Məhkəmə qərarları › İş №3(064)-926/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-926/2024

14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-926/2024 14.11.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi X1, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə X2, Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, Füzuli Füzuli rayonu, Horadiz şəhəri, H.Aslanov küçəsi, 41-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Füzuli RİP) daxil olmuş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Füzuli RİPŞ-nin böyük icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda Şəxs Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)- 722/2023 saylı icra sənədinə əsasən borclu Şəxs cəmi 11052,08 manat məbləğində pul tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra vərəqəsi xx.xx.2023-cü il tarixdə Füzuli rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar məhkəməyə və tələbkara, tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün borclu Şəxs göndərilmişdir. Görülmüş icra tədbirləri nəticəsində borclu Şəxs yaşayış yeri məlum olmamış, onun barəsində xx.xx.2024-cü il tarixdə axtarış qərarı qəbul edilmiş, icra olunması üçün Füzuli rayon Polis Şöbəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə borclu polis əməkdaşları tərəfindən Füzuli rayon İcra və Probasiya Şöbəsinə gətirilib təhvil verilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs alınmış izahatda icra sənədi üzrə olan borcundan heç bir ödəniş edə bilməyəcəyini bildirmiş, lakin tələbkar "xxxx" ASC kredit borcunun tam olaraq ödənilməsini bildirmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(064)-722/2023 saylı qətnaməsi üzrə 10 iyul 2023-cü il tarixdə verilmiş icra sənədinə əsasən cəmi 11052,08 manat məbləğində pulu tələbkar "xxxx" ASC-nin xeyrinə ödəməlidir. Füzuli rayonu, Horadiz şəhəri, H.Aslanov küçəsi, 41-də qeydiyyatda olmağına baxmayaraq, Füzuli rayonu ərazisində yaşamır. Ona görə də, barasində icra məmuru tərəfindən axtarış qərarı qəbul edilmişdir. O, Bakı şəhəri Nardaran qəsəbəsində olduğu vaxt polis əməkdaşları onun sənədlərini yoxlamaq üçün ona yaxınlaşmış, onun adına dair elektron portalda axtarış edilən zaman barəsində axtarış qərarının olduğu ona bildirilmişdir. Azərbaycan Respublikası ərazisində həmin ərəfədə rəsmi qeyri-iş günləri elan olunduğundan, o, ilk iş günü, yəni xx.xx.2024-cü il tarixdə özü Füzuli rayon İcra və Probasiya şöbəsinə gəlmişdir. Hazırda tələbkar "xxxx" ASC-yə 9560,68 manat borcu vardır. Həmin borcdan heç bir ödəniş edə bilmir. Borcunu ödəməkdən imtina etmir, imkanı olan kimi ödəyəcəyinə söz vermişdir. O, əlavə olaraq bildirmişdir ki, müharibə iştirakçısıdır, müharibə veteranı olduğuna görə 80 manat müavinət alır. Bundan da əlavə aliment öhdəliyi var və aliment ödəyir. Füzuli rayon İcra və Probasiya şöbəsinin sözügedən iş üzrə icraata başlama haqqında qərarından xəbəri olmayıb, bu gün həmin qərar ona təqdim olunmuşdur. Ona vaxt verilsə, borcundan ödəniş edəcəyinə söz verir. O, barəsində inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə bu baxımdan, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasının müəyyən edilməsi məqsədilə aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. Əvvəla, məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərin surətləri əsasında Füzuli RİPŞ-nin icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(064)-722/2023 saylı icra sənədinin məzmunu, edilmiş icra hərəkətləri və onların nəticəsi barədə göstərdiyi halların iş materiallarında eyni məzmunda öz əksini tapdığını müəyyən edir, buna görə də həmin sənədlərin məzmununu təkrarlamağa zərurət görmür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərildiyi kimi icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və ya yalnız bütün imkanlar tükəndikdən sonra təsir tədbirlərindən istifadə etməlidirlər. Hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta tərkibi yaradır. Lakin işin hallarından göründüyü kimi, tərəflər öz aralarında borcun ödənilməsi ilə bağlı razılığa gəliblər. Borclu ödəməni həyata keçirə bilməməsini həm maddi imkanının olmaması, həm də icra sənədi barədə əvvəllər məlumatının olmaması ilə əsaslandırmış və gələcəkdə borcunu ödəmək niyyətində olduğunu bildirmişdir. Qeyd olunanlara əsasən iş üzrə Şəxs Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(064)-722/2023 saylı icra sənədi üzrə yaranmış borcunu tam ödəməməsinin üzrsüz səbəbdən olub-olmamasının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iş materiallarında Şəxs Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(064)-722/2023 saylı icra sənədini tam olaraq icra etməməsinin üzrsüz səbəbdən baş verməsinə dair konkret sübut yoxdur. Buna görə də həmin hal iş materialları ilə sübut edilmir. Bu səbəbdən həmin halın mövcud olması barədə şübhələr olsa belə, Şəxs xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İXM-in: - 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. - 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 114.2.1-ci maddəsinə əsassən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.” Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, məhkəmə hesab edir ki, hazırki halda Şəxs tərəfindən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi halı mövcud deyil. Buna görə də həmin hal iş materialları ilə sübut edilmir. Bu səbəbdən həmin halın mövcud olması barədə şübhələr olsa belə, Şəxs xeyrinə həll edilməlidir. Beləliklə, iş materialları əsasında belə nəticəyə gəlinir ki, Şəxs göstərilən icra sənədi üzrə yaranmış borcunu üzrsüz səbəbdən deyil, icra sənədi barədə rəsmi məlumatının və maddi vəziyyətinin zəif olması səbəbindən tam ödəyə bilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, icraata başlamaq haqqında qərardan xəbəri olmamışdır. Qeyd olunanlara əsasən onun əməlində inzibati xəta tərkibinin olması müəyyən edilmədiyindən, onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Məhkəmə araşdırılan sübutları qiymətləndirərək hesab edir ki, tərəflər arasında icra sənədi üzrə borcun ödənilməsi ilə bağlı razılıq əldə edildiyindən və icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi öz təsdiqini tapmadığından, yəni inzibati xəta tərkibi olmadığından Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 11492, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar