Məhkəmə qərarları › İş №3(064)-922/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-922/2024

14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-922/2024 14.11.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, X1 iştirakı ilə, X1 AR DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ/24468047 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Füzuli Rayon Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: X2 (bundan sonra – Şikayətçi) AR DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ/24468047 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, AR DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ/24468047 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən AR İXM-nin 328.2-ci maddəsi ilə X6 təqsirli bilinərək barəsində 400 manat məbləğində inzibati qaydada cərimə təyin edilmişdir. Belə ki, Şikayətçi ona məxsus X12 C50 minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən yolda müəyyən edilmiş hərəkət sürətini 21 km/saat həddində aşmışdır. Şikayətçi bildirir ki, sözügedən avtomobili xx.xx.2024-cü il tarixdə, 18:40-da şəxsən özü idarə etməsinə baxmayaraq qərar X4 barəsində tətbiq edilmişdir. Nəticədə şikayətçi hesab edir ki, sözügedən qərar qanunsuz və əsassız olmaqla, ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən Şikayətçi ərizəsinə uyğun izahat verərək qərarın əsasız olduğunu bildirmiş və ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan AR DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ/24468047 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X6 xx.xx.2024-cü il tarixdə saat 18:40 radələrində X12 C50 minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən yolda müəyyən edilmiş hərəkət sürətini 21 km/saat həddində aşmışdır. X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin inzbati xətanı törətdiyinə görə X6 barəsində 400 manat məbləğində inzibati cərimə təyin edilmişdir. Göründüyü kimi inzibati tənbeh vermə haqqında qərar X6 barəsində verildiyi halda həmin qərardan X8 tərəfindən şikayət verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qanunvericiliyin tələbindən aydın olur ki, X5 AR DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ/24468047 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətə vermək üçün subyektiv hüququ yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq QƏRARA ALDİ: X1 AR DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ/24468047 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Füzuli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar