Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-1/2025 09.01.2025 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, barəsində inzibati xəta protokol tərtib edilmiş – Şəxsn təsisçisi X4, inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan – Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X5» publik hüquqi şəxsin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə Şəxsn (bundan sonra – Şəxs MMC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 210.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X2 mütəxəssisi X6 tərəfindən 05 dekabr 2024-cü ildə tərtib olunmuş MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, «05 dekabr 2024-cü il tarixdə saat 15.10-da Xankəndi şəhəri Maksim Qorki küçəsində yerləşən Şəxs MMC-yə (X8) məxsus klinikada plandankənar yoxlama zamanı lisenziya olmadan özəl tibb fəaliyyəti – stomotoloji və fəaliyyətlə məşğul olma faktı aşkar edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xəta törədilmişdir». Məhkəmə iclasında barəsində inzibati xəta protokol tərtib edilmiş – Şəxs MMC-nin təsisçisi X7 izahatında göstərmişdir ki, Səhiyyə Nazirliyi X2 mütəxəssisi tərəfindən 05 dekabr 2024-cü il tarixdə saat 15.10-da Xankəndi şəhəri Maksim Qorki küçəsində yerləşən “X8”-də qanunsuz olaraq plandankənar (növbədənkənar) yoxlama aparılmışdır. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” 03 dekabr 2024-cü il tarixli KY242259714 nömrəli çıxarışda plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi əsası olaraq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasinin Qanunun 16.1.3-cü maddəsinə istinad olunmuşdur. Həmin maddəyə əsasən plandankənar (növbədənkənar) yoxlama insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda aparılır. “X8”-də insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından X3 konkret faktlara əsaslanan rəsmi müraciət daxil olmamışdır. Belə olan halda qeyd olunan Qanunun tələbləri baxımından müvafiq plandankənar (növbədənkənar) yoxlamanın hüquqi nəticəsi yoxdur. Bundan başqa “X8”nin və onun yerləşdiyi binanın ümumiyyətlə Şəxs MMC-yə aidiyyəti yoxdur. Belə ki, fiziki şəxs olaraq olaraq onunla «Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti» publik hüquqi şəxs arasında bağlanmış “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” 30 avqust 2024-cü il tarixli 5097 nömrəli icarə müqaviləsinə əsasən “X8”-nin yerləşdiyi bina onun 1 (bir) il müddətinə icarəsinə verilmişdir. Həmin binanın və klinikanın Şəxs MMC-yə aidiyyəti yoxdur. Şəxs MMC tərəfindən 29 sentyabr 2024-cü ildə təsis edilmiş və həmin Cəmiyyətin 10.00 manat nizamnamə kapitalından başqa heç bir əmlakı yoxdur. Buna görə də, Şəxs MMC əsassız və qanunsuz olaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında “X5» publik hüquqi şəxsin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 izahatlarında göstərmişlər ki, “X8”-nin açılışı ilə bağlı sosial şəbəkədə məlumatlar yayıldıqdan sonra, yəni 05 dekabr 2024-cü ildə X2 mütəxəssisləri tərəfindən həmin klinikada plandankənar (növbədənkənar) yoxlama aparılmış və klinikanın lisenziya olmadan fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Buna görə də, Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Səhiyyə Nazirliyi X2 mütəxəssisi Şəxs MMC barəsində 05 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərkən aşağıdakı sənədlərə əsaslanmışdır.
1. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında” 03 dekabr 2024-cü il tarixli 3-28-1/3-2-1267/2024 nömrəli qərara əsasən Xankəndi şəhəri Maksim Qorki küçəsində yerləşən özəl tibb təşkilatının – Şəxs MMC-nin(X8) fəaliyyətinin yoxlanıması məqsədi ilə xx.xx.2024 – xx.xx.2024 – xx.xx.2024-cü il tarixlərində plandankənar (növbədənkənar) yoxlaman aparılması nəzərdə tutulmuşdur.
2. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” 03 dekabr 2024-cü il tarixli KY242259714 nömrəli çıxarışda plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi əsası olaraq Şəxs MMC-yə məxsus “X8”-də insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciət (məlumatlar) daxil olması, habelə mediada məlumat yayılması göstərilmişdir.
3. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 05 dekabr 2024-cü il tarixli 701 nömrəli “Özəl tibb müəssisənin plandankənar (növbədənkənar) yoxlama” aktında qeyd olunur ki, “xx.xx.2024-cü il tarixdə saat 15.10-da Xankəndi şəhəri Maksim Qorki küçəsində yerləşən Şəxs MMC (X8)yə məxsus klinikada plandankənar yoxlama zamanı lisenziya olmadan özəl tibb fəaliyyəti (stomotoloji iş və fəaliyyət) ilə məşğul olma faktı aşkar edilmişdir. Fotoşəkillər çəkilərək iş materiallarına əlavə olundu”. Barəsində inzibati xəta protokol tərtib edilmiş – Şəxs MMC-nin təsisçisi X7 qeyd olunan sənədlərin qanuna zidd əldə edildiyini, habelə Şəxs MMC-nin törədilməsi güman olunan inzibati xətaya aidiyyətinin olmamasını iddia etməklə müdafiəsi ilə bağlı aşağıdakı dəlilləri irəli sürmüşdür:
1. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixdə saat 15.10-da Xankəndi şəhəri Maksim Qorki küçəsində yerləşən “X8”də plandankənar (növbədənkənar) yoxlaman aparmasının qanuni əsası olmamışdır;
2. “X8”də törədilməsi güman olunan intibati xətaya Şəxs MMC-nin aidiyyəti yoxdur. Birinci dəlilin – təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə iddiasının qiymətləndirilməsi. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasinin Qanunun 16.1, 16.1.1, 16.1.2, 16.1.3, 16.1.4-cü maddələrinə əsasən bu Qanunun 16.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla plandankənar (növbədənkənar) yoxlama aşağıdakı hallarda aparılır:
1. sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların və ya onların nəticələrinin müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına dair bu Qanunun 33.2.2-33.2.4-cü maddələrinə əsasən çıxarılmış qərarın yerinə yetirilməsi haqqında sahibkar tərəfindən yoxlayıcı orqana məlumat verilmədikdə və ya verilmiş məlumatın yanlış olduğu müəyyən edildikdə;
2. bu Qanunun 29.2-ci maddəsinə uyğun sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirlərin tətbiqi (təkrar tətbiqi) barədə qərarın icra vəziyyəti yoxlanıldıqda;
3. insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda;
4. sahibkar plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə yoxlayıcı orqana müraciət etdikdə. Hazırki iş üzrə yoxlayıcı orqan – Səhiyyə Nazirliyi X5 05 dekabr 2024-cü ildə “X8”də plandankənar (növbədənkənar) yoxlama aparmasının qanuni əsası kimi yuxarı qeyd olunan Qanunun 16.1.3-cü maddəsinə istinad etmişdir. Qanunun müvafiq normasının dispozitiv əlamətlərinə əsasən plandankənar (növbədənkənar) yoxlamanın aparılmasına əsas olan müraciət (məlumat) aşağıdakı tələblərə cavab verməlidir:
1. insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə olmalı;
2. bu məzmunlu müraciət hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanmaqla daxil olmalı;
3. Yaxud da insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə məlumat mediada yayılmalıdır. Qeyd olunan normanın dispozitiv əlamətlərinin sistemli təhlili bu nəticəyə gəlməyə əsas verir ki, yoxlayıcı orqan hər-hansı sıradan müraciət (məlumat) ilə əsasında deyil, yalnız konkret faktlara əsaslan müraciət (məlumat) əsasında plandankənar (növbədənkənar) yoxlamanın aparılmasını realizə etməlidir. Əks yanaşma “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasinin Qanunda güdülən məqsədin – sahibkarların hüquq və maraqlarının əsassız və qanunsuz pozulması ilə nəticələnər. Yuxarıda əks olunan normaların işığında işin faktiki hallarını təhlil edərkən müəyyən olunur ki, Səhiyyə Nazirliyi X5 05 dekabr 2024-cü ildə qanuni əsas olmadan Xankəndi şəhəri Maksim Qorki küçəsində yerləşən “X8”də plandankənar (növbədənkənar) yoxlama aparmış, bununla da, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasinin Qanunun tələblərini pozmuşdur. Məhkəmənin bu qənaəti ona əsaslanır ki, təqdim olunmuş inzibati xəta haqqında materiala “X8”də insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətin daxil olmasını, eləcə də, bu barədə məlumatın mediada yayılmasını təsdiq edən hər hansı bir sənəd əlavə olunmamış və ya müvafiq qərarda bu cür sənədə belə istinad olunmamışdır. Hətta məhkəmə iclasında inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan şəxsin nümayəndələri qeyd olunan plandankənar (növbədənkənar) yoxlamanın, məhz “X8”-nin açılışı ilə bağlı mediada yayılan məlumat əsasında aparıldığını bildirmişlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasinin Qanunun 3.1 və 3.2-ci maddələrinə əsasən «Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır», «Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz». İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə əsasən «Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir». Səhiyyə Nazirliyi X5 05 dekabr 2024-cü ildə “X8”də plandankənar (növbədənkənar) yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasinin Qanunun 16.1.3-cü maddəsinin tələblərinin pozulması ilə, yəni qanuni əsas olmadan aparıldığından həmin Qanunun yuxarıda qeyd olunan normalarına əsasən müvafiq yoxlamanın hüquqi nəticəsi yoxdur. Odur ki, bu hissədə irəli sürülmüş dəlil əsaslı sayılmalıdır. İkinci dəlilin – Şəxs MMC-nin törədilməsi güman olunan inzibati xətaya aidiyyətinin olmamasına dair iddianın qiymətləndirilməsi.
1. Fiziki şəxs X7 ilə «Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti» publik hüquqi şəxs arasında bağlanmış “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” 30 avqust 2024cü il tarixli 5097 nömrəli icarə müqaviləsinə əsasən “X8”-nin yerləşdiyi bina Samir Alışovun 1 (bir) il müddətinə icarəsinə verilmişdir.
2. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 29 sentyabr 2024-cü il tarixli 3-21-2-21/2-2677/2024 nömrəli çıxarışdan görünür ki, Şəxs MMC xx.xx.2024-cü ildə qeydiyyata alınıb, nizamnamə kapitalının miqdarı 10.00 manatdır.
3. “Avromed Campany”nin 03 oktyabr 2024-cü il tarixli satış cədvəlindən görünür ki, «X8»də tibbi fəaliyyət göstərmək üçün lazım olan bütün avadanlıqları X7 həmin şirkətlə fiziki şəxs olaraq bağladığı müqavilə əsasında satın almışdır.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Qarabağ Ərazi Vergilər Baş İdarəsinin 09 yanvar 2025-ci il tarixli 3-21-2-21/2- 518/2025 nömrəli məktubundan görünür ki, uçot-məlumat bazasına əsasən Şəxs (VÖEN: **********) adına heç bir təsərrüfat subyekti (obyekti) qeydiyyata alınmamış və cəmiyyətin Xankəndi şəhəri Maksim Qorki küçəsində yerləşən «X8»ya aidiyyətinin olması barədə heç bir məlumat aşkar edilməmişdir. Qeyd olunan, o cümlədən işə əlavə olunmuş digər sübutlarla, eləcə də X4 izahatı və “X8”-də tibbi fəaliyyətin göstərilməsi üçün nəzərdə tutulmuş bütün avadanlıqların Samir Alışovun fiziki şəxs olaraq bağladığı müqavilə əsasında alması, xüsusi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Qarabağ Ərazit Vergilər Baş İdarəsinin 09 yanvar 2025-ci il tarixli 3-21-2-21/2-518/2025 nömrəli məktubu ilə müəyyən olunur ki, Samir Alışovun fiziki şəxs olaraq icarəyə götürdüyü binada fəaliyyət göstərən stomotoloji klinikanın onun tərəfindən təsis olunmuş Şəxs MMC-yə aidiyyəti yoxdur. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir:
1. inzibati xəta hadisəsi;
2. inzibati xəta törətmiş şəxs;
3. inzibati xəta törətməkdə şəxsin təqsiri; Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər. Səhiyyə Nazirliyi X1 qeyd olunan normasına riayət etməməsi təqsirli olmayan Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb olunması ilə nəticələnmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən “Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir”. Beləliklə aparılmış araşdırma zaman Şəxs MMC-nin təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyi, habelə həmin Cəmiyyətin törədilməsi güman olunan inzibati xətaya aidiyyəti olmadığı müəyyən edilmişdir. Buna görə də, məhkəmə qanunvericiliyin qeyd olunan normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən İlkin Abdullayev