Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-92/2024 07.03.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından QƏRAR 07 mart 2024-cü il İş № 3(064)-92/2024 Füzuli rayonu, Horadiz şəhəri Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin müdafiəçisi Nuriyev Rahib Pənah oğlunun və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın vəzifəli şəxsi – Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Füzuli rayonu, Araz Yağlıvənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Füzuli rayonu, Araz Yağlıvənd kəndində qeydiyyatda olmaqla, hazırda həmin ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Füzuli RİP) daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Füzuli rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Əzimov X4 Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(064)-58/2023 nömrəli icra sənədinin icrası ilə əlaqədar Füzuli RİP-nin icra məmuru X1 qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də Füzuli RİP-nin icra məmuru X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RİP-nin icra məmuru X2 verdiyi izahatında bildirmişdir ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)-58/2023 nömrəli icra sənədinə əsasən Şəxs (bundan sonra - borclu) əsas borc qismində 3200 manat və ödənilmiş dövlət rüsumuna görə 53 manat olmaqla, cəmi 3253 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş, borcluya həmin qərarın surəti və tələbin könüllü icrası haqqında bildirişi göndərmişdir. Görülmüş icra tədbirləri nəticəsində borclu Şəxs yaşayış yeri məlum olmamış, onun barəsində xx.xx.2024-cü il tarixdə axtarış qərarı qəbul edilərək Füzuli rayon Polis şöbəsinə göndərilmiş,xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən Şəxs yeri müəyyən olunaraq Füzuli rayon İcra və Probasiya şöbəsinə gətirilmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar borclu Şəxs xəbərdarlıq edilməsinə baxmayaraq o, icra vərəqəsi üzrə borcundan heç bir ödəniş etməmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar borclu Şəxs alınmış izahatda icra vərəqəsi üzrə borcundan hazırda heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Bu isə tələbkarın şikayət etməsinə səbəb olmuşdur. Buna görə də xx.xx.2024-cü il tarixdə borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında bildirmişdir ki, barəsində məhkəmə qərarının olmasından rəsmi qaydada yalnız xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən Füzuli rayon İcra və Probasiya şöbəsinə gətirildiyi zaman xəbərdar olmuşdur. Hal-hazırda heç bir yerdə işləmir, həmçinin tələbin ödənilməsini təmin edəcək hər hansı əmlakı da yoxdur. Tələbkara olan borcundan 1000 manatını ödəyə bilir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs verdiyi izahatında bildirmişdir ki, Şəxs borcu tam ödəməsi üçün müəyyən müddət verilməsinə etiraz etmir. Məhkəmə iclasında müdafiəçi X3 baxılan iş üzrə çıxış edərək icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, borclu Əzimov X4 Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(064)-58/2023 nömrəli icra vərəqəsinə əsasən tələbkar Zərərçəkmiş şəxs olan 3253 manat borcundan 1000 manat pul ödəmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş AR SN-nin “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyasının rəyini, Şəxs təltif olunduğu “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medallarını və işdə iştirak edən şəxslərin izahatlarını nəzərə alaraq, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərin surətləri və işdə iştirak edən şəxslərin izahatlarından müəyyən olunur ki, borclu Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)-58/2023 nömrəli icra sənədi üzrə öhdəliyi sözügedən icra sənədinin mövcudluğu ilə bağlı rəsmi məlumatının olmaması, həmçinin yetərli əmlak vəziyyətinin olmaması səbəbindən yerinə yetirməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 105-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elmir İsmayılov
Məhkəmə qərarları › İş №3(064)-92/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-92/2024
07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver