Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-95/2023 02.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ X10 Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 2003-cü il tarixdə Füzuli rayonu, Qarabağ kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Füzuli rayonu, Qarabağ kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 327.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsinin YNH-nin baş inspektoru, polis mayoru X5 tərəfindən tərtib edilmiş 02 mart 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs sürücülük vəsiqəsi olmadığına görə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı halda, 09 fevral 2023-cü il tarixdə saat 23:10-da “Mercedes Benz” markalı, **-VX- *** dövlət qeydiyyat nişanlı avtomobili Əhmədbəyli-Füzuli avtomobil yolunun Əhmədbəyli kəndi ərazisindən keçən hissəsində idarə edərkən ondan irəlidə, eyni hərəkət zolağında X2 idarə etdiyi “VAZ 2107” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobili ötmənin qadağan olunduğu yerdə ötmək istədikdə, ehtiyatsızlığından özünün idarə etdiyi avtomobilin qarşı tərəfi ilə “VAZ 2107” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan tərəfinin toqquşması nəticəsində sonuncu avtomobilin bir sıra ehtiyat hissələrinin yararsız vəziyyətə düşməsi, zədələnməsi və bərpa edilməsinə görə zərərçəkmiş şəxs X4 maddi ziyan vurmuşdur. Buna görə də Füzuli RPŞ-də araşdırılması aparılmış HK-1/142 nömrəli material üzrə 01 mart 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildikdən sonra Füzuli RPŞ-nin YNH-nin baş inspektoru, polis mayoru X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 327.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı tərtib edilmiş 02 mart 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, sürücülük vəsiqəsi yoxdur. 09 fevral 2023-cü il tarixdə saat 23:10-da “Mercedes Benz” markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobili Əhmədbəyli-Füzuli avtomobil yolunun Əhmədbəyli kəndi ərazisindən keçən hissəsində idarə edərkən ondan irəlidə, eyni hərəkət zolağında X2 idarə etdiyi “VAZ 2107” markalı, **- DE-*** dövlət qeydiyyat nişanlı avtomobili ötmənin qadağan olunduğu yerdə ötmək istəyərkən, ehtiyatsızlığından özünün idarə etdiyi avtomobilin qarşı tərəfi ilə “VAZ 2107” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan tərəfi toqquşmuşdur. Hadisə nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Törətdiyi əməldən səmimi peşimandır. X1 ilə barışıq əldə etmişdir. Buna görə də barəsində inzibati cərimə tətbiq edilməsini xahiş edir. İş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş: - “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 01 mart 2023-cü il tarixli qərardan görünür ki, Füzuli RPŞ-də HK-1/142 nömrəli material üzrə aparılmış araşdırma zamanı Şəxs iş üzrə inzibati xəta hadisəni törətməsinin halları məhkəmə ilə eyni məzmunda müəyyən edilmişdir. - “SƏRXAN” avtomotoservis tərəfindən tərtib edilmiş 17 fevral 2023-ci il tarixli, SA 014 nömrəli ziyan aktında göstərilmişdir ki, iş üzrə hadisənin baş verməsi nəticəsində X2 idarə etdiyi “VAZ 2107” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilin bir sıra ehtiyat hissələrinin yararsız vəziyyətə düşməsi, zədələnməsi və bərpa edilməsinə görə zərərçəkmiş şəxs X4 vurulmuş maddi ziyanın məbləği cəmi 4682,00 manat təşkil edir. - məhkəmə-tibbi ekspertizasının 19 fevral 2023-cü il tarixli, 54/23 nömrəli rəyində göstərilmişdir ki, X2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş sol çiyin qurşağı, döş qəfəsinin sol yarısı və sol baldır nahiyələrində sıyrıqlardan ibarət xəsarətlər 09 fevral 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlmiş, sağlamlığa zərər vurmayan olduğu üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İXM-in: - 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edilməsi inzibati xətadır. - 332.4-cü maddəsinə əsasən həmin Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edildiyi göstərilmiş sənədlərlə tam sübuta yetirilmişdir. - Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iş üzrə 02 mart 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs həm də Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilsə də, Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsində şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılması üçün bunun eyni orqanın səlahiyyətinə aid olması tələb edildiyinə, eləcə də həmin Məcəllənin 43-cü maddəsində 332.4-cü maddədə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilsə də, 327.2-ci maddədə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilmədiyinə, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətinə aid edildiyinə görə iş üzrə inzibati xəta haqqında protokolun Şəxs həm də Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı hissəsinə məhkəmə tərəfindən hüquqi qiymət verilməsi mümkün deyildir. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi, həmin Məcəllənin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi, şəxsiyyəti, əmlak vəziyyətini, səmimi peşmançılığından ibarət məsuliyyətini yüngülləşdirən halın olmasını, məsuliyyətini ağırlaşdıran halın olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-in 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində həmin Məcəllənin 332.4-cü maddəsi ilə 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi kifayətdir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 31-33, 106-115ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 400 (dörd yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-95/2023
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-95/2023
02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver