Məhkəmə qərarları › İş №3(064)-923/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-923/2024

29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-923/2024 29.11.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, Füzuli rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Məhəmməd oğlunın iştirakları ilə xx.xx.1964-cü il tarixində Füzuli rayonu, Mahmudlu-2 kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Füzuli Rayonu Əhmədbəyli Kənd Bələdiyyəsinin sədri vəzifəsində işləyən, Füzuli rayonu, Mahmudlu-2 kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Məhəmməd oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 374.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq müəyyən etdi: Füzuli rayon prokuroru Ramiz Əliyevin inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, vəzifəli şəxs Şəxs “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun 15.4-cü maddəsinin tələblərini pozaraq, yəni qulluq mövqeyindən istifadə etməklə şəxsi məqsəd üçün xx.xx.2024-cü il tarixdə Füzuli Rayon İcra Hakimiyyəti Başçısının X13 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə müraciət edib həmin nümayəndəliyin X7 kitabında məcburi köçkün kimi Füzuli rayonu, Qarabağ kəndində məskunlaşıb yaşayan X5 adı və təsərrüfatı barədə məlumat olmaması haqqında xx.xx.2024-cü il tarixli, 5-43-19/2-455/2024 nömrəli arayış aldıqdan sonra X10 ilə qardaşı X3 arasında Füzuli Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə sübuti əhəmiyyətə malik olan həmin arayışı 2024-cü ilin iyul ayının ortalarında Füzuli Rayon Əhmədbəyli Kənd Bələdiyyəsinin inzibati binasında Şəmsəddin Əsədova təqdim etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs Məhəmməd oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati tənbeh tədbiri görülməsi məsələsinə baxılmasından ötrü toplanmış material qərarla birgə Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında: Füzuli rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X11 xx.xx.2024-cü il tarixli qərarda qeyd olunanlara uyğun izahat verərək Şəxs Məhəmməd oğlunun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Məhəmməd oğlu İXM-in 374.4-cü maddəsi ilə özünü təqsirli bilərək bildirdi ki, Füzuli rayonu, Qarabağ kəndi ərazisində məskunlaşmış X5 Füzuli rayonu, Qarabağ kəndində məcburi köçkün kimi məskunlaşıb yaşaması və müvəqqəti qeydiyyatda olması, X13 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin X7 kitabında onun adı və təsərrüfatı barədə məlumat olmaması ilə bağlı 11,07.2024-cü il tarixli, 5-43-19/2-455/2024 nömrəli arayışı şifahi müraciəti əsasında Füzuli rayon İcra Hakimiyyətinin başçısı yanında X13 ərazi dairəsi üzrə icra nümayəndəsinin müavini X6 almışdır. Daha sonra həmin arayışı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən ərizəsinə əlavə etməkdən ötrü X2 vermişdir. Onun məqsədi onların arasında olan mübahisənin məhkəmə yolu ilə həlli zamanı həmin sənədlərin məhkəməyə təqdim olunaraq mübahisənin həllində həqiqətin ortaya çıxmasına köməklik etməsi olmuşdur. İş materiallarında olan iddia ərizəsinin surəti əsasında müəyyən edilir ki, X3 cavabdehlər X10 və AR ƏMDX yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 5-43-19/2-455/2024 nömrəli arayışın surəti əsasında müəyyən edilir ki, X1 rayonunun Qarabağ kəndində məcburi köçkün kimi məskunlaşıb yaşayır və müvəqqəti qeydiyyatdadır. X13 ərazi dairəsi üzrə nümayəndəliyinin X7 kitabında onun adı və təsərrüfatı barədə məlumat yoxdur. Arayış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan Ərazi idarəsinə təqdim etmək üçün verilir. İş materiallarında olan Füzuli rayon prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas Rəhim Sadıqovun 09 oktyabr 2024-cü il tarixli qərarı əsasında müəyyən edilir ki, Şəxs və X8 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün onların barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən tərəflərin izahatları və digər iş sənədləri ilə Şəxs Məhəmməd oğlunun AR İXM-in 374.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapdığından Məhkəmə hesab edir ki, o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri təyin edilməlidir. Azərbaycan Respublikası İXM-in 374.4-cü maddəsinə əsasən sorğuçu tərəfindən qulluq vəzifəsini yerinə yetirmək bəhanəsi ilə, yaxud qulluq mövqeyindən istifadə etməklə şəxsi məqsəd üçün informasiya əldə edilməsinə və ya qulluq vəzifəsini yerinə yetirərkən əldə etdiyi informasiyadan digər məqsədlər üçün istifadə edilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs Məhəmməd oğlunun səmimi peşmançılığını və məqsədinin mübahisənin məhkəmə yolu ilə həlli zamanı mübahisənin həllində həqiqətin ortaya çıxmasına köməklik etməsi olmasını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələbinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Odur ki, Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını, məsuliyyətini yüngülləşdirən halları və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq Şəxs Məhəmməd oğlunu Azərbaycan Respublikası İXM-in 374.4-cü maddəsi ilə təqsirli bilərək həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 374.4-cü maddələrini rəhbər tutaraq qərar verdi: Şəxs Məhəmməd oğlu Azərbaycan Respublikası İXM-in 374.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun barəsində 1000 (min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası aidiyyəti Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar