Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-908/2024 23.10.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın vəzifəli şəxsi – Füzuli Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı Babaşlı Sənan Ağasəlim oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 2004-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsili, işləməyən, Füzuli rayonu, Kərimbəyli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş 23 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Füzuli RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı Babaşlı Sənan Ağasəlim oğlu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş 23 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RPŞ-nin polis sahə rəisi, polis leytenantı Babaşlı Sənan Ağasəlim oğlu tərtib etdiyi 23 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermiş, izahatında əlavə olaraq, araşdırma zamanı 23 oktyabr 2024-cü il tarixdə Şəxs işğaldan azad edilmiş ərazilərə getmək üçün xüsusi icazəsinin olmamasının müəyyən edildiyini göstərmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, o, 23 oktyabr 2024-cü il tarixdə saat 04 radələrində işğaldan azad edilmiş ərazilərə getmək üçün xüsusi icazəsinin olmadığı halda, həmin məqsədlə dayısı X1 idarə etdiyi “DonFen” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı evakuatorun yatacaq hissəsində Füzuli rayonu, Alxanlı kəndi ərazisində yerləşən stasionar polis postundan gizli olaraq keçmək istəyərkən orada aparılmış yoxlama zamanı gizləndiyi yerdə aşkar edilib Füzuli RPŞ-yə gətirilmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 verdiyi izahatında işin halları barədə Şəxs ilə eyni məzmunda göstərmişdir. İş materiallarına əlavə edilmiş, Şəxs adına tərtib edilmiş SX seriyalı, ******* nömrəli hərbi biletin surətində göstərilmişdir ki, o, 19-20 sentyabr 2023-cü il tarixlərdə Xankəndi şəhərində aparılan antiterror əməliyyatlarında hərbi qulluqçu kimi iştirak etmişdir. Azərbaycan Respublikası İXM-in: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasının müəyyən edilməsi məqsədilə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan inzibati xəta haqqında protokol, məhkəmə iclasında Şəxs verdiyi izahat və şahid qismində dindirilmiş X1 verdiyi ifadə əsasında Şəxs 23 oktyabr 2024-cü il tarixdə saat 04 radələrində Füzuli rayonu, Alıxanlı kəndi ərazisində yerləşən stasionar polis postundan işğaldan azad edilmiş ərazilərə xüsusi icazə olmadan gizli şəkildə keçmədiyi, bu niyyətini həmin postda polis əməkdaşları tərəfindən aparılmış yoxlama zamanı gizləndiyi yerdə aşkar edilməsi səbəbindən reallaşdıra bilmədiyi, nəticədə müvafiq əməlinin başa çatmadığı, öz iradəsindən asılı olmayan səbəbdən cəhd mərhələsində bitdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in: - 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. - 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 114.2.1-ci maddəsinə əsassən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə yuxarıda göstərilən işin müəyyən edilmiş faktiki hallarına və onlara tətbiq edilməli olan qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, işin müəyyən edilmiş faktiki halı Şəxs 23 oktyabr 2024-cü il tarixdə saat 04 radələrində Füzuli rayonu, Alıxanlı kəndi ərazisində yerləşən stasionar polis postundan işğaldan azad edilmiş ərazilərə xüsusi icazə olmadan gizli şəkildə keçməsi deyil, həmin əməlinin müvafiq postda polis əməkdaşları tərəfindən aparılmış yoxlama zamanı gizləndiyi yerdə aşkar edilməsi səbəbindən başa çatmadığı, öz iradəsindən asılı olmayan səbəbdən cəhd mərhələsində bitməsi məzmununda olduğuna, Azərbaycan Respublikası Cinayət Məcəlləsindən fərqli olaraq, Azərbaycan Respublikası İXM-də başa çatmayan, o cümlədən şəxsin iradəsindən asılı olmayan səbəblərdən cəhd mərhələsində bitən xətalara münasibətdə inzibati məsuliyyət nəzərdə tutulmadığına, beləliklə də, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə sonuncu barəsində tərtib edilmiş 23 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası İXM-in 3, 8, 53.1.2 və 114.2.1ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs barəsində tərtib edilmiş 23 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-908/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-908/2024
23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver