Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-984/2025 16.12.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə və barəsində inzibati xəta haqqənda icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 7 saylı Qarabağ Regional bölməsindən daxil olmuş MN seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs tərəfindən Füzuli rayonu Bala Bəhmənli kəndində xx.xx.2025-ci il tarixdə ət kəsim mətəqəsinin fəaliyyəti zamanı formalaşan tullantı sularının kənara təyinatsız olaraq axıdılması faktı aşkar olunmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətasını törətmişdir. Məhkəmə iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 7 saylı Qarabağ Regional bölməsinin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək protokolu müdafiə etdiyini bildirmiş və məhkəmədən inzibati xəta törədən şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməmiş və bildirmişdir ki, həmin torpaq sahəsi ona məxsusdur, lakin həmin sahə hasarlanmamışdır. Ət kəsimi zamanı tullantı sularının axıdılması üçün quyu qazdırmışdır ki, həmin tullantı suları ora axsın. Ona yazılan inzibati protokoldan xəbəri yoxdur. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs tərəfindən Füzuli rayonu Bala Bəhmənli kəndində xx.xx.2025-ci il tarixdə ət kəsim mətəqəsinin fəaliyyəti zamanı formalaşan tullantı sularının kənara təyinatsız olaraq axıdılması faktı aşkar olunmuşdur. -bir ədəd diskin yaddaşına yazılmış və məhkəmə iclasında proses iştirakçılarının iştirakı ilə baxılmış videogörüntülərdən görünür ki, Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən və məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs da inzibati protokolda qeyd edilmiş ət kəsim məntəqəsi ilə eynilik təşkil edən ət kəsim məntəqəsində formalaşan tullantı sularının təyinatsız olaraq kənara, boş sahələrə axıdılması müşahidə olmuşdur. -işdə olan fotoşəkillərdən də görünür ki, Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən ət kəsim məntəqəsinin ətrafına tullantı suları təyinatsız olaraq axıdılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə onu da qeyd edir ki, Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən ət kəsim məntəqəsinin ətrafına tullantı suları təyinatsız olaraq axıdılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs diskin yaddaşına yazılmış videogörüntülərdə və iş materiallarına əlavə edilmiş fotoşəkillərdə əks olunan Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən ət kəsim məntəqəsinin ona məxsus olduğunu bildirmişdir. O, tullantı sularının axıdılması üçün xüsusi quyunun qazıldığını bildirsə də məhkəmə iclasında belə quyunun mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: xx.xx.1959-cu il tarixdə Füzuli rayonu, Bala Bəhmənli kəndində anadan olmuş, həmin ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №3(064)-984/2025
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-984/2025
16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver