Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-971/2025 17.12.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, «Füzuli Rayon Mərkəzi Xəstəxanası» X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X2 Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Füzuli Rayon Məhkəməsinin icraatına Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X1 Yanğın Nəzarəti İdarəsindən «Füzuli Rayon Mərkəzi Xəstəxanası» X6 barəsində tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixdə ünvan 1i ünvanında yerləşən «Füzuli Rayon Mərkəzi Xəstəxanası» X5 YTM zamanı YTQN 01 2001 b 9.3, 4.4, 6, b 2,5, 04-2002 b: 9.1 bəndlərinin tələblərinin pozulması aşkar olunmuşdur. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş protokolu tərtib edən orqan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X1 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi Nümayəndə protokolu müdafiə edərək, inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, barəsində protokol tərtib edilmiş «Füzuli Rayon Mərkəzi Xəstəxanası» X6 nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR İXM-nin 61.3-cü maddəsinə əsasən işə həmin orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan; Planlı (növbəti) yoxlamanın aparılması haqqında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X1 Yanğın Nəzarəti İdarəsinin xx.xx.2025ci il tarixli, 3-18-73/Q-2094/2025 nömrəli qərarına əsasən «Füzuli Rayon Mərkəzi Xəstəxanası» X3 plan üzrə növbəti yoxlamanın aparılması qərara alınmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”-ndən xx.xx.2025-ci il tarixli, KY252357305 nömrəli çıxarışa əsasən «Füzuli Rayon Mərkəzi Xəstəxanası» X3 xx.xx.2025-ci il tarixində yanğın təhlükəsizliyi haqqında qanunun tələblərinə riayət edilib-edilməməsinin yoxlanılacağı müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli, Q2094 nömrəli Yanğın texniki müayinə aktından göründüyü kimi, «Füzuli Rayon Mərkəzi Xəstəxanası» X3 müayinə aparılarkən aşağıdakılar aşkar olunmuşdur;
1. Mərkəzi xəstəxananın ərazisində yerləşən tikililərin yanğın xəbərlərinin siqnalizasiya qurğularının sazlığı barədə mütəxəssis aktı tərtib olunmayıb.
2. Tikililərin dam örtüklərinin taxta konstruksiyaları oda davamlı məhlulla hopdurulmamışdır.
3. Tikililərin elektrik təsərrüfat “Eqqq”na uyğun quraşdırılmayıb.
4. Tikililərdə mövcud olan daxili yanğın kranlarının sazlığı barədə akt tərtib olunmayıb.
5. Əsas bina “Təxliyyə planı” ilə təmin olunmayıb. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə- fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, «Füzuli Rayon Mərkəzi Xəstəxanası» X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və digər sənədlərlə sübuta yetirilmiş və əməl düzgün olaraq İXM-nin 518.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir və sübutların məcmusu istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Habelə, əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar olmadığından, «Füzuli Rayon Mərkəzi Xəstəxanası» X6 inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tədbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, «Füzuli Rayon Mərkəzi Xəstəxanası» X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin şərti olaraq tətbiqi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
«Füzuli Rayon Mərkəzi Xəstəxanası» X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməklə 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən: Səkinəxanım Məmmədli