Məhkəmə qərarları › İş №3(064)-992/2024

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №3(064)-992/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 3(064)-992/2024 02.12.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi X2, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 327.1 və 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsinin (bundan sonra - Füzuli RPŞ) YNH-nin polis baş leytenantı X1 tərəfindən tərtib edilmiş 26 noyabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Füzuli RPŞ-nin YNH-nin polis baş leytenantı X1 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 327.1 və 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı tərtib edilmiş 26 noyabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta haqqında protokolda Şəxs həm də Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilsə də, Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsində şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılması üçün bunun eyni orqanın səlahiyyətinə aid olması tələb edildiyinə, eləcə də, həmin Məcəllənin 43-cü maddəsində 334.3-cü maddədə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilsə də, 327.1-ci maddədə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilmədiyinə, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətinə aid edildiyinə görə iş üzrə inzibati xəta haqqında protokolun Şəxs həm də Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı hissəsinə məhkəmə tərəfindən hüquqi qiymət verilməsi mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 61.5-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. - 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. - 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. - 106.0.6-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılması məsələsini həll edir. - 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana geri qaytarılması haqqında qərardad qəbul edilir. Məhkəmə göstərilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, inzibati həbs nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburi olduğuna, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxıldığına və bu səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta haqqında protokolla birlikdə məhkəməyə təqdim edilmədiyi halda, hakim tərəfindən onun işə baxılmasının yeri və vaxtı barədə məlumatlandırılması məsələsinin həll edilməsi mümkün olmadığına görə inzibati orqan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi tərtib etdiyi inzibati xəta haqqında protokol və digər materiallarla birlikdə məhkəməyə təqdim etməlidir. İş üzrə Füzuli RPŞ tərəfindən məhkəməyə inzibati xəta haqqında protokol və digər materiallar təqdim olunsa da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqdim olunmadığına görə Füzuli RPŞ-nin YNH-nin polis baş leytenantı X1 tərəfindən tərtib edilmiş 26 noyabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları onu tərtib etmiş orqan olan Füzuli RPŞ-yə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İXM-in 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İXM-in 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan şikayəti vermək hüququ istisna edilir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 61.5, 106, 109.1.6 maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Füzuli RPŞ-nin YNH-nin polis baş leytenantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.1 və 334.3-cü maddələri ilə tərtib olunmuş 26 noyabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Füzuli Rayon Polis Şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar