Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-898/2024 21.10.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlu katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Füzuli rayonu, Dədəli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı n törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən daxil olmuş 20 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Füzuli Rayon Polis Şöbəsinin qarşısında alkoqol və narkotik maddə sərxoşluğunda polisin ünvanına uca səslə nalayiq söyüşlər söymüş və polisin qanuni tələbinə tabe olmamışdır. Buna görə də Füzuli RPŞ-nin sahə rəisi, polis leytenantı X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RPŞ-nin polis sahə rəisi X4 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, 19 oktyabr 2024-cü il tarixdə bacısı Simnarə ona zəng edərək oğlunun polis əməkdaşları ilə mübahisə edərək tutulduğunu, hazırda Füzuli Rayon Polis Şöbəsində olduğunu və ora getməli olduğunu bildirmişdir. Şöbəyə yaxınlaşarkən spirtli içkinin, həmçinin narkotik maddənin təsiri altında olduğundan polis əməkdaşları ilə uca səslə əsassız mübahisə etmiş, bu hərəkətlərini polis əməkdaşlarının qanuni tələblərinə baxmayaraq davam etdirmişdir. Buna görə də polis əməkdaşları onu Füzuli RPŞ-yə dəvət etmişlər. Törətdiyi həmin əməlindən səmimi peşimandır. Polis əməkdaşlarından üzr istəyir. Göstərdiklərinə əsasən barəsində inzibati cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Füzuli RPŞ-nin PPXB-nin əməkdaşları X3 və X5 izahatlarında işin müvafiq halları barədə X4 ilə eyni məzmunda ifadə vermişlər. İş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş: - 19 oktyabr 2024-cü il tarixli, 616 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”nda göstərilmişdir ki, həmin tarixdə müayinə zamanı Şəxs sərxoş olması müəyyən edilmişdir. - 19 oktyabr 2024-cü il tarixli, AZA 021135 nömrəli “inzibati qaydada tutma haqqında protokol”dan görünür ki, Şəxs iş üzrə 19 oktyabr 2024-cü il tarixdə saat 04:10- da inzibati qaydada tutulmuşdur. - Fəxri Fərmandan müəyyən olunur ki, Fərəcov X6 müharibəsində xidməti vəzifələrini layiqincə yerinə yetirdiyi üçün Fəxri Fərmanla təltif olunmuşdur. Azərbaycan Respublikası İXM-in: - 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. - 535.1-ci maddəsinə əsasən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməlləri törətməsi: - məhkəmə iclasında və Füzuli RPŞ-də aparılmış araşdırma zamanı özünün verdiyi etirafedici izahatı, şahid qismində dindirilmiş X3 və X2 verdikləri izahatları, iş materiallarında olan 19 oktyabr 2024-cü il tarixli, 616 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı” və digər sənədlərlə tam sübuta yetirilmişdir. - ictimai qaydanın pozulması və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmama ilə nəticələndiyinə görə Azərbaycan Respublikası İXM-in müvafiq olaraq 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddələrdə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İXM-in: - 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. - 43-cü maddəsinə əsasən həmin Məcəllənin 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxdığına, inzibati tənbeh növləri olan inzibati həbs və cərimə 535-ci maddənin sanksiyasında müvafiq olaraq bir ayadək müddətə və iki yüz manat məbləğində, 510-cu maddənin sanksiyasında isə müvafiq olaraq on beş günədək müddətə və əlli manatdan yüz manatadək məbləğində nəzərdə tutulduğuna, beləliklə də, 535-ci maddədə nəzərdə tutulmuş inzibati xəta 510-cu maddədə nəzərdə tutulmuş inzibati xətadan daha ciddi olduğuna görə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs iş üzrə törətdiyi inzibati xəta əməllərinə münasibədə səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə, təqsirini etiraf etməsini və Qarabağ müharibəsində iştirak etməsini həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar, həmin əməlləri sərxoş vəziyyətdə törətməsini isə həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi, həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, səmimi peşmançılığ, təqsirini etiraf etməsi və Qarabağ müharibəsində iştirak etməsindən ibarət məsuliyyətini yüngülləşdirən halların olmasını, həmin əməli sərxoş vəziyyətdə törətməsindən ibarət məsuliyyətini ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün 34.3-cü maddəsi tətbiq edilməklə, 535.1-ci maddəsi ilə onun barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi kifayətdir. Məhkəmə hesab edir ki, Şəxs 19 oktyabr 2024-cü il tarixdə saat 04:10-da inzibati qaydada tutulduğu müəyyən edildiyinə görə onun 21 oktyabr 2024-cü il tarixədək inzibati qaydada tutulduğu cəmi 2 (iki) gün müddət nəzərə alınmalı və ona təyin edilmiş inzibati cərimə tənbeh tədbiri yüngülləşdirilməklə, üzərində qəti olaraq 50 (əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri saxlanılmalı və o, dərhal məhkəmə iclasında inzibati qaydada tutulmadan azad olunmalıdır. Məhkəmə şərh olunanlara əsasən Azərbaycan Respublikası İXM-in 31-33, 106-115ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində 200 (iki yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs iş üzrə 19 oktyabr 2024-cü il tarixdən 21 oktyabr 2024-cü il tarixədək inzibati qaydada tutulduğu cəmi 2 (iki) gün müddət nəzərə alınaraq, ona təyin edilmiş cərimə inzibati tənbeh tədbiri yüngülləşdirilməklə, üzərində qəti olaraq 50 (əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri saxlansın. Şəxs məhkəmə iclasında inzibati qaydada tutulmadan dərhal azad olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №3(064)-898/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-898/2024
21.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver