Məhkəmə qərarları › İş №3(064)-951/2025

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №3(064)-951/2025

07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 3(064)-951/2025 07.11.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızı, Azərbaycan Respublikası DİN Bakı şəhəri Binəqədi RPİ tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri Binəqədi RPİ-dən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuş İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, “SCHMİTZ YARİMQOŞQU” markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddət ərzində ödəməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-7931/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi RPİ tərəfindən Şəxs barəsində tərtib olunmuş xx.xx.2025ci il tarixli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş üzrə materialları nəzərdən keçirib qərara alır ki, həmin inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Bakı şəhəri Binəqədi RPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol Şəxs barəsində olsa da, iş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərar X1 barəsində tərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərar qəbul edilir. Göründüyü kimi tarixli inzibati xəta haqqında protokol başqa şəxsin, inzibati tənbeh vermə haqqında qərar isə başqa şəxsin barəsində tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair İXP7450720 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar