Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-895/2024 21.10.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X11, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X12, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx xxx 1996-cı il tarixdə Beyləqan rayonu, İ Şahsevən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 ünvanında kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Füzuli RİPŞ) daxil olmuş 16 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Füzuli RİPŞ-nin icra məmuru X12 tərəfindən borclu Şəxs (bundan sonra - borclu) barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 16 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokol borclu barəsində onun Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı Füzuli Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 16(064)-14/2023 nömrəli qərardadı əsasında həmin tarixdə verilmiş icra sənədini (bundan sonra – həmin icra sənədi) tələbkar Zərərçəkmiş şəxs (bundan sonra – tələbkar) xeyrinə üzrsüz səbəbdən icra etməməsi nəticəsində törətməsinə görə tərtib edilmişdir. Məhkəmə iclasında Füzuli RİPŞ-nin icra məmuru X12 verdiyi izahatında göstərmişdir ki, həmin icra sənədinə əsasən borcluya tələbkarın azyaşlı uşaqları olan 25 oktyabr 2018ci il təvəllüdlü X5 və 14 yanvar 2016-cı il təvəllüdlü X6 ilə hər həftənin şənbə günləri saat 10:00-dan 16:00-dək ünsiyyətdə olmasına mane olan hərəkətlər etməsi qadağan edilmişdir. Həmin icra sənədi üzrə 11 iyul 2023-cü il tarixdə icraata başlamaq haqqında qəbul edilmiş qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş borclunun yaşadığı ünvana göndərilmişdir. Həmin icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün borclunun Abşeron rayonu, Masazır kəndi ərazisində yaşaması barədə təqdim etdiyi arayış əsasında Abşeron RİPŞ-yə göndərilsə də, həmin icra orqanının 30 iyul 2024-cü il tarixli qərarı ilə borclunun həmin ünvanda yaşamaması, Füzuli rayonu, Horadiz şəhəri ərazisində qeydiyyatda olması müəyyən edildiyinə görə Füzuli RİPŞ-yə göndərilmişdir. Tələbkar 10 sentyabr 2024-cü il tarixdə Füzuli RİPŞ-yə təqdim etdiyi yazılı ərizəsində X2 borclu ilə, X3 isə həmin icra sənədinin verilməsindən sonra onunla yaşadığını, borclunun onun X6 ilə ünsiyyət hüququnu təmin etmədiyini göstərmişdir. X1 tələbkar ilə görüşməsi üçün Füzuli RİPŞ-yə onun tərəfindən mobil telefon vasitəsilə verilmiş məlumat əsasında təyin edilmiş 14 sentyabr 2024-cü il tarixdə gətirsə də, 21 və 28 sentyabr 2024-cü il tarixlərdə gətirməmiş, bunun səbəbini özünün X6 ilə Abşeron rayonu, Masazır kəndində yaşaması, sonuncunun həmin kənddə yerləşən orta məktəbdə təhsil alması və həftənin şənbə günündə də dərslərinin olmasına görə məktəbə getməsi ilə izah etmiş, lakin bu halları təsdiq edən sənədi Füzuli RİPŞ-yə təqdim etməmişdir. Bunlar tələbkarın narazılığına və şikayətlər etməsinə səbəb olmuşdur. Buna görə də o, borclunun icra sənədindəki tələbi 21 və 28 sentyabr 2024-cü il tarixlərdə üzrsüz səbəbdən icra etməməsi barədə nəticəyə gəlmişdir. Bu səbəbdən 25 sentyabr 2024-cü il tarixdə qəbul etdiyi “Borclunun axtarışı haqqında” qərarı icra olunması üçün Füzuli RPŞ-yə göndərmişdir. 16 oktyabır 2024-cü il tarixdə Füzuli RPŞ-nin əməkdaşları tərəfindən borclu Füzuli RİPŞ-yə təhvil verilmişdir. Göstərdiklərinə əsasən 16 oktyabr 2024-cü il tarixdə borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə hazırki inzibati xəta haqqında protokolu tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, onunla tələbkar arasında bağlanmış nikah məhkəmə qaydasında pozulduqdan sonra onların nikahından doğulmuş uşaqları X6 onunla, X5 isə tələbkarla yaşayırlar. O, X2 tələbkarla görüşməsinə, beləliklə də, həmin icra sənədinin icra edilməsinə maneçilik törətməmiş, əksinə, həmin uşağını 2014-2015-ci tədris ilinin başlanmasınadək, o cümlədən, 21 sentyabr 2024-cü il tarixdə həmin icra sənədinin icra olunmasını təmin etmək üçün Füzuli RİPŞ-ə aparmışdır. X4 tələbkarla görüşməsi üçün icra məmurunun mobil telefon vasitəsilə ona verdiyi məlumatlar əsasında təyin edilmiş 21 və 28 sentyabr 2024-cü il tarixlərdə Füzuli RİPŞ-yə gətirə bilməməsinin səbəbini məhkəməyə təqdim etdiyi arayışlardan da göründüyü kimi, özünün X6 ilə Abşeron rayonu, Masazır kəndində yerləşən “Qurtuluş-93” yaşayış kompleksi, İstiqlaliyyət küçəsi, ev 3, mənzil 6 ünvanında yaşaması, sonuncunun ünvan 4ktəbində təhsil alması və həftənin şənbə günündə də saat 11:25-dən 14:40-dək dərslərinin olmasına görə həmin məktəbə getməsi ilə izah edir. İcra məmuruna da X4 21 və 28 sentyabr 2024-cü il tarixlərdə Füzuli RİPŞ-yə gətirə bilməyəcəyinin bu səbəbləri barədə qabaqcadan məlumat versə də, bu halları təsdiq edən sənədi təqdim edə bilməmişdir. Göstərdiklərinə əsasən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil borclunun izahatında göstərdiklərinə və məhkəməyə təqdim etdiyi arayışlara əsasən icra sənədindəki tələbi 21 və 28 sentyabr 2024-cü il tarixlərdə üzrlü səbəbdən icra etməməsinə görə borclu barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş, məhkəmə iclasında elan edilmiş: - Füzuli Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 16(064)-14/2023 nömrəli qərardadı üzrə 03 iyul 2023-cü il tarixdə verilmiş icra sənədinə əsasən borcluya tələbkarın azyaşlı uşaqları olan 25 oktyabr 2018-ci il təvəllüdlü X5 və 14 yanvar 2016-cı il təvəllüdlü X6 ilə hər həftənin şənbə günləri saat 10:00-dan 16:00-dək ünsiyyətdə olmasına mane olan hərəkətlər etməsi qadağan edilmişdir. - Füzuli RİPŞ-də tələbkar, borclu və iki nəfər şahidlərinin iştirakları ilə tərtib edilmiş 14 sentyabr 2024-cü il tarixli aktda göstərilmişdir ki, göstərilən tarixdə Füzuli RİPŞ-də həmin icra sənədi üzrə tələbkarın azyaşlı uşağı X6 ilə ünsiyyətdə olması baş tutmuşdur. - Füzuli RİPŞ-də tərtib edilmiş 21 sentyabr 2024-cü il tarixli aktda göstərilmişdir ki, borclu göstərilən tarixdə həmin icra sənədi üzrə X4 tələbkarla ünsiyyətdə olması üçün Füzuli RİPŞ-yə gətirməmiş və icra sənədinin icrasını təmin etməmişdir. - "xxxx" MMC-nin 17 oktyabr 2024-cü il tarixli, 2135 nömrəli arayışında göstərilmişdir ki, Şəxs Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş-93” yaşayış kompleksi, İstiqlaliyyət küçəsi, ev 3, mənzil 6-da yaşayır. - ünvan 4ktəbin 17 oktyabr 2024-cü il tarixli, 375 nömrəli arayışında göstərilmişdir ki, X6 həmin məktəbin İİİ sinfində oxuyur və hər həftənin şənbə günü də saat 11:25-dən 14:40-dək dərsləri olur. Azərbaycan Respublikası İXM-in: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin dispozisiyasının hazırki işlə əlaqəli olan hissəsindən aydın görünür ki, həmin maddə üzrə inzibati məsuliyyət icra sənədindəki tələbin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə yalnız üzrsüz səbəbdən icra edilməməsinə görə yaranır. Məhkəmə Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasının müəyyən edilməsi məqsədilə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə iş üzrə yuxarıda göstərilmiş məzmunda olan izahatlar və iş materiallarında olan sənədlər əsasında müəyyən etmişdir ki, borclu tələbkar ilə nikahından doğulmuş azyaşlı Şəxs tələbkar ilə ünsiyyətdə olmasına hər hansı formada maneçilik törətməmiş, icra məmurunun həmin icra sənədinin icrasını təmin etmək məqsədilə təyin etdiyi, həftənin şənbə günləri olmuş 21 və 28 sentyabr 2024-cü il tarixlərdə Şəxs tələbkar ilə ünsiyyətdə olması üçün Füzuli RİPŞ-yə gətirməməsi özünün X6 ilə Abşeron rayonu, Masazır kəndində yerləşən “Qurtuluş-93” yaşayış kompleksi, İstiqlaliyyət küçəsi, ev 3, mənzil 6 ünvanında yaşaması, sonuncunun ünvan 4ktəbində təhsil alması və həftənin şənbə günündə də saat 11:25-dən 14:40-dək dərslərinin olması, beləliklə də, məktəbdə təhsilə cəlb edilməsinin zəruri olması, yəni üzürlü səbəbdən olmuşdur. Azərbaycan Respublikası İXM-in: - 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. - 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 114.2.1-ci maddəsinə əsassən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə yuxarıda göstərilən işin müəyyən edilmiş faktiki hallarına və onlara tətbiq edilməli olan qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, yuxarıda göstərilən səbəbdən Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlaməti yaranmadığına görə sonuncu barəsində Füzuli RİPŞ tərəfindən tərtib edilmiş 16 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 3, 8, 53.1.2 və 114.2.1-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs barəsində tərtib edilmiş 16 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-895/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-895/2024
21.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver