Məhkəmə qərarları › İş №3(064)-950/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-950/2024

20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-950/2024 20.12.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: BBGİ-nin ƏTİ TŞ-nin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, Şəxs MMC-nin ünvanına Çindən xx.xx.2024-cü il tarixli **********8573 nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən mallar gəlmişdir. Lakin həmin mallar barədə gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Bu əsasla da Şəxs MMC barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün aidiyyatı üzrə Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmənin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən Şəxs MMC-nin nümayəndəsi X1 inzibati xəta haqqında iş materialları ilə tanış olma barədə protokolundan, **********8573 nömrəli gömrük bəyannaməsindən, xx.xx.2024-cü il tarixli raportdan və digər iş sənədləri ilə Şəxs MMC-nin AR İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri görülməlidir. Belə ki, 3-33-1100/012/026104 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən Çindən ünvanına 94330495 nömrəli nəqliyyat vasitəsində daxil olmuş mallar (tekstil materialından hazırlanmış baş geyimləri) xx.xx.2024-cü il tarixli **********8573 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, lakin idxalatçı tərəfindən qısa idxal bəyannaməsi tərtib edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Azərbaycan Respublikasının vətəndaşı X2 vergi orqanında iş materialları ilə tanış olaraq heç bir etirazı olmadığını bildirmişdir. Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə təqsirli bilərək həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 31-37, 106-115 və 485.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar