Məhkəmə qərarları › İş №3(064)-951/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-951/2024

21.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-951/2024 21.11.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zərərçəkmiş şəxs Ramiz oğlu, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1989-cu il tarixdə Füzuli rayonu, Bəhmənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Füzuli RİPŞ) daxil olmuş 21 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Füzuli Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(064)-1249/2024 nömrəli qətnaməsi əsasında həmin məhkəmə tərəfindən verilmiş 22 avqust 2024-cü il tarixli, icra sənədindəki tələbi Füzuli RİPŞ-nin icra məmuru X5 tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Füzuli RİPŞ-nin böyük icra məmuru X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 21 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RİPŞ-nin icra məmuru X5 verdiyi izahatında göstərmişdir ki, Füzuli Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 22 avqust 2024-cü il tarixli, 2(064)-1249/2024 nömrəli qətnaməsinə əsasən 22 may 2009-cu il təvəllüdlü X2, 18 oktyabr 2010-cu il təvəllüdlü X8, 17 dekabr 2012-ci il təvəllüdlü X6 və 03 sentyabr 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 02 iyul 2024-cü il tarixdən başlayaraq hər ay hər uşağ üçün 80 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment Şəxs (bundan sonra - borclu) tutulub Zərərçəkmiş şəxs (bundan sonra – tələbkar) ödənilməlidir. Həmin icra sənədini 26 avqust 2024-cü il tarixli qərar əsasında icraatda götürmüşdür. Borclu həmin qərar, tələbin könüllü icrası barədə bildiriş, icra sənədinin icrası ilə əlaqədar 03 və 16 sentyabr, 18 oktyabr 2024-cü il tarixli rəsmi xəbərdarlıqlar təqdim edilməsinə, özünün etiraf etdiyi kimi, rəsmi qaydada olmasa da, günəmuzd işlərdə işləyib hər gün 20-30 manat məbləğində pul qazanmasına baxmayaraq, həmin icra sənədi üzrə tələbkara yaranmış cəmi 1280 manat məbləğində aliment borcundan üzrsüz səbəbdən hər hansı məbləğdə pul ödəməmişdir. Bu hal tələbkarın haqlı narazılığı və şikayət etməsinə səbəb olmuşdur. Göstərdiklərinə əsasən borclu icra sənədindəki tələbi onun tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. una görə də 21 noyabr 2024-cü il tarixdə borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, icra məmuru tərəfindən ona həmin icra sənədinin icraata qəbul edilməsi barədə qərar, tələbin könüllü icrası barədə bildiriş, icra sənədinin icrası ilə əlaqədar 03 və 16 sentyabr, 18 oktyabr 2024-cü il tarixli rəsmi xəbərdarlıqlar təqdim edilməsinə, rəsmi qaydada olmasa da, günəmuzd işlərdə işləyib hər gün 20-30 manat məbləğində pul qazanmasına baxmayaraq, həmin icra sənədi üzrə tələbkara yaranmış cəmi 1280 manat məbləğində aliment borcundan hər hansı məbləğdə pul ödəməmişdir. Bunun səbəbini maddi vəziyyətinin pis olması ilə izah edir. Hazırda da tələbkara həmin məbləğdən ödəmək imkanı yoxdur. İş üzrə barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, həmin icra sənədi üzrə Şəxs ona borclu olduğu cəmi 1280 manat məbləğində aliment borcundan üzrsüz səbəbdən ödəniş etməmişdir. Sonuncu tərəfindən ona aliment borcunun ödənilməsinin təmin edilməsini xahiş edir. İş üzrə ədalətli qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarına əlavə edilmiş müvafiq sənədlərin surətləri əsasında 21 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və onu tərtib etmiş Füzuli RİPŞ-nin icra məmuru X1 məhkəmə iclasında verdiyi izahatında göstərilmiş işin faktiki hallarının iş materiallarında eyni məzmunda öz əksini tapdığını (məhkəmə buna görə də iş materiallarına əlavə edilmiş sənədlərin məzmununu təkrarlamağa zərurət görmür), xüsusilə də sonuncunun borclu Şəxs göstərilən icra sənədini icra etməsi üçün xəbərdarlıq etsə də, sonuncunun həmin icra sənədindəki tələbi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etmədiyini müəyyən edir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, Zərərçəkmiş şəxs verdiyi izahatı, iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. - Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə səmimi peşmançılığından ibarət məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi kifayətdir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar