Məhkəmə qərarları › İş №3(064)-998/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-998/2025

14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-998/2025 14.01.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, şikayətçi Füzuli Rayon Mərkəzi X14 şəxsin direktoru X7 və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, X3nun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Qarabağ Regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayətinə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Qarabağ Regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Füzuli Rayon Mərkəzi X14 şəxsin xx.xx.2024-cü il tarixdə öz ərizəsi ilə işdən azad olmuş TTTT-şöbəsinin sürücüsü olan X8 istifadə etmədiyi məzuniyyət illərinin əvəzinə son haqq-hesabın düzgün hesablanmaması tələbi ilə bağlı Əmək Müfəttişliyinə şikayət etmiş və şikayətdən sonra Əmək Müfəttişliyi tərəfindən X8 ilə bağlı müvafiq sənədlər Füzuli Rayon Mərkəzi Xəstəxanası PHŞ-dən istənilib və həmin sənədlər təqdim olunmuşdur. X10 Regional şöbəsinə Füzuli Rayon Mərkəzi Xəstəxanası tərəfindən X8 haqqında son haqq-hesaba dair bütün zəruri sənədlər göndərilməsinə baxmayaraq xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilərək 1000 (min manat) manat məbləğində cərimə tədbiq edilmişdir. Hesab edir ki, həmin qərar ləğv edilməlidir. Məhkəmə iclasında şikayətçi Füzuli Rayon Mərkəzi X14 şəxsin direktoru X12 şikayəti müdafiə edərək və onun məzmununa uyğun izahat verərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçinin nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək və onun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Füzuli Rayon Mərkəzi X14 şəxsi tərəfindən X10 Regional şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 18-1-36/2-1153/2025 saylı məktubda xx.xx.2023-cü il tarixli PH-6-36/3-1-318/2023 saylı əmrə əsasən 2022/2023-cü iş ili, xx.xx.2024-cü il tarixli 18-1-36/3-1-246/2024 saylı əmrə əsasən 2023/2024-cü iş ili üzrə məzuniyyətləri texniki səhvə yol verilərək istifadə edilməmiş məzuniyyət illəri kimi göstərilmişdir. X4 həmin illər üzrə də məzuniyyət hüququndan istifadə etmiş, xx.xx.2023-cü il tarixli PH-6-36/3-1-318/2023 saylı əmrə əsasən 25 təqvim gününə məzuniyyətə buraxılmış, ona 657,40 manat məzuniyyət pulu ödənilmişdir. X1 xx.xx.2024-cü il tarixli 18-1-36/3-1-246/2024 saylı əmrə əsasən 25 təqvim gününə məzuniyyətə buraxılmış, ona 862,45 manat məzuniyyət pulu ödənilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli hesabdan çıxarışdan da göründüyü kimi xx.xx.2023-cü il tarixində əmək haqqı iyun 657,40 manat; xx.xx.2024-cü il tarixində əmək haqqı may 862,45 manat; xx.xx.2024-cü il tarixində isə işdən azad olunan zaman qalıq olan istifadə etmədiyi 97 təqvim günü məzuniyyəti üçün (hesabdan çıxarışda əmək haqqı dekabr kimi qeyd olunub) 3234,76 manat məbləğində pul X6 məxsus əmək haqqı kartına köçürülmüşdür. Qeyd olunanlara əsasən məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - inzibati xəta haqqında MN seriyalı ******* nömrəli xx.xx.2025-ci il tarixli protokolun surətindən görünür ki, Füzuli Rayon Mərkəzi X14 şəxsin sabiq işçisi X2 haqq hesabının əmək qanunvericiliyində uyğun olaraq tam ödənilməməsinə görə Əmək məcəlləsinin 83.4cü maddəsinin tələbləri pozulmuşdur. Ona görə də Füzuli Rayon Mərkəzi X14 şəxsin direktoru X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və onun barəsində 1000 manat inzibati cərimə tətbiq edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Füzuli Rayon Mərkəzi Xəstəxananın Baş həkimi N.Şükürov tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli 155-K nömrəli əmrdən görünür ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasının Təsərrüfat heyətinin sürücüsü X8 xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi əmək məzuniyyətinə buraxılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Füzuli Rayon Mərkəzi Xəstəxananın Baş həkimi N.Şükürov tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli 240-K nömrəli əmrdən görünür ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasının Təsərrüfat heyətinin sürücüsü X8 xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi əmək məzuniyyətinə buraxılmışdır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Füzuli Rayon Mərkəzi Xəstəxananın Baş həkimi N.Şükürov tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli 293-K nömrəli əmrdən görünür ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasının Təsərrüfat heyətinin sürücüsü X8 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi əmək məzuniyyətinə buraxılmışdır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X27 “Füzuli Rayon Mərkəzi X14 Şəxs tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli PHŞ-6-36/3-1-318/2023 nömrəli əmrdən görünür ki, Füzuli Rayon Mərkəzi X14 şəxsin TTTT-şöbəsinin sürücüsü olan X6 qalıq olan 2022/2023-cü iş ili üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər 25 təqvim günü (21 əsas, 4 gün əmək stajına görə) ödənişli, 4 təqvim günü (15 iyun Milli Qurtuluş Günü, 26 İyun Silahlı Qüvvələr günü, 28-29 Qurban bayramı) ödənişsiz əmək məzuniyyəti verilməsi, xx.xx.2023-cü il tarixdən öz işində hesab edilməsi əmr edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X27 “Füzuli Rayon Mərkəzi X14 Şəxs tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 18-1-36/3-1-246/2024 nömrəli əmrdən görünür ki, Füzuli Rayon Mərkəzi X14 şəxsin ilkin səhiyyə xidməti TTTY şöbəsinin sürücüsü X6 qalıq olan xx.xx.2023-xx.xx.2024-cü iş ili üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər 25 təqvim günü (21 əsas, 4 gün əmək stajına görə) ödənişli, 2 təqvim günü (09 may Faşizm üzərində Qələbə Günü, 28 May Respublika günü) ödənişsiz əmək məzuniyyəti verilməsi, xx.xx.2024-cü il tarixdən öz işində hesab edilməsi əmr edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X27 “Füzuli Rayon Mərkəzi X14 Şəxsin direktoru Elçin Qurbanov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 18-136/3-1-1184/2024 nömrəli əmrdən görünür ki, Füzuli Rayon Mərkəzi Xəstəxanası” X27in TTTY şöbəsinin sürücüsü X8 ilə bağlanmış 1UF2GM2000109 nömrəli Əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. ƏM-nin 144-cü maddəsinin ikinci hissəsinə əsasən istifadə etmədiyi əmək məzuniyyətinə görə 97 təqvim günü ödənilməsi və işçi ilə son haqq-hesab aparılması əmr edilmişdir. Y.S. İsmayılovun son haqq-hesabının, əmək kitabçasının və həmin əmrin surətinin ƏM-nin 83 maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü verilməsi əmr edilmişdir. Əsas: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işçinin təşəbbüsü ilə. -“Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Füzuli Rayon Mərkəzi Xəstəxananın direktoru Elçin Qurbanov tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Qarabağ regional şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 18-1-36/2-1153/2025 saylı məktubunda qeyd edilir: “Sizin 05 noyabr 2025-ci il tarixli 3-17-5/2-102383/2025 saylı məktubunuza baxılmışdır və cavab olaraq bildiririk ki, Füzuli rayon Mərkəzi xəstəxanası PHŞ-in Təcili və X11 şöbəsinin sürücüsü X5 istifadə etdiyi məzuniyyət illəri aşağıdakılardan ibarətdir: 1) xx.xx.2012-ci il tarixli 124 nömrəli əmr § 25-ə əsasən 21 təqvin gününə məzuniyyətə buraxılmış 101 manat məzuniyyət pulu ödənilmişdir. 2) xx.xx.2013-ci il tarixli 84 nömrəli əmr §53-e əsasən 21 təqvim gününə məzuniyyətə buraxılmış 116 manat məzuniyyət pulu ödənilmişdir. 3) xx.xx.2015-ci il tarixli 44 nömrəli əmr §6-ya əsasən məzuniyyətə buraxılmış 114 manat məzuniyyət pulu ödənilmişdir. 4) xx.xx.202016-ci il tarixli 18 nömrəli əmr §33-ə əsasən 21 təqvim gününə əsasən məzuniyyətə buraxılmış 119 manat məzuniyyət pulu ödənilmişdir. 5) xx.xx.2017-ci il tarixli 155-K saylı əmrə əsasən 27 təqvim gününə məzunuyyətə buraxılmış 127 manat məzuniyyət pulu ödənilmişdir. 6) xx.xx.2018 ci il tarixli 240-K saylı əmrə əsasən 21 təqvim gününə məzuniyyətə buraxılmış 139 manat məzuniyyət pulu ödənilmişdir. 7) xx.xx.2019-cu il tarixli 293-K saylı əmrə əsasən 21 təqvim gününə məzuniyyətə buraxılmış 249 manat məzuniyyət pulu ödənilmişdir. İstifadə etmədiyi məzuniyyət illəri: 2014-2015-ci illər, 2019 – 2020-ci illər, 2020-2021ci illər, 2021-2022-ci illər, 2022 – 2023-cü illər. X6 aid tələb olunan sənədlər qoşmada Sizə təqdim olunur. 2023-2024-ci illər 9 dekabr 2024-ci il tarixli, 18-1-36/3-1-1184/2024 saylı əmrə əsasən işdən azad olunan zaman qalıq olan istifadə etmədiyi 97 təqvim günü məzuniyyəti- xalis 3234,76 (üç min iki yüz otuz dörd) manat 76 qəpik tam hesablanıb işçinin plastik əmək haqqı kartına ödənilmişdir. Nəzərə almağınızı Sizdən xahiş edirik. “ -“Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Füzuli Rayon Mərkəzi Xəstəxananın direktoru Elçin Qurbanov tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Qarabağ regional şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 18-1-36/2-1205/2025 saylı məktubunda qeyd edilir: “Sizin 05 noyabr 2025-ci il tarixli 3-17-5/2-102383/2025 saylı məktubunuza baxılmışdır və cavab olaraq bildiririk ki, Füzuli rayon Mərkəzi xəstəxanası PHŞ-in Təcili və X11 şöbəsinin sürücüsü X8 xx.xx.2011-ci tarixli 39 saylı əmrə əsasən Füzuli RMX-nın təsərrüfat şöbəsinə 1.0 ştat vahidi sürücü vəzifəsinə təyin edilmiş, onun istifadə etdiyi məzuniyyət illəri aşağıdakılardan ibarətdir: 1) xx.xx.2012-ci il tarixli 124 nömrəli əmr § 25-ə əsasən 21 təqvin gününə məzuniyyətə buraxılmış 101 manat məzuniyyət pulu ödənilmişdir. 2) xx.xx.2013-ci il tarixli 84 nömrəli əmr §53-e əsasən 21 təqvim gününə məzuniyyətə buraxılmış 116 manat məzuniyyət pulu ödənilmişdir. 3) xx.xx.2015-ci il tarixli 44 nömrəli əmr §6-ya əsasən məzuniyyətə buraxılmış 114 manat məzuniyyət pulu ödənilmişdir. 4) xx.xx.202016-ci il tarixli 18 nömrəli əmr §33-ə əsasən 21 təqvim gününə əsasən məzuniyyətə buraxılmış 119 manat məzuniyyət pulu ödənilmişdir. 5) xx.xx.2017-ci il tarixli 155-K saylı əmrə əsasən 27 təqvim gününə məzunuyyətə buraxılmış 127 manat məzuniyyət pulu ödənilmişdir. 6) xx.xx.2018 ci il tarixli 240-K saylı əmrə əsasən 21 təqvim gününə məzuniyyətə buraxılmış 139 manat məzuniyyət pulu ödənilmişdir. 7) xx.xx.2019-cu il tarixli 293-K saylı əmrə əsasən 21 təqvim gününə məzuniyyətə buraxılmış 249 manat məzuniyyət pulu ödənilmişdir. İstifadə etmədiyi məzuniyyət illəri: 2014-2015-ci illər, 2019 – 2020-ci illər, 2020-2021ci illər, 2021-2022-ci illər 21 təqvim günü olmaqla xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 7 ay 8 gün istifadə etmədiyi məzuniyyət 13 təqvim günündən ibarətdir. X6 aid tələb olunan sənədlər qoşmada Sizə təqdim olunur. xx.xx.2025-ci il tarixli, 18-1-36/2-1153/2025 saylı məktubda xx.xx.2023-cü il tarixli PH-6-36/3-1-318/2023 saylı əmrə əsasən 2022/2023-cü iş ili, xx.xx.2024-cü il tarixli 18-1- 36/3-1-246/2024 saylı əmrə əsasən 2023/2024-cü iş ili üzrə məzuniyyətləri texniki səbəbdən istifadə edilməmiş məzuniyyət illəri kimi göstərilmişdir. Odur ki, həmin məktubu əsassız hesab edəsiniz. xx.xx.2023-cü il tarixli PH-6-36/3-1-318/2023 saylı əmrə əsasən 25 təqvim gününə məzuniyyətə buraxılmış, 657,40 manat məzuniyyət pulu ödənilmişdir. xx.xx.2024-cü il tarixli 18-1-36/3-1-246/2024 saylı əmrə əsasən 25 təqvim gününə məzuniyyətə buraxılmış, 862,45 manat məzuniyyət pulu ödənilmişdir. “ - Füzuli rayon Mərkəzi xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktda qeyd olunur: “Aşağıda akta imza edənlər: 1. X13 -Baş Mühasib müavini, 2. X20 - Kadırlar operator, 3. X9 – Mühasib, 4. X21 – İqtisatçı, 5. X25 - TTTY-nin sürücüsü. Aktı tərtib etdik ondan ötrü ki, 27 sentyabr 2020-ci il tarixdə 44 günlük “Vətən Müharibəsi” başlayan zaman Füzuli MRX-sı Horadiz şəhər və Zobucuq qəsəbəsində yerləşirdi. 29 sentyabr 2020-ci il tarixdə Füzuli MRX-nın binaları erməni işğalçıları tərəfindən ağır artireliya ilə vurulduqdan sonra həmin binada tibbi xidmət göstərmək mümkün olmamışdır. Bununla əlaqədar olaraq xəstəxananın Zobcuq qəsəbəsi və Horadiz şəhərində yerləşən inzibati binası tibbi və qeyri-tibbi personalı müharibə şəraiti ilə əlaqədar olaraq təcili şəkildə Prezidentin sərəncamına əsasən Bala-Bəhmənli kənd ərazisində yerləşən yeni tikilmiş lakin istifadəyə verilməmiş binaya Səhiyyə Nazirliyinin göstərişinə əsasən köçürülmüşdür. Köçürülmə zamanı bəzi sənədlər götürülə bilmədiyi üçün nəmalum şəraitdə itmişdir. Aktın doğruluğunu öz imzamızla təsdiq edirik. İmzalar var.” - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixində əmək haqqı iyun 657,40 manat; xx.xx.2024-cü il tarixində əmək haqqı may 862,45 manat; xx.xx.2024-cü il tarixində əmək haqqı dekabr 3234,76 manat məbləğində pul X6 məxsus əmək haqqı kartına köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, X12 barəsində MN ******* nömrəli xx.xx.2025-ci il tarixli tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmin qərar qəbul edilərkən tam araşdırma aparılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, Füzuli Rayon Mərkəzi X14 şəxsi tərəfindən X10 Regional şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 18-1-36/2-1153/2025 saylı məktubda xx.xx.2023-cü il tarixli PH-6-36/3-1-318/2023 saylı əmrə əsasən 2022/2023-cü iş ili, xx.xx.2024-cü il tarixli 18-1-36/3-1-246/2024 saylı əmrə əsasən 2023/2024-cü iş ili üzrə məzuniyyətləri texniki səhvə yol verilərək istifadə edilməmiş məzuniyyət illəri kimi göstərilmişdir. X4 həmin illər üzrə də məzuniyyət hüququndan istifadə etmiş, xx.xx.2023-cü il tarixli PH-6-36/3-1- 318/2023 saylı əmrə əsasən 25 təqvim gününə məzuniyyətə buraxılmış, ona 657,40 manat məzuniyyət pulu ödənilmişdir. X1 xx.xx.2024-cü il tarixli 18-1-36/3-1-246/2024 saylı əmrə əsasən 25 təqvim gününə məzuniyyətə buraxılmış, ona 862,45 manat məzuniyyət pulu ödənilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli hesabdan çıxarışdan da göründüyü kimi xx.xx.2023-cü il tarixində məzuniyyət haqqı (hesabdan çıxarışda əmək haqqı iyun kimi qeyd olunub) 657,40 manat; xx.xx.2024-cü il tarixində məzuniyyət haqqı (hesabdan çıxarışda əmək haqqı may kimi qeyd olunub) 862,45 manat; xx.xx.2024-cü il tarixində isə işdən azad olunan zaman qalıq olan istifadə etmədiyi 97 təqvim günlük məzuniyyəti üçün (hesabdan çıxarışda əmək haqqı dekabr kimi qeyd olunub) 3234,76 manat məbləğində pul X6 məxsus əmək haqqı kartına köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; Beləliklə, məhkəmə belə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətini idarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Qarabağ Regional şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərar ləğv edilsin və müvafiq araşdırma aparılması üçün iş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Qarabağ Regional şöbəsinə qaytarılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar