Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-19/2024 30.09.2024 hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş hüquqi şəxs – «Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti» publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə 15 avqust 1993-cı ildə Laçın rayonu, Vəlibəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Laçın rayonu Vəlibəyli kəndində qeydiyyatda olmaqla, Yevlax rayonu, Xanabad kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 18 sentyabr 2024-cü ildə Xankəndi şəhəri ərazisindən ümumi dəyəri 86 (səksən altı) manat olan 2 (iki) ədəd suqızdırıcı minutkanı oğurlamaqla «Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti» publik hüquqi şəxsə qeyd olunan məbləğdə maddi ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək qeyd etmişdir ki, 19 sentyabr 2024-cü ildə Xankəndi şəhərində yerləşən ünvansız yaşayış binalarının qarajından 2 (iki) ədəd suqızdırıcı minutkanı götürərək istifadəsində olan «Mitsubishi Pajero» markalı 99BK582 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerində yerləşdirən zaman Xankəndi şəhər polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Əməlindən peşmandır. Qeyd olunan əşyalar zərərçəkmiş hüquqi şəxsə qaytarıldığından və onlarla barışıq əldə etdiyidən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş hüquqi şəxs – «Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti» publik hüquqi şəxsin nümayəndəsi X3 qeyd etmişdir ki, Şəxs oğurladığı 2 (iki) ədəd suqızdırıcı minutka publik hüquqi şəxsin saxlama anbarına təhvil verilib. Buna görə də, Şəxs ilə barışmış, ona qarşı şikayət və tələbləri yoxdur. Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin “İnzibati xəta haqqında” 30 sentyabr 2024-cü il tarixli MN № ******* nömrəli protokolda təsvir olunmuş əməli törətməsi yuxarıda qeyd olunan sübutlarla yanaşı, həmçinin X2 Təhqiqat bölməsində toplanmış aşağıdakı sübutlarla da təsdiq olunur: - Xankəndi Şəhər Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi Amin Əsgərov tərəfindən tərtib olunmuş 21 sentyabr 2024-cü il tarixli raportdan görünür ki, Şəxs 18 sentyabr 2024-cü ildə istifadəsində olan “Mitsubishi Pajero” markalı 99BK582 dövlət qeydiyyat nömrə nişanlı avtomobili Xankəndi şəhərində idarə edərkən ünvansız yaşayış binalarının qarajından 2 (iki) ədəd suqızdırıcı minutkanı oğurlamaqla «Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti» publik hüquqi şəxsə ümumilikdə 86 (səksən altı) manat məbləğdə maddi ziyan vurmuşdur. - “İnzibati xəta haqqında” 30 sentyabr 2024-cü il tarixli MN № ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixində Xankəndi şəhəri ərazisindən 86 manat dəyərində 2 (iki) ədəd suqızdırıcı minutkanı gizli yolla talamışdır. - Araşdırması aparılan material üzrə mütəxəssis kimi təyin olunmuş X5 tərəfindən tərtib olunmuş məlumatdan görünür ki, 2 (iki) ədəd suqızdırıcı minutkanın ümumi dəyəri 86 (səksən altı) manatdır. - Şəxs 30 sentyabr 2024-cü il tarixli ərizəsinin məzmunundan görünür ki, o, məhkəmədə verdiyi izahata uyğun məzmunlu ifadə verməklə, qeyd olunan əşyaları gizli yolla taladığını etiraf etmişdir. - “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 21 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs 2 (iki) ədəd suqızdırıcı minutkanı oğurlaması faktına görə cinayət işinin başlanması rədd edilmiş və həmin əşyalar «Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti» publik hüquqi şəxsin saxlama anbarına təhvil verilmişdir. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir:
1. inzibati xəta hadisəsi;
2. inzibati xəta törətmiş şəxs;
3. inzibati xəta törətməkdə şəxsin təqsiri; Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər Məhkəmə iclasında tədqiq olunmuş yuxarıda qeyd edilən sübutların məcmusu ilə “İnzibati xəta haqqında” 30 sentyabr 2024-cü il tarixli MN № ******* nömrəli protokolda təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın Şəxs tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə işin faktiki hallarını nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. - Zərərçəkmiş hüquqi şəxs – «Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti» publik hüquqi şəxsin nümayəndəsi X1 30 sentyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, Şəxs publik hüquqi şəxsə dəymiş maddi ziyanı ödəmiş, buna görə də, onunla barışmışlar. - Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs 30 sentyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, o, əməlini etiraf edir, dəymiş ziyanı ödədiyi üçün barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 227, 232- 1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir”. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən “bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda” inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qanunun qeyd olunan normasını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs vurulmuş ziyanı tamamilə ödədiyi və zərərçəkmiş şəxslə barışdığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən İlkin Abdullayev