə gecə saat 01 radələrində avtomobilin içərisində çörək yeşiklərinin arxasında gizləniblər. Həmin gün gecə saat 2-nin yarısında Hadrut qəsəbəsinə gedərkən Füzuli rayonu, Alxanlı kəndində yerləşən sationar polis postunda polis əməkdaşları tərəfindən axtarış keçirilən zaman onlar aşkar ediliblər. Hazırki iş üzrə əməlində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasını mübahisələndirmir. Əməlindən səmimi peşimandır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 01:30-da Füzuli-Şuşa yolunun üzərində yerləşən 6 nömrəli stasionar polis postunda postda yaxınlaşan “Ford Tranzit” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomaşının yük yerinə baxış keçirilən zaman yük yerində gizlənərək işğaldan azad olunmuş ərazilərə keçmək istəyən iki nəfər - Qalib Nəcəfov və Şəxs polis əməkdaşları tərəfindən aşkar edilərək Füzuli Rayon Polis Şöbəsinə dəvət edilmişdir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, şahidin izahatı və iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. - Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığı Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə səmimi peşmançılığından ibarət məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 200 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 200 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №3(064)-885/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-885/2024
11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver