Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-939/2024 27.11.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, Füzuli rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın iştirakları ilə xx.xx.1997-ci il tarixində Füzuli rayonu, Alxanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Füzuli Rayon İcra Hakimiyyəti Başçısının Alxanlı Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən, Füzuli rayonu, Alxanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 527-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Füzuli rayon prokuroru Ramiz Əliyevin inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, vəzifəli şəxs Şəxs Füzuli rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə istintaqı aparılmış cinayət işi üzrə rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X7 tərəfindən cinayətin törədilməsinə imkan yaradan halların (səbəb və şəraitin) aradan qaldırılması üçün Füzuli Rayon İcra Hakimiyyəti başçısının Alxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə ünvanlanmaqla "xxxx" ASC vasitəsi ilə göndərilmiş 19 avqust 2024-cü il tarixli ********* nömrəli təqdimatı xx.xx.2024-cü il tarixdə Füzuli Rayon İcra Hakimiyyəti başçısının Alxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında təhvil almasına baxmayaraq həmin təqdimata cavab verməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 527-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 527-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati tənbeh tədbiri görülməsi məsələsinə baxılmasından ötrü toplanmış material qərarla birgə Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında: Füzuli rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X7 xx.xx.2024-cü il tarixli qərarda qeyd olunanlara uyğun izahat verərək Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında bildirdi ki, 11 avqust 2021-ci il tarixdən hazıradək Füzuli Rayon İcra Hakimiyyəti başçısının Alxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. 28 avqust 2024-cü il tarixdə Füzuli rayonu, Alxanlı kənd Poçt şöbəsinin müdiri X1 Rayon İcra Hakimiyyəti başçısının Alxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə gələrək Füzuli rayon prokurorluğundan nümayəndənliyə ünvanlanmış xx.xx.2024-cü il tarixli təqdimatı ona təqdim etmişdir. O, həmin təqdimata 02 sentyabr 2024-cü il tarixdə cavab hazırlasa da, işlərinin çox olması səbəbi ilə onu Füzuli rayon prokurorluğuna göndərə bilməmişdir. Buna baxmayaraq təqdimatda göstərilənlərə əsasən Füzuli rayonu, Alxanlı kənd sakini X8 tərəfindən Füzuli Rayon İcra Hakimiyyəti başçısının Alxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə çağırlmış və Razi Mehtili ilə maarifləndirici söhbət aparılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********* nömrəli təqdimat əsasında müəyyən edilir ki, Füzuli rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə istintaqı aparılmış cinayət işi üzrə rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X7 tərəfindən cinayətin törədilməsinə imkan yaradan halların (səbəb və şəraitin) aradan qaldırılması haqqında Füzuli Rayon İcra Hakimiyyəti başçısının Alxanlı kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəliyinə təqdimat ünvanlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********* nömrəli mədaxil qəbzi əsasında müəyyən edilir ki, Füzuli rayon prokurorluğundan Füzuli Rayon İcra Hakimiyyəti başçısının Alxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə ünvanlanmış məktub xx.xx.2024-cü il tarixdə SS874886385AZ kodu ilə qeydiyyata alınmışdır. İş materiallarında olan ‘‘Azərpoçt” MMC-nin Füzuli rayon Poçt filialının Alxanlı kənd poçt şöbəsinin F-8 jurnalından çıxarış əsasında müəyyən edilir ki, SS874886385AZ kodu ilə qeydiyyata alınmaqla Füzuli Rayon İcra Hakimiyyəti başçısının Alxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə ünvanlanmış məktub həmin nümayəndəliyə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli akt əsasında müəyyən edilir ki, X9 ilə maarifləndirici söhbət aparılmış, müzakirə edilmiş, qanun pozuntularına bir daha yol verilməməsi üçün profilaktik tədbir görülmüşdür. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, xx.xx.2024-cü il tarixli, ********* nömrəli təqdimat, xx.xx.2024-cü il tarixli, ********* nömrəli mədaxil qəbzi və "xxxx" MMC-nin Füzuli rayon Poçt filialının Alxanlı kənd poçt şöbəsinin F-8 jurnalından çıxarış, o cümlədən tərəflərin izahatları ilə Şəxs AR İXM-in 527-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapdığından Məhkəmə hesab edir ki, o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri təyin edilməlidir. Azərbaycan Respublikası İXM-in 527-ci maddəsinə əsasən Məhkəmənin xüsusi qərardadına (qərarına) və ya hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) təqdimatına vəzifəli şəxs tərəfindən baxılmamasına, yaxud bunlarda göstərilmiş qanun pozuntularını aradan qaldırmaq üçün tədbirlər görülməməsinə, yaxud xüsusi qərardada (qərara) və ya təqdimata vaxtında cavab verilməməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs etdiyi əməli etiraf etməsini Azərbaycan Respublikası İXM-in 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələbinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Odur ki, Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını, məsuliyyətini yüngülləşdirən halları və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 527-ci maddəsi ilə təqsirli bilərək həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 527-ci maddələrini rəhbər tutaraq qərar verdi: Şəxs Azərbaycan Respublikası İXM-in 527-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun barəsində 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası aidiyyəti Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №3(064)-939/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-939/2024
27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver