Məhkəmə qərarları › İş №3(064)-957/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-957/2025

29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-957/2025 29.12.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi şikayətçi X2 iştirakı ilə X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin X8 Xidmətinin Qarabağ Regional Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Füzuli Rayon Mərkəzi X7 Şəxsin direktoru X6 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin X8 Xidmətinin Qarabağ Regional Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Füzuli Rayon Məhkəməsinə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Füzuli Rayon Mərkəzi X7 Şəxsin Cərrahiyə şöbəsinin tibb bacısı vəzifəsində çalışan X5 istifadə etmədiyi məzuniyyət illəri ilə bağlı kompensasiya tələbi ilə Əmək Müfəttişliyinə şikayət etmişdir və şikayətdən sonra Əmək Müfəttişliyi tərəfindən X5 ilə bağlı müvafiq sənədləri Füzuli RMX-dan istənilmiş və həmin sənədlər təqdim olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin X8 Xidmətinin Qarabağ Regional Ərazi İdarəsinin tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla 1500 manat məbləğində cərimə tətbiq olunmuşdur. Şikayət vermiş şəxs X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin X8 Xidmətinin Qarabağ Regional Ərazi İdarəsi tərəfindən barəsində qanunsuz və əsassız qərar qəbul edilmiş, nəticədə 1500 manat məbləğində cərimə olunmuşdur. O, bildirdi ki, istifadə edilməmiş məzuniyyət illəri ilə bağlı kompensasiya tələbi barədə “TƏBİB” PHŞ-yə müraciət etmiş, onlar isə istifadə edilməmiş məzuniyyətə görə kompensasiyasının verilməsinin mümkünsüz olduğunu, işçiyə yalnız ödənişsiz məzuniyyət verilə biləcəyini bildirmişdirlər. Həmçinin o, fəaliyyət göstərdiyi illər ərzində işçilərinin məzuniyyət hüququnu pozmadığını və onların vaxtlı-vaxtında məzuniyyətə çıxmasını təmin etdiyini bildirərək baş vermiş hadisədə heç bir təqsirinin olmadığını, bu səbəbdən də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin X8 Xidmətinin Qarabağ Regional Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 məhkəmə iclasında ifadə verərək bildirdi ki, 2009-cu ildən bəri Füzuli Rayon Mərkəzi X7 Şəxsin Cərrahiyə şöbəsində baş tibb bacısı olaraq işləyir. Həmçinin 44 günlük müharibə zamanı da xidmət göstərərək yüzlərlə insanın həyatını xilas etmişdir. Lakin uzun müddətdir ki, məzuniyyətə çıxmamış və bunun əvəzində ona kompensasiya ödənilməmişdir. Bu səbəbdən Füzuli Rayon Mərkəzi Xəstəxanasına ərizə ilə müraciət edərək istifadə etmədiyi məzuniyyət illəri ilə bağlı kompensasiya verilməsini tələb etmiş, lakin ona heç bir ödəniş edilməmişdir. Lakin onu da qeyd etdi ki, müəyyən olunmuş növbəlilik cədvəlinə uyğun olaraq əmək məzuniyyətinə çıxmasına Füzuli Rayon Mərkəzi Xəstənasının direktoru X6 tərəfindən heç bir etiraz olunmamış, istədiyi zaman əmək məzuniyyətinə çıxa bilmişdir. Həmçinin onu da bildirdi ki, Əmək Müfəttişliyinə şikayət etdiyi zaman da əmək məzuniyyətinə buraxılmaması ilə bağlı şikayəti olmamışdır. Qərar qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin X8 Xidmətinin Qarabağ Regional Ərazi İdarəsinin rəisi X4 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, “TƏBİB” Füzuli Rayon Mərkəzi Xəstənasının direktoru X6 İXM-nin 192.5-ci maddəsi nəzərəd tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə, şikayət verən şəxsin ərizəsini, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, X2 İXM-in 192.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin X8 Xidmətinin Qarabağ Regional Ərazi İdarəsinin rəisi X4 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Belə ki, X6 barəsində inzibati xətanın törədilməsinə dair protokol tərtib edilərkən inzibati xəta haqqında qanunvericiliyin tələblərinə tam riayət olunmaqla aparılmamışdır. X8 Xidməti tərəfindən əldə edilmiş məlumatlar əsasında aparılan inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə uyğun olmamış, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi təbdirlər görülməmiş, yalnız daxil olan məlumat əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, inzibati xəta haqqında iş materiallarından, eyni zamanda məhkəmə iclasında şahid qismində dindirilmiş Füzuli Rayon Mərkəzi X7 Şəxsin Cərrahiyə şöbəsinin tibb bacısı vəzifəsində çalışan X1 verdiyi ifadədən müəyyən olunur ki, X5 tərəfindən Əmək Müfəttişliyi Xidmətinə əmək məzuniyyətinin verilməməsi ilə bağlı heç bir müraciət olunmamış, yalnız istifadə etmədiyi məzuniyyət illəri ilə bağlı kompensasiya tələb etmişdir. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin X8 Xidmətinin Qarabağ Regional Ərazi İdarəsinin rəisi X4 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 barəsində Azərbaycan Respublikası İXMnin 192.5-ci maddəsinə əsasən Əmək Məcəlləsinin 135-ci maddəsinin tələbinə uyğun işçiyə əmək məzuniyyətinin verilməməsi, həmçinin kompensasiyanın ödənilməməsinə görə 1500 (min beş) manat məbləğində inzibati qayadada cərimə tətbiq edilmişdir. Bununla da işin faktiki halları ətraflı araşdırılmamış və işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni Füzuli Rayon Mərkəzi X7 Şəxsin direktoru X6 tərəfindən həqiqətən də həmin müəssisəsdə tibb bacısı vəzifəsində çalışan X3 əmək məzuniyyətinin verilib-verilməməsi Əmək Müfəttişliyi Xidməti təfəfindən hərtərəfli araşdırılmamış və bu əsasdan çıxış edərək inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası İXM-nin: - 3-cü maddəsində göstərilir ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 75-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar sırasında həmin məcəllənin 75.0.1-ci maddəsində öz əksini tapan inzibati xəta hadisəsinin (inzibati xəta törədilmişdirmi) olmasıdır. - 134.1.4-ci maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda məhkəmə qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. - 135-ci maddəsində mövcud olan inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar sırasında həmin məcəllənin 135.1.1-ci maddəsində göstərilən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, X2 İXM-nin 192.5-ci maddəsilə 1500 (min beş) manat məbləğində inzibati qayadada cərimə edilməsinə səbəb olmuş əməlin faktiki halları səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən ətraflı araşdırılmamışdır. Belə olan halda, X6 barəsində Azərbaycan Respublikası İXM-nin 192.5-ci maddəsinə əsasən verilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Məhkəmə göstərilənlərə əsasən və İXM-in 75, 76, 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin X8 Xidmətinin Qarabağ Regional Ərazi İdarəsinin rəisi X4 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin X8 Xidmətinin Qarabağ Regional Ərazi İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Füzuli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar