Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-940/2024 16.11.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Füzuli RPŞ-nin polis sahə rəisi polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Beyləqan rayon Vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində qeydiyyatda olmaqla, hazırda Füzuli rayonu, Qayıdış-3 qəsəbəsi, ev 13-də yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs (bundan sonra - o) əvvəllər ona hazırki iş üzrə eyni məzmunda törətdiyi əməllərin qanunsuz olması və həmin əməlləri bir daha törətməməsi barədə Füzuli RPŞ-də polis əməkdaşları tərəfindən şifahi qaydada profilaktik söhbətlər aparılmaqla xəbərdarlıq edilmiş, həmçinin eyni əməllərə görə məhkəmənin bir neçe qərarları ilə inizbati tənbeh edilmişdir. O, bütün bunlara baxmayarq, xx.xx.2024-cü il tarixdə saat 09 radələrində məqsədinin işğaldan azad olunmuş ərazilərdən qanunsuz olaraq metal hissələrini yığmaq olduğuna görə həmin ərazilərə getməyin qanuni olub-olmamasının yoxlanılması üçün Füzuli rayonu ərazisində yerləşdirilmiş stasionar polis postundan deyil, Füzuli rayonu, Horadiz kəndi ərazisindəki alternativ yoldan keçib, xüsusi icazə olmadan işğaldan azad olunmuş ərazilərə getməklə polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Göstərilənlərə əsasən Füzuli RPŞ-nin polis sahə rəisi, polis polis leytenantı X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RPŞ-nin polis sahə rəisi, polis polis leytenantı X4 tərtib etdiyi xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermiş, izahatında əlavə olaraq, araşdırma zamanı xx.xx.2024-cü il tarixlərdə Şəxs işğaldan azad edilmiş ərazilərə getmək üçün xüsusi icazəsinin olmasının müəyyən edildiyini göstərmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, o, özünü təqsirli bilir. Belə ki, dəfələrlə işğaldan azad olunmuş ərazilərdən metal qırıntıları yığıb keçirtməyə çalışdığına görə polis əməkdaşları tərəfindən aşkar olunub, Füzuli Rayon Polis Şöbəsinə dəvət olunmuş və polis əməkdaşları onunla profilaktik söhbətlər apararaq işğaldan azad olunmuş ərazilərdən metal qırıntıları keçirtməyin yolverilməz olduğu və bunun onun həyatı üçün təhlükəli olduğunu izah etmişlər. xx.xx.2024-cü il tarixdə saat 09 radələrində əvvəllər tanıdığı X3 ilə birlikdə idarə etdiyi Changan markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli rayon, Zobucuq qəsəbəsi ərazisindən torpaq yolla Əhmədbəyli-Şuşa yolunun kənarı ilə yenə dəmir qırıntıları yığmaq məqsədilə işğaldan azad olunmuş Füzuli rayonu ərazisindən keçərək Xocalı rayon ərazisinə getmişlər. Eyni tarixdə saat təxminən 17 radələrində geri qayıdarkən Füzuli rayon ərazisində Füzuli RPŞ-nin əməkdaşları onları saxlayıb RPŞ-nə gətirmişlər. Onun işğaldan azad olunmuş ərazilərə keçmək üçün xüsusi icazəsi var. X1 əvvəllər də bu hərəkətlərə yol verdiyi üçün onun işğaldan azad olunmuş ərazilərə keçməsinə məhdudiyyət qoyulduğu üçün onu torpaq yolla işğaldan azad olunmuş ərazilərə aparmışdır. Məhkəmədə ona ünvanlanmış suala cavab olaraq bildirmişdir ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmçinin qeyd etmişdir ki, həmin hökmə əsasən o, Füzuli rayonun hüdudlarını tərk edə bilməz, bu barədə məlumatlıdır. O, əlavə olaraq bildirmişdir ki, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ona qarşı zor tədbiq edildiyini bildirmişdir. Müdafiəçi- Beyləqan rayon Vəkil bürosunun vəkili Vəkil məhkəmə iclasında bildirmişdir ki, müdafiə etdiyi şəxs Şəxs barəsində Füzuli RPŞ tərəfindən düzgün protokol tərtib edilməmişdir. Ona görə də protokolun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verdiyi izahatında işin özü ilə bağlı olan halları barədə Şəxs ilə eyni məzmunda göstərmişdir. İş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş: - Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(064)-20/2024-cü il saylı hökmündən görünür ki, Şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qərarlarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə müvafiq olaraq 10 gün, 15 gün və 25 gün müddətinə inzibati həbs olunmuşdur. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: -özünün məhkəmə iclasında və Füzuli RPŞ-də verdiyi etirafedici izahatları ilə yanaşı, məhkəmə iclasında şahid qismində dindirilmiş verdikləri izahatları, iş materiallarında olan sənədlər və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. -Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını və evli olmasını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, səmimi peşmanlığından ibarət məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 15 (on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi zəruridir. Məhkəmə qeyd edir ki, dəfələrlə analoji inzibati xəta törətdiyinə görə inzibati tənbeh olunmasına baxmayaraq Şəxs həmin inzibati xətanı təkrarən törətməsi onu deməyə əsas verir ki, o, hələ də qanunlara əməl edilməsi ruhunda tərbiyələnməmişdir. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, Şəxs barəsində sanksiyada nəzərdə tutulmuş ağır tənbeh tədbiri olan inzibati həbsin tətbiq olunması onun şəxsiyyətinə uyğundur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 88.1-ci maddəsinə əsasən inzibati qaydada tutma fiziki şəxsin azadlığının qısa müddətə məhdudlaşdırılmasından ibarət olduğuna, iş materialları əsasında Şəxs müvafiq inzibati xətanı törətməsi səbəbindən xx.xx.2024-cü il tarixdə Füzuli RPŞ-nin əməkdaşları tərəfindən Füzuli rayonu, Horadiz kəndi ərazisində saxlanılıb Füzuli RPŞ-yə gətirildiyinə görə iş üzrə inzibati protokol xx.xx.2024-cü il tarixdə tərtib olunsa da, Şəxs Füzuli RPŞ-də olduğu xx.xx.2024-cü il tarixdən onun azadlığı məhdudlaşdırıldığından sonuncunun inzibati qaydada həbs edilməsinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 18:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Ağcabədi Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Şəxs iş üzrə Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zor tətbiq edilməsi barədə verdiyi məlumat araşdırılması üçün aidiyyəti üzrə Xocalı rayon prokurorluğuna göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №3(064)-940/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-940/2024
16.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver