Məhkəmə qərarları › İş №3(064)-96/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-96/2023

28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-96/2023 28.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X11, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Füzuli rayonu, Qarğabazar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, Füzuli rayonu, Qarğabazar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş 06 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Füzuli RPŞ-nin polis sahə rəisi, polis baş leytenantı X3 Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsi ilə tərtib etdiyi 06 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlər baxılması üçün həmin tarixli qərardadla aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 04 mart 2023-cü il tarixdə tanışı X12 ilə Füzuli rayonunda “Harami düzü” adlanan ərazidə yerləşən, qeyri-rəsmi qaydada icarəyə götürdükləri torpaq sahəsində əkdikləri taxıl sahəsinə baxmaq və həmin sahədə olacaq, taxıla zərərvuran quşları havaya atəş açmaqla qovmağı qərara aldıqlarına görə həmin məqsədlə özünün idarə etdiyi avtomobilin arxa oturacağına o, özünə məxsus olan “Huğlu” markalı, 21-R- 2823 nömrəli, yivsiz lüləli ov silahını, Zamir Ağayev də özünə məxsus ov silahını qoyub, sonuncu ilə birlikdə həmin avtomobildə göstərdiyi əraziyə getmişlər. Həmin ərazidə Zamir Ağayevlə avtomobildən düşüb əkin sahəsinə tərəf gedərkən DİN-nin Daxili Qoşunlarının hərbi qulluqçuları tərəfindən saxlanılmışlar. Bu zaman onların ov silahları üzərilərində deyil, onun avtomobilinin arxa oturacağında olmuşdur. Hərbi qulluqçuların müvafiq sualına cavab olaraq həmin əraziyə ov etmək məqsədilə deyil, yuxarıda göstərdiyi məqsədlə gəldiklərini desələr də, hərbi qulluqçular onun avtomobilinə baxış keçirərkən arxa oturacağından onlara məxsus ov silahlarını aşkar etdiklərinə görə onların həmin əraziyə ov etmək məqsədilə gəldiklərini zənn etmiş, bu səbəbdən verdikləri müvafiq məlumat əsasında onları özlərinə məxsus ov silahları ilə birlikdə sonradan həmin əraziyə gəlmiş Füzuli RPŞ-nin əməkdaşlarına təhvil vermişlər. Həm göstərdiklərinə əsasən, həm də göstərdiyi ərazidə o və Zamir Ağayev ov silahları ilə ov etmədiklərinə, ümumiyyətlə atəş açmadıqlarına görə hazırki iş üzrə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu qanunsuz və əsassız hesab edir. Buna görə də hazırki iş üzrə icraata xitam verilməsi və özünə məxsus olan ov silahının özünə qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş inzibati xəta haqqında icraat materialları ilə müəyyən edilmişdir ki,: - 06 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın ona görə başlandığı göstərilmişdir ki, sonuncu 04 mart 2023-cü il tarixdə saat 12 radələrində Füzuli rayonu, Veysəlli kəndi ərazisində özünə məxsus olan “Huğlu” markalı, 21-R-2823 nömrəli, yivsiz lüləli ov silahı ilə ov qaydalarını kobud şəkildə pozmuşdur. Bu fakt Füzuli RPŞ-nin PPXB-nin tağım komandiri A.Rəşidlinin raportu və izahatlar ilə təsdiq edilir. - DİN-nin Daxili Qoşunlarının hərbi qulluqçuları X5, X7 və X2 RPŞ-yə verdikləri izahatlarında göstərmişlər ki, onlar 04 mart 2023-cü il tarixdə saat 12 radələrində Füzuli rayonu, Veysəlli kəndi ərazisində xidmətdə olarkən Şəxs və X9 üzərilərində olmuş ov silahı ilə əkin sahəsində deyil, qamışlıq ərazidə olduqlarını gördüklərinə görə saxlamış və Füzuli RPŞ-nin əməkdaşlarına təhvil vermişlər. - “Huğlu” markalı, 21-R-2823 nömrəli, yivsiz lüləli ov silahı saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün Şəxs verilmişdir (Azərbaycan Respublikası DİN-nin İctimai Təhlükəsizlik İdarəsi tərəfindən verilmiş 17 mart 2021-ci il tarixli, 884 nömrəli şəhadətnamənin surətinə əsasən). Azərbaycan Respublikası İXM-in: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 272.1-ci maddəsində balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. - 272.3-cü maddəsində ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun: - “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, maddi tərkibli inzibati xətalarda xətanın obyektiv cəhətinə hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də belə hərəkətdən (hərəkətsizlikdən) törəyən zərərli nəticə də daxil edilir. Maddi tərkibli inzibati xətalar üzrə məsuliyyətin yaranması üçün zərərli nəticənin baş verməsi tələb olunur və belə inzibati xəta tərkiblərində hərəkət və ya hərəkətsizliklə nəticə arasında səbəbli əlaqə olmalıdır. - “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarında göstərilmişdir ki, alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Məhkəmə yuxarıda göstərilən Azərbaycan Respublikası İXM-in normaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə əsaslanaraq belə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsində nəzərdə tutulmuş ov qaydalarının kobud şəkildə pozulmasına görə inzibati məsuliyyətin yaranması üçün lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsi, yaxud digər ov qaydalarının müntəzəm pozulması tələb olunduğuna görə həmin inzibati xəta maddi tərkiblidir və onun obyektiv cəhəti alternativ əlamətlidir. Bu səbəbdən həmin maddə ilə inzibati məsuliyyətin yaranması üçün göstərilən alternativ əlamətli hərəkətlərdən birinin törədilməsindən törəyən zərərli nəticənin baş verməsi tələb olunur. Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsinin məzmunundan aydın olur ki, onun dispozisiyasında göstərilmiş “ov edilməsi” ifadəsi konkret olaraq ov predmetinin olması və ya aşkar edilməsini, “digər ov qaydalarının müntəzəm pozulması” ifadəsi isə həmin Məcəllənin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın müntəzəm törədilməsini nəzərdə tutur. İş üzrə toplanmış inzibati xəta haqqında icraat materialları, yəni 06 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, DİN-nin Daxili Qoşunlarının hərbi qulluqçuları X5, X7 və X4 Füzuli RPŞ-yə verdikləri, eləcə də Şəxs Füzuli RPŞ və məhkəməyə verdiyi izahatları ilə müəyyən edilir ki, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan olan Füzuli RPŞ və DİN-nin Daxili Qoşunlarının hərbi qulluqçuları Şəxs və X6 04 mart 2023-cü il tarixdə saat 12 radələrində Füzuli rayonu, Veysəlli kəndi ərazisində özlərinə məxsus olan ov silahları ilə ov etmələrini və ümumiyyətlə, həmin silahlardan atəş açmalarını müəyyən etməmişdir. Çünki iş üzrə Şəxs və X1 yerdən və ətrafından, eləcə də onların üzərindən və həmin əraziyə gəldikləri avtomobildən ov predmeti, eləcə də onlar tərəfindən ov edilməsinə işarə edən digər hər hansı sübut növü aşkar edilməmişdir. Eləcə də, DİN-nin Daxili Qoşunlarının hərbi qulluqçuları X5, X7 və X2 RPŞ-yə verdikləri izahatlarında iş üzrə ov predmeti, ov edilməsinə işarə edən hər hansı sübut növünü aşkar etdiklərini, ümumiyyətlə, hadisə yerində Şəxs və X6 ov silahından atəş açmalarını gördüklərini və ya eşitdiklərini göstərməmişlər. Azərbaycan Respublikası İXM-in: - 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iş üzrə toplanmış inzibati xəta haqqında icraat materialları ilə Şəxs 04 mart 2023-cü il tarixdə saat 12 radələrində Füzuli rayonu, Veysəlli kəndi ərazisində özünə məxsus olan “Huğlu” markalı, 21-R-2823 nömrəli ov silahı ilə ov etməsi və ya digər ov qaydalarını müntəzəm pozmasından ibarət ov qaydalarını kobud şəkildə pozması müəyyən edilmədiyinə, beləliklə də onun əməlində Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı müəyyən edildiyinə görə həmin Məcəllənin 53.1.2 və 105.1-ci maddələrinə əsasən 06 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla Şəxs barəsində həmin Məcəllənin 272.3-cü maddəsi ilə bağlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 3, 12.1, 40, 43, 53.1.2, 105.1, 114.1.4, 115, 128-130, 272.3-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası İXM-in 53.1.2 və 105.1-ci maddələrinə əsasən 06 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsi ilə bağlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Füzuli Rayon Polis Şöbəsində saxlanılan “Huğlu” markalı, 21-R-2823 nömrəli, yivsiz lüləli ov silahı Şəxs qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar