Məhkəmə qərarları › İş №3(065)-17/2025

Xankəndi Şəhər Məhkəməsi Qərardad — İş №3(065)-17/2025

19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xankəndi Şəhəri İş № 3(065)-17/2025 19.03.2025 hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib edən şəxs – Xankəndi Şəhər Polis Şöbəsinin Dövlət yol polis bölməsinin yol patrul xidməti inspektoru X1 iştirakları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 333.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Xankəndi Şəhər Polis Şöbəsinin Dövlət yol polis bölməsinin yol patrul xidməti inspektoru X2 tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə 28 fevral 2025-ci ildə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin inzibati xəta haqqında işi məhkəmədə baxılmağa hazırlayarkən inzibati xətalar haqqında protokolun natamam tərtib edildiyi müəyyən olunmuşdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Lakin qanunun qeyd olunan normanın tələbinə zidd olaraq müvafiq protokola Şəxs birinci işi üzrə, yəni İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair müvafiq qərarın surəti əlavə edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı “..., protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması” barədə qərardad qəbul edilir. Məhkəmə qanunun qeyd olunan müddəasının tələbini və inzibati xəta haqqında protokol tərtib edilərkən yol verilmiş müvafiq natamamlağı nəzərə alaraq hesab edir ki, 28 fevral 2025-ci ildə tərtib olunmuş İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş digər sənədlər Xankəndi Şəhər Polis Şöbəsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 100, 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə 28 fevral 2025-ci ildə tərtib olunmuş İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş digər sənədlər Xankəndi Şəhər Polis Şöbəsinə qaytarılsın. Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar