Məhkəmə qərarları › İş №3(064)-953/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-953/2025

06.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-953/2025 06.11.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Əliyev Taleh Ramiz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı Babaşlı Sənan Ağasəlim oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Füzuli rayonu, Qaraməmmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olan, ANAMA təşkilatında bağban işləyən, Füzuli rayonu, Qaraməmmədli kəndində qeydiyyatda olan, Füzuli rayonu, Zobucuq-2 qəsəbəsi, ev 314-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Füzuli Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Füzuli Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Füzuli Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı Babaşlı Sənan Ağasəlim oğlu tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü barəsində tərtib edilmiş protokol üzrə təqsirli bilərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə atası X2 yaşadığı Füzuli rayonu 2 saylı Zobcuq qəsəbəsi ev 313-dən 2400 manat pul oğurlanmışdır. Oğurluq hadisəsi ilə əlaqədar xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Füzuli rayon polis şöbəsinə dəvət olunmuşdur. Füzuli rayon polis şöbəsinə gəldikdən sonra oğlu X3 oğurluqda şübhəli olduğunu bilmişdir. Bundan əsəbləşib şöbənin inzibati binasının daxilində uca səslə mübahisə etməyə başlamış. Polis əməkdaşları onu sakitləşdirməyə çalışsalar da o, əsəbi olduğu üçün onlarla kobud danışmışdır. Daha sonra atası Mirzəli Novruzov və anası Gülarə Novruzova ilə birlikdə rəis müavininin xidməti otağına qalxmışlar. Orada rəis müavini oğlunun oğurluq etdiyini deyəndə yenə əsəbimi cilovlaya bilmədiyi üçün onunla qışqıraraq danışmış, rəis müavini onu nizam-intizamlı olmağa dəvət etsə də, ona məhəl qoymayaraq qapını çırparaq dəhlizə çıxmışdır. Dəhlizdə səs-küyə gələn polis əməkdaşları ilə də mübahisə etmişdir. Əməlindən Peşmandır. Barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid qismində ifadə verərək bildirmişdir ki, X2 evindən olan oğurluq faktı ilə bağlı X4 azyaşlı olduğundan atası Şəxs ilə birlikdə onun tərəfindən polis şöbəsinə dəvət olunmuşlar. Şəxs Röyal Novruzovun oğurluq etdiyini öyrəndiyi zaman bunu qəbul etməmiş və Füzuli rayon Polis şöbəsinin inzibati binasında səs-küy salmışdır. Bundan sonra xidmət üzrə rəis müavinin otağında eyni əməlləri davam etdirmiş, səs-küy salmış, otağın qapısını çırparaq getmişdir. Həmçinin digər polis əməkdaşları tərəfindən nizam-intizama dəvət olunmasına, profilaktiv söhbətlər aparılmasına baxmayaraq öz hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında X2 şahid qismində verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə yaşadığı Füzuli rayonu 2 savlı Zobcuq qəsəbəsi ev 313-dən 2400 manat pul oğurlanmışdır. Oğurluq hadisəsi ilə əlaqədar xx.xx.2025-ci il tarixdə saat 17 radələrində öz maşını ilə Füzuli rayon polis şöbəsinə gəlmiş, Füzuli rayon polis şöbəsində oğlu Şəxs və X1nun da orada olduğunu görmüşdür. X1 oğurluqda şübhəli olduğunu bilmirdi. Şöbənin inzibati binasında olan zaman oğlu Şəxs oğlu Royal Novruzovun oğurluq etməməsini əsas gətirərək səs-küy salmışdır. Polis əməkdaşları dətələrlə onu nizam-intizama dəvət etsələr də, o, intizamsız hərəkətlərinə davam etdirmişdir. Daha sonra onlar xidmət rəisinin xidməti otağına keçmişlər, orada rəis müavini oğluna Royal Novruzovun oğurluq əməli törətdiyini desə də o, yenə Röyalın oğurluq etmədiyini əsas gətirərək səs-küy salmış, rəis müavini ilə qışqıraraq danışmışdır. Rəis müavini onu nizam intizama dəvət etsə də, o, yenə qışqıraraq danışıb, xidməti otağın qapısını çırparaq çölə çıxmışdır. Dəhlizdə səs-küyə gələn polis əməkdaşları ilə uca səslə, əl-qol hərəkətləri ilə mübahisə etməyə başlamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli protokolu tərtib etmiş Füzuli Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı Babaşlı Sənan Ağasəlim oğlunun, Füzuli Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi. Polis leytenantı Şahid “Raport”undan görünür ki, onlar baş vermiş hadisə ilə əlaqədar Füzuli Rayon Polis Şöbəsinin rəisinə müraciət etmişlər. İş materiallarında olan AZA 021123 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi və şahidi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materiallarına əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İctimai qayda dedikdə: cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə habelə qüvvədə olan qanunvericilklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. Məhz bu mövqedən çıxış edərək məhkəmə hesab edir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17 radələrində Füzuli Rayon Polis Şöbəsinin ərazisində səs-küy salmış, ətrafdakıların diqqətini özünə çəkmiş, hamı tərəfindən qəbul edilmiş insanlar arasında təşəkkül tapmış adət ənənələrə, əxlaq normalarına zidd olaraq ictmai qaydaları kobud surətdə pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış, nəticədə inzibati inzibati xəta törətmişdir, polisin göstərişlərinə məhəl qoymadan öz qanunsuz və hüquqazidd xarakterli əməllərini davam etdirmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Füzuli Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı Babaşlı Sənan Ağasəlim oğlunun ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən normaları ilə inzibati xətanı törədilməsində təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun əməlindən peşman olmasını, davranışını, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, ona cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi sonuncunun islah olunması üçün kifayət deyildir, bu səbəbdən təqsirli bilindiyi maddələrin sanksiyası həddində İXM-nin 34.3-cü maddəsinə əsasən inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs yalnız inzibati həbs növündə tənbeh tədbiri tətbiq ediləcəyi təqdirdə sonuncu islah olunacaq və gələcəkdə yenidən bu və ya digər növdə inzibati xəta törətməyəcəkdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən onun barəsində 08 (səkkiz) gün müddətində həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsin əvvəli xx.xx.2025-ci il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar