Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-11/2024 21.08.2024 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş hüquqi şəxs – «Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti» publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakları ilə xx xxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində rəngsaz-suvaqçı işləyən, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Oktay Şabanov küçəsi 12/3-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 27 may 2024-cü ildə Xankəndi şəhəri ərazisindən dəyəri 30 manat olan 5 kiloqram çəkidə mis materialdan olan elektrik naqilini, dəyəri 20 manat olan 2 ədəd suvenir xəncəri, dəyəri 25 manat olan 1 ədəd skuteri, dəyəri 10 manat olan 1 ədəd səsgücləndiricini, dəyəri 8 manat olana 1 ədəd saç ütüsünü və dəyəri 10 manat olan 1 ədəd balıq tilovunu oğurlamaqla, «Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti» publik hüquqi şəxsə ümumilikdə 103 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək qeyd etmişdir ki, 27 may 2024-cü ildə Xankəndi şəhərində olarkən çoxmənzilli binaların yaşayış mənzilindən mis materialdan olan elektrik naqili, 2 ədəd suvenir xəncəri, 1 ədəd skuteri, 1 ədəd səsgücləndiricini, 1 ədəd saç ütüsünü və 1 ədəd balıq tilovu götürərək sellofana yerləşdirmiş və aparmaq üçün tanışı X1 istifadəsində olan “Mersedes Benz – 190” markalı 10NC790 qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yerləşdirmişdir. 27 may 2024-cü ildə Xankəndi şəhərində quraşdırılmış 3 saylı stasionar nəzarət buraxılış postundan keçərkən həmin əşyalar avtomobildən aşkar edilərək götürülmüşdür. Əməlindən peşmandır. Qeyd olunan əşyalar zərərçəkmiş hüquqi şəxsə qaytarıldığından və onlarla barışıq əldə etdiyidən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş hüquqi şəxs – «Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti» publik hüquqi şəxsin nümayəndəsi X5 qeyd etmişdir ki, Şəxs oğurladığı bütün əşyalar – mis materialdan olan elektrik naqili, 2 ədəd suvenir xəncəri, 1 ədəd skuteri, 1 ədəd səsgücləndiricini, 1 ədəd saç ütüsünü və 1 ədəd balıq tilovu publik hüquqi şəxsin saxlama anbarına təhvil verilib. Buna görə də, Şəxsla barışmış, ona qarşı şikayət və tələbləri yoxdur. Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin 24 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş əməli törətməsi yuxarıda qeyd olunan sübutlarla yanaşı, həmçinin X3 Təhqiqat bölməsində toplanmış aşağıdakı sübutlarla da təsdiq olunur: - Xankəndi Şəhər Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən tərtib olunmuş “Baxış və götürmə haqqında” 27 may 2024-cü il tarixli protokoldan görünür ki, X1 istifadəsində olan “Mersedes Benz – 190” markalı 10NC790 qeydiyyat nişanlı nəqliyyat vasitəsindən mis materialdan olan elektrik naqili, 2 ədəd suvenir xəncəri, 1 ədəd skuter, 1 ədəd səsgücləndirici, 1 ədəd saç ütüsü və 1 ədəd balıq tilovu aşkar edilərək götürülmüşdür. - “Eldost İnşaat” tərəfindən tərtib olunmuş məlumatdan görünür ki, 5 kiloqram çəkidə olan mis materialdan olan elektrik naqilinin dəyəri 30 manat, 2 ədəd suvenir xəncərin dəyəri 20 manat, 1 ədəd skuterin dəyəri dəyəri 25 manat, 1 ədəd səsgücləndiricinin dəyəri dəyəri 10 manat, 1 ədəd saç ütüsünün dəyəri dəyəri 8 manat və 1 ədəd balıq tilovunun dəyəri 10 manatdır. - Şəxs 27 may 2024-cü il tarixli izahatının məzmunundan görünür ki, o, məhkəmədə verdiyi izahata uyğun məzmunlu izahat verməklə, qeyd olunan əşyaları gizli yolla taladığını etiraf etmişdir. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir:
1. inzibati xəta hadisəsi;
2. inzibati xəta törətmiş şəxs;
3. inzibati xəta törətməkdə şəxsin təqsiri; Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər Məhkəmə iclasında tədqiq olunmuş yuxarıda qeyd edilən sübutların məcmusu ilə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 21 avqust 2024-cü il tarixli qərarda təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın Şəxs tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə işin faktiki hallarını nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. - Zərərçəkmiş hüquqi şəxs – «Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti» publik hüquqi şəxsin nümayəndəsi X2 21 avqust 2024-cü il tarixli ərizəsindən görünür ki, Şəxs publik hüquqi şəxsə dəymiş maddi ziyanı ödəmiş, buna görə də, onunla barışmışlar. - Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs 21 avqust 2024-cü il tarixli ərizəsindən görünür ki, o, əməlini etiraf edir, dəymiş ziyanı ödədiyi üçün barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 227, 232- 1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir”. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən “bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda” inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qanunun qeyd olunan normasını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyi və zərərçəkmiş şəxslə barışdığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən İlkin Abdullayev