Məhkəmə qərarları › İş №3(065)-2/2025

Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №3(065)-2/2025

21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-2/2025 21.01.2025 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs, inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs – Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X2 iştirakları ilə xx xxxxxxxx 1998-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, «Cengiz İnşaat Sanayii ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı filialında köməkçi işləyən, Kəlbəcər rayonu Zar kəndində qeydiyyatda olan, faktki olaraq Yevlax rayonu Meyvəli kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs satış məqsədi olmadan az miqdarda – 0,07 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, üzərində saxlamış, Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən 17 noyabr 2024-cü ildə saxlanılıb üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən həmin maddə aşkar edilərək götürülmüş və buna görə də, barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 21 yanvar 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək qeyd etmişdir ki, 17 noyabr 2024-cü ildə Xankəndi şəhərinə səfər etmiş və şəhərin küçələri ilə tanış olan zaman yerdən bir ədəd bükümdə narkotik vasitə – qurudulmuş marixuanaya bənzər kütlə tapmışdır. Özü narkotik vasitə istifadəçisi olmasa da, həmin kütləni cibinə qoymuşdur. Həmin gün şəhər ərazisində tanışları ilə birlikdə səsküy saldıqlarından Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və üzərində şəxsi axtarış aparılan zaman həmin büküm aşkar olunaraq götürülmüşdür. Bir neçə gün əvvəl «Cengiz İnşaat Sanayii ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı filialında fəhlə işinə düzəlmiş və hər ay 730 manat əmək haqqı alır. Əməlindən peşmandır. Barəsində həbs növündə inzibati həbs tənbeh tədbiri tətbiq ediləcəyi halda işini itirəcəkdir. Odur ki, barəsində həbslə bağlı olmayan tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs X3 izahatında göstərmişdir ki, Şəxs üzərindən narkotik vasitə - qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunması faktına görə Xankəndi Şəhər Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılmış və cinayət tərkibi olmadığından 20 noyabr 2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılması üçün qərarın surəti polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Təhqiqat araşdırması zamanı Şəxs evindən aşkar olunan 0,07 qram narkotik vasitə - qurudulmuş marixuananın özünə məxsus olduğunu və şəxsi istifadə məqsədi ilə üzərində saxladığını bildirmişdir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin 21 yanvar 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş əməli törətməsi yuxarıda qeyd olunan sübutlarla yanaşı, həmçinin inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs tərəfindən toplanmış aşağıdakı sübutlarla da təsdiq olunur: - “Baxış və götürmə aparılması haqqında” 17 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman onun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən içərisində narkotik vasitə – qurudulmuş marixuanaya bənzər kütlə olan 1 (bir) ədəd kağız bükülü aşkar edilərək götürülmüşdür. Şəxs həmin maddənin özünə məxsus olduğunu və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. - Məhkəmə – bioloji ekspertizası ilə bağlı tərtib olunmuş 18 noyabr 2024-cü il tarixli 16/1082 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim olunmuş üzərində “xx.xx.2024-cü ildə tarixində Xankəndi şəhər ərazisində yerləşən vət.Şəxs təqdim etdiyi narkotik vasitə olan marixuanaya bənzər kütlə...” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd karton kağız bükümdə təmiz çəkisi 0,07 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan – qurudulmuş marixuanadır”. Həmin rəyin təsviri – əsaslandırıcı hissəsinin sonuncu abzasına əlavə olunmuş qeydə əsasən «marixuananın təmiz çəkisi – 0,07 qram, tədqiqata sərf edildi – 0,2 qram, qalıq – 0,05 qram». Rəyə əlavə olunmuş “Ekspertiza xərcinə dair bildiriş”ə əsasən ekspertiza tədqiqatının dəyəri 30,40 manatdır. - “Şübhəli şəxsin tutulması haqqında” 17 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 07.10-da şübhəli şəxs qismində tutulmuşdur. - “Şübhəli şəxs statusuna xitam verilməsi və azad olunma barədə” 18 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs həmin tarixdə həbsdən azad edilmişdir. - “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 20 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs üzərindən narkotik vasitə - qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunması faktına görə Xankəndi Şəhər Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılmış və cinayət tərkibi olmadığından həmin qərarla cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılması üçün qərarın surəti polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilmişdir. - Şəxs barəsində tərtib olunmuş 21 yanvar 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, o, satış məqsədi olmadan az miqdarda – 0,07 qram narkotik vasitə - qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, üzərində saxlamış, Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən 17 noyabr 2024-cü ildə saxlanılıb üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən həmin maddə aşkar edilərək götürülmüşdür. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir:

1. inzibati xəta hadisəsi;

2. inzibati xəta törətmiş şəxs;

3. inzibati xəta törətməkdə şəxsin təqsiri; Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər Məhkəmə iclasında tədqiq olunmuş yuxarıda qeyd edilən sübutların məcmusu ilə 21 yanvar 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın Şəxs tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, Əhmədov X1 Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində inzibati tənbeh təyin edilməlidir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə münasibətdə inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hal yoxdur. Məhkəmə barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə inzibati tənbeh təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası inzibati xəta qanunvericiliyinin prinsiplərini, inzibati tənbehin məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir», «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Təsvir edilən normaların məzmunundan belə görünür ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub tənbehin müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub onun islah edilməsini və inzibati tənbehin digər məqsədlərini təmin edə bilsin. Məhkəmə barəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.1 maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini və xətanı törədənin şəxsiyyətini, əmlak vəziyyətini, inzibati tənbehi yüngülləşdirən halı və tənbehi ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq tənbehin onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə təsirini nəzərə alaraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələbi nəzərə alınmaqla həmin Məcəllənin 206-cı maddəsi ilə ən aşağı həddə cərimə tənbehi tətbiq edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi – 0,05 qram olan narkotik vasitə – qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik İnzibati Xətalar Məcəlləsinin 55-ci maddəsinə əsasən dövlət büdcəsinə aid edilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Əhmədov X1 Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbi nəzərə alınmaqla barəsində 300 (üç yüz) manat məbləğdə cərimə tənbehi tətbiq edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi – 0,05 qram olan narkotik vasitə – qurudulmuş marixuana məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik İnzibati Xətalar Məcəlləsinin 55-ci maddəsinə əsasən dövlət büdcəsinə aid edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar