Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-9/2025 10.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1984-cü il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla, orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon İcra və Probasiya Şöbəsindən (bundan sonra – Füzuli RİPŞ) daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin (bundan sonra – Məhkəmə) binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Füzuli RİPŞ-dən daxil olan xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş materiallarında müəyyən olunur ki, Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(064)-47/2024 saylı icra vərəqəsinə əsasən borclu Şəxs (bundan sonra - Borclu) xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşma çatnadək saxlanılmaları üçün hər ay cəmi 480 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs (bundan sonra – Tələbkar) xeyrinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək qərar poçt vasitəsilə Məhkəməyə və tələbkara, qərar və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün Borclunun yaşadığı ünvana göndərilib, sonradan isə ona rəsmən təqdim edilib. Görülən icra tədbirləri nəticəsində Borclunun yaşayış yeri məlum olmayıb, onun barəsində xx.xx.2024-cü tarixdə Borclunun məcburi gətirilməsi haqqında qərar qəbul edilib, xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən Füzuli RİPŞ-nə təhvil verilib. Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bu səbəbdən də, icra sənədi üzrə olan aliment borcunu ödətdirmək mümkün olmamış, icra sənədi icrasız qalmışdır. Bu isə tələbkarın haqlı narazılığına və şikayətlərinə səbəb olmuşdur. Göstərilənlərə əsasən Borclu Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında: Füzuli RİPŞ-nin böyük icra məmuru X4 bildirdi ki, Borclu tərəfindən məhkəmənin icra sənədi icra olunmayıb. Belə ki, Borclunun icra sənədi üzrə hazırda 5920 manat borcu vardır. Onun tərəfindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara, həmçinin AR İXMin 528.1-ci maddəsinə əsasən bir dəfə də inzibati qaydada həbs olunmasına baxmayaraq Borclu onun tələblərini yerinə yetirməyib. Borclunun əməlində AR İXM-in 528.1-1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə inzibati xəta haqqında protokol tərtib olunub. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, icra sənədi üzrə Borclu bildirdi ki, məhkəmə icraatı zamanı Tələbkara borcundan cəmi 300 manat məbləğində aliment ödəyə bilir. Həmçinin onu da bildirdi ki, dəfələrlə ərzaq məhsulları alaraq övladladlarına göndərmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası İXM-in: 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir İnzibati xəta haqqında işə əlavə olunmuş sənədlərlə müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlaklar aşkar olunmayıb. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(064)-761/2024 saylı qərarından görünür ki, icra sənədi üzrə Borclu Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətində inzibati həbs edilib. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 8(064)-52/2024 saylı qərardadından görünür ki, Borclunun Füzuli RİPŞ-nə məcburi gətirilməsi qərara alınıb. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapır. Odur ki, Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə qeyd edir ki, dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlara baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə yığılmış cəmi 5920 manat məbləğində aliment borcundan heç bir ödəniş aparmadığına görə hələ də qanunlara əməl edilməsi ruhunda tərbiyələnməyib. Belə olan halda, Məhkəmə bu qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində sanksiyada nəzərdə tutulmuş ağır tənbeh tədbiri olan inzibati həbsin tətbiq olunması onun şəxsiyyətinə uyğundur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bununla yanaşı, İXM-in inzibati tənbehin məqsədlərindən bəhs edən 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Odur ki, Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, ödənilməmiş aliment borcunun məbləğini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını, tələbkarın şikayətçi olmasını və işin digər hallarını nəzərə alaraq icra sənədi üzrə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh növünün tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 528.1-1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 14:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №3(064)-9/2025
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-9/2025
10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver