Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-963/2025 21.11.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlu katibliyi, inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan– Füzuli Rayon Prokurorluğunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1995-ci il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Zobucuq-4 qəsəbəsi, ev 128-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Prokurorluğundan daxil olmuş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında iş üzrə icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Füzuli Rayon Prokurorluğu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXMin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanma haqqında qərar və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli Rayon Prokurorluğunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X11 bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 01 radələrində Füzuli rayonu, Zobucuq-4 qəsəbəsində yerləşən çay evində tanışları X4 və X1 yanında sonunculara qarşı nalayiq ifadələr işlədərək insanlar arasında bərqarar olmuş birgə yaşayış və davranış qaydalarını pozmuş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Odur ki, Şəxs barəsində müvafiq tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə tanışı Rövşən Namazəliyevlə birgə Füzuli rayon, 4 Saylı Zobucuq qəsəbəsində yerləşən çay evinə getmiş, orda hər ikisi pivə içmişdirlər. Rövşənlə sərxoş olduğu üçün səbəbini xatırlamadığı məsələyə görə uca səslə mübahisə etməyə başlamışdır. Elburusun onun qonşusu olduğunu bildirmişdir. Elburus onlara burada səs-küy salmamalarını bildirdikə o, Rövşənlə dost olduqlarını və bu mübahisənin də öz aralarında olduğunu bildirmişdir. Bu zaman Elburus ondan çay evindən çıxmasını istəmişdir. Həmin vaxtı Elburus onu itələməmiş və ona söyüş söyməmişdir. Bir qədər sonra iki nəfər polis əməkdaşı ora gələrək onu polis şöbəsinə dəvət etmişlər. Təqsirini boynuna alaraq əməlindən peşiman olduğunu bildirdi. İş materiallarında olan: Füzuli RPŞ-nin PPXB-nin, polis nəfəri, polis serjantı X5 izahatında bildirib ki, xx.xx.2025-ci il tarixdə, 00 radələrində həmkarı PPXB-nün, polis serjar X7 ilə Füzuli rayon Zobucuq qəsəbələrində xidmətdə idi. Füzuli rayon, 4 Saylı Zobucuq qəsəbəsində olarkən yaxınlıqdakı çay evindən səs-küy gəldiyini görüb yaxınlaşıblar. Bu zaman görüblər ki, Füzuli rayon, 4 Saylı Zobucuq qəsəbə sakini Şəxs digər şəxs olan Elburus adlı şəxslə mübahisə edir və hər ikisi nalayiq ifadə işlədərək bir-birinin üzərinə gedir. O və Coşqun dərhal ora yaxınlaşıblar. Niyaməddin və Elburusa nalayiq ifadə işlətməmələrini tələb ebiblər. Lakin Elburus adlı şəxs onların tələbinə uyğun olaraq nalayiq ifadə işlətməyi dayandırsa da, Şəxs söyüş söyməyə davam edib, nəticədə ətrafda olan təxminən 5-6 nəfər şəxsin diqqəti ora cəmləşib. Onlar belə olan halda, Şəxs Füzuli RPŞ-nə dəvət etmişlər, həmin vaxt yaxınlıqda olan Rövşən Namazəliyev ora gəlib Niyaməddinin dostu olduğunu bildirmiş, sonuncunu polis şöbəsinə dəvət etmələrinə mane olmuş, sərxoş vəziyyətdə deyib ki, Niyaməddin heç yerə getməyəcək. O və X10 və Rövşənin söyüş söyməyə və uca səslə danışmağa davam edərək ictimai asayişi pozduqlarını görüb onları polis şöbəsinə gətiriblər. Füzuli RPŞ-nin PPXB-nin, polis nəfəri, polis serjantı X7 izahatından müəyyən olunur ki, X2 izahatına uyğun izahat vermişdir. X3 izahatında bildirmişdir ki, göstərilən ünvanda ailəsi ilə bir yerdə yaşayır. xx.xx.2025-ci 00 radələrində Füzuli rayon 4 Saylı Zobucuq qəsəbəsində yerləşən ona məxsus çay evində olarkən həmin çay evində əyləşmiş Niyaməddin və Rövşən adlı şəxslərin sərxoş halda uca səslə danışmaqla orada əyləşən insanları narahat etdiyi üçün onlara bu hərəkətləri etməmələri barədə xəbərdarlıq etmiş, əks təqdirdə çay evindən getmələrini bildirmişdir. Bir qədər sonra polis əməkdaşları ora gəlmişdir. Bu zaman o, heç bir şəkildə polis əməkdaşlarına etiraz bildirməmiş, nalayiq ifadə işlətməmişdir. X4 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 22 radələrində tanışı Şəxsla birgə Füzuli rayon, 4 Saylı Zobucuq qəsəbəsində yerləşən çay evinə getmişlər, orda hər ikisi pivə içib. xx.xx.2025-ci il tarixdə, saat 00 radələrində Niyaməddinlə aralarında mübahisə olub. Mübahisəyə səbəb artıq sərxoş olduqları üçün Niyaməddinə evə getmək lazım olduğunu dediyi üçün idi. Niyaməddin isə getməməkdə təkid edirdi. Nəticədə aralarında sözlə mübahisə yarandı və uca səslə danışmağa başlayıblar. Digər masada əyləşən Elburus adlı şəxs onlara dedi ki, çay evini mənə tapşırıblar bura mənimdir, bura da səs-küy salmayın, o, deyib ki, Niyaməddin mənim dostumdur onunla mübahisəm öz aramızdadır. Bu zaman Elburus Niyaməddinə yaxınlaşıb əli ilə sinəsindən itələdi və dedi ki, get evinə. Bir qədər sonra iki nəfər polis əməkdaşı ora gəldi. Onu və Niyaməddini polis şöbəsinə dəvət etdilər. Onlar isə deyiblər ki, dost-yoldaş arasında olan anlaşılmazlıqdır, ciddi bir səbəb yoxdur. Sərxoş olduqları üçün təkid etiblər ki, polis şöbəsinə dəvət edilməkləri əsassızdır. O, deyib ki, əgər Niyaməddini şöbəyə aparacaqsızsa mən də onunla gedəcəm. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməlləri törətməsi məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, şahid qismində dindirilmiş şəxslərin verdikləri izahatlar, inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmişdir. Şəxs etdiyi əməl ictimai qaydanın pozulması ilə nəticələndiyinə görə Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, iş üzrə şahidlərin izahatı əsasında müəyyən olunur ki, inzibati xəta törətməkdə təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozaraq birgə yaşayış qaydalarını pozmuş, insanların narahatlığına səbəb olmuşdur. Bu hərəkəti ilə bağlı kənar şəxslər tərəfindən xəbərdar olunmasına baxmayaraq yenə də əməlinə son qoymamış, cəmiyyət tərəfindən müəyyən olunmuş davranış qaydalarını pozmaqla xırda xuliqanlıq əməlini törətmişdir. Məhkəmə Şəxs səmimi peşmanlığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə səmimi peşmançılığından ibarət məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində cərimə növündə inzibati tənbehin ən yüksək həddə tətbiq edilməsi kifayətdir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Füzuli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №3(064)-963/2025
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-963/2025
21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver