Məhkəmə qərarları › İş №3(064)-964/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-964/2025

21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-964/2025 21.11.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Namazova Səbuhə Müşfiq qızının katibliyi, Füzuli rayon prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Sabirabad rayonu, Qalaqayın kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Füzuli rayonu, Horadiz şəhərində qeydiyyatda olan, Füzuli rayonu, Zobucuq-4 qəsəbəsi, ev 124-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Füzuli rayon prokurorluğu tərəfindən Şəxs barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul olunmuşdur. Füzuli rayon prokurorluğu tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmiş şəxsin nümayəndəsi Füzuli rayon prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X7 məhkəmədən Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 01 radələrində tanışı X3 rayonu, 4 saylı Zobucuq qəsəbəsində yerləşən çay evində olduğu zaman artıq sərxoş olduqlarını gördüyündən sonuncuya evə getmək lazım olduğunu bildirmiş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Niyaməddin İsmayılov evə getməməkdə israr etmişdir. Nəticədə aralarında sözlə mübahisə yaranmış və uca səslə danışmağa başlamışlar. Bu zaman digər masada əyləşən Elburus adlı şəxs hər ikisindən uca səslə danışmamağı və orada olan insanları narahat etməməyi tələb etmişdir. Bir qədər sonra isə polis əməkdaşları gəlmişlər və Niyaməddin İsmayılovu polis şöbəsinə dəvət etmişlər. Bu zaman o dostunu tək qoymamaq üçün polis əməkdaşlarına “dostumu aparırsınızsa məni də aparın” demişdir. Əməlindən səmimi peşimandır, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan: - cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Füzuli Rayon Polis Şöbəsində araşdırılması aparılmış HK-1/1284- 25 nömrəli material üzrə X2, Şəxs və X1 əməlində cinayət tərkibi olmadığı üçün onların barəsində cinayət işinin başlanması rədd edilmişdir. - inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməlləri törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və digər sənədlərlə tam sübuta yetirilmişdir. - ictimai qaydanın pozulması ilə nəticələndiyinə görə Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə səmimi peşmançılığından ibarət məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin ən aşağı həddə tətbiq edilməsi kifayətdir. Şərh olunanlara, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar