Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-887/2025 12.11.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlu tərəfindən Füzuli RPŞ-dən X2 barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Füzuli RPŞ X2 barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası İXM-in: - 53.1.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 105.1.-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İş materiallarında olan: - xx.xx.2025-ci il tarixli, EQ 26468039 nömrəli qərarın surətindən görünür ki, X2 Azərbaycan Respublikası İXM-in 469.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək barəsində 50 manat məbləğində inzibati cərimə təyin edilmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, X2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, X1 ölməsindən sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməzdi. Füzuli RPŞ X1 ölməsindən sonra barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etməklə Azərbaycan Respublikası İXM-in 53.1.8-ci maddəsinin tələbini pozmuşdur. Buna görə də hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53 və 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №3(064)-887/2025
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-887/2025
12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver