Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-941/2024 16.11.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Füzuli RPŞ-nin polis sahə rəisi polis leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Beyləqan rayon Vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, xx xxxx 2002-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Füzuli rayonu, Kürdlər kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs (bundan sonra - o) əvvəllər ona 2024-cü il ərzində hazırki iş üzrə eyni məzmunda iki dəfə törətdiyi əməllərin qanunsuz olması və həmin əməlləri bir daha törətməməsi barədə Füzuli RPŞ-də polis əməkdaşları tərəfindən şifahi qaydada profilaktik söhbətlər aparılmaqla xəbərdarlıq edilməsinə baxmayaraq, xx.xx.2024-cü il tarixdə saat 09 radələrində məqsədinin işğaldan azad olunmuş ərazilərdən qanunsuz olaraq metal hissələrini yığmaq olduğuna görə həmin ərazilərə getməyin qanuni olub-olmamasının yoxlanılması üçün Füzuli rayonu ərazisində yerləşdirilmiş stasionar polis postundan deyil, Füzuli rayonu, Horadiz kəndi ərazisindəki alternativ yoldan keçib, xüsusi icazə olmadan işğaldan azad olunmuş ərazilərə getməklə polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 09 radələrində Füzuli RPŞ-nin əməkdaşları tərəfindən onun idarə etdiyi “Changan” markalı, **-AL- *** dövlət qeydiyyat nişanlı avtomobil Füzuli rayonu, Horadiz kəndi ərazisində saxlanılıb müvafiq yoxlama aparılarkən həmin avtomobilin yük yerindən onun işğaldan azad olunmuş ərazilərdən yığdığı təxminən 400-500 kq. metal hissələr aşkar edilmiş, eləcə də onun 24 və 25 avqust 2024-cü il tarixlərdə işğaldan azad olunmuş ərazilərə getməyə xüsusi icazəsinin olmadığı müəyyən edilmişdir. Göstərilənlərə əsasən Füzuli RPŞ-nin polis sahə rəisi, polis polis leytenantı X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RPŞ-nin polis sahə rəisi, polis polis leytenantı X5 tərtib etdiyi xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermiş, izahatında əlavə olaraq, araşdırma zamanı xx.xx.2024-cü il tarixlərdə Şəxs işğaldan azad edilmiş ərazilərə getmək üçün xüsusi icazəsinin olmasının müəyyən edildiyini göstərmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, o, özünü təqsirli bilir. O, İİ Qarabağ Müharibəsi veteranıdır. O, əvvəllər 2024-cü il ərzində iki dəfə işğaldan azad olunmuş ərazilərə Füzuli rayonu ərazisində yerləşən stasionar polis postundan kənar qaydada keçib getdiyinə və oradan yığdığı metal hissələrə görə hər dəfə Füzuli RPŞ-nin əməkdaşları tərəfindən onun idarə etdiyi avtomobil Füzuli rayonu, Horadiz kəndi ərazisində saxlanılıb müvafiq yoxlama aparılarkən həmin avtomobilin yük yerindən aşkar edildiyinə görə Füzuli RPŞ-yə aparılmış, orada polis əməkdaşları tərəfindən ona həmin əməllərinin qanunsuz olması və həmin əməlləri bir daha törətməməsi barədə şifahi qaydada profilaktik söhbətlər aparılmaqla xəbərdarlıq edilmişdir. Lakin o, xx.xx.2024-cü il tarixdə saat 09 radələrində məqsədinin işğaldan azad olunmuş ərazilərdən qanunsuz olaraq metal hissələrini yığmaq olduğuna görə həmin ərazilərə Füzuli rayonu ərazisində yerləşən stasionar polis postundan deyil, Füzuli rayonu, Horadiz kəndi ərazisindəki alternativ yoldan keçib, xüsusi icazə olmadan işğaldan azad olunmuş ərazisinə getmiş, işğaldan azad olunmuş ərazilərdən yığdığı metal hissələri idarə etdiyi avtomobilin yük yerinə qoymuşdur. O, xx.xx.2024-cü il tarixdə saat həmin avtomobili işğaldan azad olunmuş ərazilər tərəfdən Xocalı rayonu ərazisində idarə edərkən polis əməkdaşının işarəsi ilə avtomobili saxlamışdır. Polis əməkdaşları tərəfindən aparılmış yoxlama zamanı onun 15 və xx.xx.2024-cü il tarixlərdə işğaldan azad olunmuş ərazilərə getməyə xüsusi icazəsinin olmadığı müəyyən edilmiş və idarə etdiyi avtomobilin yük yerindən metal hissələr aşkar edilmişdir. Həmin metal hissələri göstərdiyi avtomobilin sahibi X1 ilə, yəni sonuncu üçün yığmış, bunun müqabilində Əlisahib İsgəndərov ona təxminən 50 manat məbləğində pul verəcəkdi. Hazırki iş üzrə əməlində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasını mübahisələndirmir. Əməlindən səmimi peşimandır. Məhkəmədən barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir.O, əlavə olaraq bildirmişdir ki, xocalı rayon polis şöbəsinin əməkdaşları tərəfindən ona qarşı zor tədbiq edildiyini bildirmişdir. Müdafiəçi- Beyləqan rayon Vəkil bürosunun vəkili Vəkil məhkəmə iclasında bildirmişdir ki, müdafiə etdiyi şəxs Şəxs barəsində Füzuli RPŞ tərəfindən düzgün protokol tərtib edilməmişdir. Ona görə də protokolun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Füzuli RPŞ-nin əməkdaşı X4 verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəxs işğaldan azad olunmuş ərazilərə qanunsuz olaraq, avtomobillə rəsmi icazəsi olmadan keçmişdir. Yoxlama zamanı avtomobilin yük hissəsində metal hissələrin olduğu aşkar edilmişdir. Bu səbəbdən polis əməkdaşları Şəxs barəsində araşdırma aparılması üçün Füzuli RPŞ-yə aparılmışdır. Şəxs işğaldan azad olunmuş ərazilərə qanunsuz olaraq keçməməklə bağlı dəfələrlə xəbərdarlıqlar olunmuş, lain sonuncu buna məhəl qoymamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 verdiyi izahatında işin özü ilə bağlı olan hallar barədə Şəxs ilə eyni məzmunda göstərmişdir. İş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş: - “Elektron məhkəmə portalı” və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” alt sistemindən əldə edilmiş elektron məlumatlardan görünür ki, Şəxs İİ Qarabağ Müharibəsi veteranı olduğuna görə 80 manat pensiya alır. -Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(064)-809/2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 08 gün müddətinə məhkəmənin qərarına əsasən inzibati həbs edilmişdir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: -özünün məhkəmə iclasında və Füzuli RPŞ-də verdiyi etirafedici izahatları ilə yanaşı, məhkəmə iclasında şahid qismində dindirilmiş verdikləri izahatları, iş materiallarında olan sənədlər və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. -Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs səmimi peşmanlığını və İİ Qarabağ Müharibəsi veteranı olmasını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə Şəxs iş üzrə törətdiyi inzibati xəta əməllərinə münasibətdə səmimi peşmançılıq keçirməsini və İİ Qarabağ Müharibəsi veteranı olmasını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal, İXM-nin 535-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı bir il ərzində təkrar törətməsini isə həmin Məcəllənin 33.1.2-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, dəfələrlə analoji inzibati xəta törətdiyinə görə inzibati tənbeh olunmasına baxmayaraq Şəxs həmin inzibati xətanı təkrarən törətməsi onu deməyə əsas verir ki, o, hələ də qanunlara əməl edilməsi ruhunda tərbiyələnməmişdir. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, Şəxs barəsində sanksiyada nəzərdə tutulmuş ağır tənbeh tədbiri olan inzibati həbsin tətbiq olunması onun şəxsiyyətinə uyğundur. Məhkəmə sadalanaları nəzərə alaraq hesab edir ki, İXM-in 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün Şəxs barəsində 10 (on) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi zəruridir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 88.1-ci maddəsinə əsasən inzibati qaydada tutma fiziki şəxsin azadlığının qısa müddətə məhdudlaşdırılmasından ibarət olduğuna, iş materialları əsasında Şəxs müvafiq inzibati xətanı törətməsi səbəbindən xx.xx.2024-cü il tarixdə Füzuli RPŞ-nin əməkdaşları tərəfindən Füzuli rayonu, Horadiz kəndi ərazisində saxlanılıb Füzuli RPŞ-yə gətirildiyinə görə iş üzrə inzibati protokol xx.xx.2024-cü il tarixdə tərtib olunsa da, Şəxs Füzuli RPŞ-də olduğu xx.xx.2024-cü il tarixdən onun azadlığı məhdudlaşdırıldığından sonuncunun inzibati qaydada həbs edilməsinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 18:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Ağcabədi Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Şəxs iş üzrə Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zor tətbiq edilməsi barədə verdiyi məlumat araşdırılması üçün aidiyyəti üzrə Xocalı rayon prokurorluğuna göndərilsin Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №3(064)-941/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-941/2024
16.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver