Məhkəmə qərarları › İş №3(064)-961/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-961/2024

24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-961/2024 24.12.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsi tərəfindən toplanmış inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (bundan sonra – Filial) mülkiyyətində olan «X2 LC150» markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə saat 19:19-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqan olan Füzuli Rayon Polis Şöbəsinə (bundan sonra – Füzuli RPŞ) müvafiq sorğunun daxil olduğu xx.xx.2024-cü il tarixdən 5 gün müddətində verməmişdir. Buna görə də Füzuli RPŞ tərəfindən Füzuli RMX PHŞ barəsində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Tərəflər məhkəmə iclasına vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da, gəlməmiş, Filialın nümayəndəsi Məhkəməyə ərizə ünvanalayaraq işə onların iştirakı olmadan baxılmasını və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-in 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslərin üç yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Füzuli RPŞ xx.xx.2024-cü il tarixli məktubla Filiala müraciət edərək mülkiyyətində olan «X2 LC150» markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə saat 19:19-da Azərbaycan Respublikası İXM-in 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı 5 gün müddətində göndərməsini xahiş etmiş, Filialın əks halda Azərbaycan Respublikası İXM-in 327.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdar etmişdir. SX035004820AZ nömrəli xəbərnaməyə əsasən həmin məktub xx.xx.2024-cü il tarixdə poçt orqanı tərəfindən Filialın müvafiq işçisinə imza etdirilməklə təqdim edilsə də, Filial müvafiq məlumatı Füzuli RPŞ-yə göndərməmişdir. Beləliklə, Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Filialın iş üzrə Məhkəmənin müəyyən etdiyi əməli törətməsi iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. Onun əməlində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yaranmışdır. Buna görə də Filial həmin inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Filialın əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.3-cü maddəsində göstərilən halları nəzərə alaraq göstərlənlərə əsasən hesab edir ki, Filial barəsində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İXMin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar