Azərbaycan Respublikası adından QƏRARDAD Xankəndi Şəhəri İş № 3(065)-17/2024 19.09.2024 hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs – Xankəndi Şəhər Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti baş inspektoru X1 iştirakı ilə xx xxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Şuşa şəhəri M.F.Axundov küçəsi ev 15-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 332.1, 333.1 və 346.2-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 332.1, 333.1 və 346.2-ci maddələri ilə tərtib olunmuş 26 avqust 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar məhkəməyə təqdim olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 332.1 və 346.2-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxılma hakimin səlahiyyətinə aid olmadığından, həmin hissədə inzibati xəta haqqında iş aidiyyəti üzrə səlahiyyətli orqana (vəzifəli şəxsə) – Xankəndi Şəhər Polis Şöbəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş «İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin» siyahısının 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından «Məcəllənin …, 332.1 …, 346, … maddələrində (foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar istisna olmaqla), …. nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – dövlət yol polisinin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin, dövlət yol polisi idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının dövlət yol polisi şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları baxır. İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən « İnzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır». Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.1 və 346.2-ci maddələri ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş aidiyyəti üzrə Xankəndi Şəhər Polis Şöbəsinə göndərilsin. Sədrlik edən İlkin Abdullayev
Məhkəmə qərarları › İş №3(065)-17/2024
Xankəndi Şəhər Məhkəməsi Qərardad — İş №3(065)-17/2024
19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver