Məhkəmə qərarları › İş №3(065)-12/2024

Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №3(065)-12/2024

24.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-12/2024 24.08.2024 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs, inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs – Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi X1 iştirakları ilə xx xxxxxxx 1975-ci ildə Tərtər rayonu Qaynaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Tərtər rayonu Qaynaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 24 avqust 2024-cü ildə saat 14 radələrində “Toyota Prado” markalı 77EV059 qeydiyyat nişanlı avtomobil 2 nömrəli blok postdan keçməklə Xankəndi şəhər ərazisini tərk edərkən Xankəndi Şəhər Polis Şöbəsinin Post-patrul xidmət bölüyünün polis nəfəri X3 avtomobilin sürücüsü X2 avtomobilin yük yerinin yoxlanılması ilə bağlı verdiyi qanuni tələbə həmin nəqliyyat vasitəsində sərnişin olan Şəxs polis nəfərinin ünvanına yüksək səslə nalayiq ifadə işlətməklə qəsdən tabe olmamış və onun olduğu avtomobilinin yoxlanılmayacağını bəyan etmiş, ona görə də, barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 24 avqust 2024-cü ildə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan maddə üzrə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, ailə üzvləri ilə birlikdə “Toyota Prado” markalı 77EV059 qeydiyyat nişanlı avtomobillə 24 avqust 2024-cü ildə Xankəndi şəhərində gəlmişlər. Şəhər ərazisini gəzdikdən sonra nahar edən zaman bir qədər spirtli içki qəbul etmişdir. Həmin gün saat 14 radələrində şəhər ərazisini tərk edərkən 2 nömrəli blok postda olan polis nəfəri yoxlamaq məqsədi ilə avtomobilin yük yerinin açılması ilə bağlı göstəriş vermişdir. Bu zaman içkili olduğu üçün kobud formada polis nəfərinin nəzərinə İ Qarabağ müharibəsi veteranı olduğunu çatdırmış, onun verdiyi göstərişə etiraz etmişdir. Bu zaman onunla polis əməkdaşları arasında mübahisə yaranmışdır. Mübahisə zamanı polis əməkdaşları onunla kobud davranmışlar. Buna görə də, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X4 barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs izahatına uyğun məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid Xankəndi Şəhər Polis Şöbəsinin Post-patrul xidmət bölüyünün polis nəfəri X8 izahatında göstərmişdir ki, 24 avqust 2024-cü ildə Xankəndi şəhərində yerləşən 1-ci blok postunda xidmətdə olarkən saat 14 radələrində “Toyota Prado” markalı 77EV059 qeydiyyat nişanlı avtomobil posta yaxınlaşmışdır. Sürücüyə mövcud qaydalara uyğun olaraq yoxlanılması üçün avtomobilin yük yerinin açılmasını xahiş etdikdə, avtomobildə olan sərnişin Şəxs buna kəskin etiraz etmiş, ünvanlarına nalayiq ifadələr işlətmişdir. Şəxs intizama dəvət etsələr də, əhəmiyyəti olmamışdır. Məhkəmə iclasında şahid Xankəndi Şəhər Polis Şöbəsinin Post-patrul xidmət bölüyünün taqım komandiri X5 digər şahid X3 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu izahat vermişdir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin 11 iyul 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş əməlləri törətməsi yuxarıda qeyd olunan sübutlarla yanaşı, həmçinin inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs tərəfindən toplanmış aşağıdakı sübutlarla da təsdiq olunur: - Xankəndi Şəhər Polis Şöbəsinin Post-patrul xidmət bölüyünün taqım komandiri X5 tərəfindən tərtib olunmuş 24 avqust 2024-cü il tarixli raportdan görünür ki, 24 avqust 2024-cü ildə saat 14 radələrində “Toyota Prado” markalı 77EV059 qeydiyyat nişanlı avtomobil 2 nömrəli blok postdan keçməklə Xankəndi şəhər ərazisini tərk edərkən Xankəndi Şəhər Polis Şöbəsinin Post-patrul xidmət bölüyünün polis nəfəri X3 avtomobilin sürücüsü X2 avtomobilin yük yerinin yoxlanılması ilə bağlı verdiyi qanuni tələbə həmin nəqliyyat vasitəsində sərnişin olan Şəxs polis nəfərinin ünvanına yüksək səslə nalayiq ifadə işlətməklə qəsdən tabe olmamışdır. - Şəxs barəsində tərtib olunmuş 24 avqust 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, o, həmin tarixdə saat 14 radələrində “Toyota Prado” markalı 77EV059 qeydiyyat nişanlı avtomobil 2 nömrəli blok postdan keçməklə Xankəndi şəhər ərazisini tərk edərkən Xankəndi Şəhər Polis Şöbəsinin Post-patrul xidmət bölüyünün polis nəfəri X3 avtomobilin sürücüsü X2 avtomobilin yük yerinin yoxlanılması ilə bağlı verdiyi qanuni tələbə həmin nəqliyyat vasitəsində sərnişin olan Şəxs polis nəfərinin ünvanına yüksək səslə nalayiq ifadə işlətməklə qəsdən tabe olmamış və onun olduğu avtomobilinin yoxlanılmayacağını bəyan etmişdir. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: - inzibati xəta hadisəsi; - inzibati xəta törətmiş şəxs; - inzibati xəta törətməkdə şəxsin təqsiri. Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər Bununla da barəsində inzibati xəta üzrə icraat aparılan şəxs tərəfindən irəli sürülmüş iddianın əksinə olaraq, 24 avqust 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın Şəxs tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində inzibati tənbeh təyin edilməlidir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə münasibətdə inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hal yoxdur. Məhkəmə barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə inzibati tənbeh təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası inzibati xəta qanunvericiliyinin prinsiplərini, inzibati tənbehin məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir», «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Təsvir edilən normaların məzmunundan belə görünür ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub tənbehin müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub onun islah edilməsini və inzibati tənbehin digər məqsədlərini təmin edə bilsin. Məhkəmə barəsində inzibati xəta törətmiş şəxsin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini və xətanı törədənin şəxsiyyətini, əmlak vəziyyətini, inzibati tənbehi yüngülləşdirən halı və tənbehi ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq tənbehin onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə təsirini nəzərə alaraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində 8 (səkkiz) gün müddətə inzibati həbs tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 8 (səkkiz) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin başlanğıcı 24 avqust 2024-cü il saat 14.00-dan hesablansın. Qərar dərhal icra olunmaqla, icrası Xankəndi Şəhər Polis Şöbəsinə və Bərdə Rayon Polis Şöbəsinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar