Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-937/2024 27.11.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, Füzuli Rayon Polis şöbəsinin sahə rəisi, polis leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1993-cü il tarixdə Beyləqan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsili, işləməyən, Füzuli rayonu, Dilağarda kəndində qeydiyyatda olmaqla, Füzuli rayonu, 400 evlik Fin qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş 14 noyabr 2024cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin (bundan sonra – Məhkəmə) inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Füzuli rayonu, 400 evlik Fin qəsəbəsi ərazisində pulla qumar oynaması faktı üzrə barəsində Füzuli RPŞ tərəfindən Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə 14 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilməklə aidiyyəti üzrə baxılması üçün Məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Füzuli RPŞ-nin sahə rəisi, polis leytenantı X3 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 19 radələrində Füzuli RPŞnin əməkdaşları Füzuli rayonu, Fin qəsəbəsi ərazisində olarkən X4 və Şəxs qeyd olunan ərazidə kart oynamaqlarını görüb onlara yaxınlaşıb və törədilən əmələ aydınlıq gətirilməsi üçün adı çəkilən şəxslər oyun üçün istifadə etdikləri 33 ədəd kart və 12 manat pul əməkdaşlar tərəfindən götürülərək Şöbəyə dəvət ediliblər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 18:30 radələrində əvvəllər tanıdığı X4 və X2 rayonu, 400 evlik Fin qəsəbəsində avtomobil təmir sexinin qarşısından keçərək mütəmadi qumar oynadıqları yerə getdiyini görüb, işlərini yekunlaşdırdıqdan sonra onların yanına gələcəyini bildirib. Daha sonra qəsəbədə yerləşən beton kanalın “4 turba” adlanan hissəsində torpaq zəmin üzərində qumar oynamaq üçün qeyd olunan şəxslərə qoşulmuşdur. 40 dəqiqə sonra polis əməkdaşları onlara yaxınlaşaraq Şöbəyə dəvət ediblər. Polis şöbəsində izahatları alındıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. O, əməlindən peşmandır və bir daha belə hallara yol verməyəcəyinə söz verir. 14 noyabr 2024-cü il tarixli, MN ******* inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Füzuli rayonu, 400 evlik Fin qəsəbəsi ərazisində qumar oynamış və 33 (otuz üç) ədəd kart və 12 (on iki) manat pul polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Füzuli rayonu, 400 evlik Fin qəsəbəsi ərazisində tanışları X4 və X5 ilə pulla qumar oynamışdır. Şəxs Azərbaycan Respublikası İXM-in 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, onun qumar oynaması özünün etirafedici izahatı və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapır. Azərbaycan Respublikası İXM-in 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək qərar gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsini, cərimənin 3000 (üç min) manat miqdarında müəyyən edilməli, iş üzrə maddi sübut, oyun ləvazimatı olan qumara qoyulmuş 12 (on iki) manat pul əskinazları dövlət nəfinə müsadirə olunmalı və oyun ləvazimatı olan 33 ədəd kart məhv edilməlidir. Məhkəmə Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 26, 43, 106, 115-117-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat miqdarında inzibati cərimə edilsin. İş üzrə maddi sübut, oyun ləvazimatı olan qumara qoyulmuş 12 (on iki) manat məbləğində pul əskinazları dövlət nəfinə müsadirə olunsun. İş üzrə maddi sübut, oyun ləvazimatı olan 33 ədəd kart məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №3(064)-937/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-937/2024
27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver