Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-20/2024 29.10.2024 hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, inzibati xətalar haqqında iş üzrə qərar qəbul etmiş şəxsin nümayəndəsi – Xankəndi şəhər prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X8 iştirakları ilə Şəxsn (bundan sonra – Şəxs MMC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 447.0.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC-yə məxsus “Rahat” əmtəə nişanı ilə Xankəndi şəhərində fəaliyyət göstərən “Rahat Xankəndi” mağazası tərəfindən istehlakçı X2 hüququ pozulmuş, yəni saxlama müddəti xx.xx.2024-cü ildə ötmüş – “X16 Məhsulları” Məhdud Məsuliyyəti Cəmiyyətin istehsal etdiyi “Ərikli kəsmik məhsulu”nu 1 (bir) ədədinin xx.xx.2024-cü il saat 20.00-da və digər 1 (bir) ədədinin isə xx.xx.2024-cü il saat 11.22-də Siyavuş Abdullayevə satışını həyata keçirmiş, buna görə də, barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə 11 oktyabr 2024-cü ildə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi gəlməmiş və həmin Cəmiyyətin direktoru X9 “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 11 oktyabr 2024-cü il tarixli qərara yazılı etiraz verərək qeyd etmişdir ki, xx.xx.2024-cü ildə saxlama müddəti ötmüş – “X16 Məhsulları” Məhdud Məsuliyyəti Cəmiyyətin istehsal etdiyi “Ərikli kəsmik məhsul”larının 04 – xx.xx.2024-cü ildə Siyavuş Abdullayevə satışının realizə olunması bilavasitə Şəxs MMCyə məxsus “Rahat” əmtəə nişanı ilə Xankəndi şəhərində fəaliyyət göstərən “Rahat Xankəndi” mağazasının müdiri X3 təqsiri ilə bağlı olmuş, sonuncu həmin hərəkətləri hüquqi şəxsin xeyrinə və onun maraqlarının qorunması üçün edilməmişdir. Buna görə də, Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında Xankəndi şəhər prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X10 izahatında göstərmişdir ki, X6 ərizə ilə 05 sentyabr 2024-cü ildə prokurorluğa müraciət edərək 04 – xx.xx.2024-cü ildə Xankəndi şəhərində fəaliyyət göstərən “Rahat Xankəndi” mağazasından kəsmik aldığını və onlardan istifadə etdikdən sonra səhhətində narahatçılıq olduğunu, yalnız bundan sonra həmin məhsulların saxlama müddətinin xx.xx.2024-cü ildə bitdiyini qeyd etmişdir. Aparılmış araşdırma zamanı həqiqətəndə Şəxs MMC-yə məxsus “Rahat” əmtəə nişanı ilə Xankəndi şəhərində fəaliyyət göstərən “Rahat Xankəndi” mağazası tərəfindən istehlakçı X2 hüququnun pozulduğu, yəni xx.xx.2024-cü ildə saxlama müddəti ötmüş – “X16 Məhsulları” Məhdud Məsuliyyəti Cəmiyyətin istehsal etdiyi “Ərikli kəsmik məhsulu”nu 1 (bir) ədədinin xx.xx.2024-cü il saat 20.00-da və digər 1 (bir) ədədinin isə xx.xx.2024-cü il saat 11.22-də ona satışının həyata keçirildiyi müəyyən edilmişdir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 11 oktyabr 2024-cü il tarixli qərarda təsvir olunmuş əməli törətməsi, həmçinin inzibati xətalar haqqında iş üzrə qərar qəbul etmək səlahiyyəti olan vəzifəli şəxs tərəfindən toplanmış aşağıdakı sübutlarla da təsdiq olunur: - “Baxış keçirilməsi haqqında” 10 sentyabr 2024-cü il tarixli protokoldan və əlavə olunmuş fotocədvəllərdən görünür ki, “Rahat Xankəndi” mağazasının müdiri X3 iştirakı ilə istehlakçı X2 təqdim etdiyi – “Rahat Xankəndi” mağazası tərəfindən xx.xx.2024-cü ildə saat 20.00.34 və xx.xx.2024-cü ildə saat 11.22.46-da verilmiş satış çeklərinə, habelə üzərində “**********212” barkod nömrəsi olan “X16 Məhsulları” Məhdud Məsuliyyəti Cəmiyyətin istehsal etdiyi 2 (iki) ədəd “Ərikli kəsmik məhsulu”na baxış keçirilərkən Kənan Səlimov həmin məhsulların məhz qeyd olunan satış çekləri əsasında “Rahat Xankəndi” mağazasıda həyata keçirildiyini bildirmişdir. - Rahat Xankəndi” mağazasının müdiri X1 şəhər prokurorluğuna 10 sentyabr 2024cü ildə verdiyi izahatında qeyd etmişdir ki, Şəxs MMC-yə məxsus “Rahat” əmtəə nişanı ilə Xankəndi şəhərində fəaliyyət göstərən “Rahat Xankəndi” mağazası tərəfindən istehlakçı X4 xx.xx.2024-cü ildə saxlama müddəti ötmüş – “X16 Məhsulları” Məhdud Məsuliyyəti Cəmiyyətin istehsal etdiyi “Ərikli kəsmik məhsulu”nun 1 (bir) ədədi xx.xx.2024-cü il saat 20.00-da və digər 1 (bir) ədədi isə xx.xx.2024-cü il saat 11.22-də satılmışdır. Buna səbəb satıcının məsuliyyətsizliyi olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir:
1. inzibati xəta hadisəsi;
2. inzibati xəta törətmiş şəxs;
3. inzibati xəta törətməkdə şəxsin təqsiri; Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər Şəxs MMC yazılı etirazında müdafiəsi ilə bağlı aşağıdakı dəlili irəli sürmüşdür: - saxlama müddəti xx.xx.2024-cü ildə ötmüş – “X16 Məhsulları” Məhdud Məsuliyyəti Cəmiyyətin istehsal etdiyi “Ərikli kəsmik məhsul”larının 04 – xx.xx.2024-cü ildə Siyavuş Abdullayevə satışının realizə olunması bilavasitə Şəxs MMC-yə məxsus “Rahat” əmtəə nişanı ilə Xankəndi şəhərində fəaliyyət göstərən “Rahat Xankəndi” mağazasının müdiri X3 təqsiri ilə bağlı bağlı olmuş, sonuncu həmin hərəkətləri hüquqi şəxsin xeyrinə və onun maraqlarının qorunması üçün edilməmişdir. Bu dəlilə münasibətdə məhkəmə qeyd edir ki, «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinin mənasına görə, hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün həmin Məcəllənin 18.2-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs tərəfindən törədilən inzibati xətaya görə hər iki subyekt (hüquqi və vəzifəli şəxs) məsuliyyətə cəlb edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən “Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar”. İşin fakti halları ilə müəyyən olunur ki, “Rahat Xankəndi” mağazasında malların saxlama müddətinə nəzarət həyata keçirmək mağaza müdiri X3 vəzifəsi olsa da, sonuncu həmin vəzifəni yerinə yetirməmiş, nəticədə saxlama müddəti xx.xx.2024-cü ildə ötmüş “Ərikli kəsmik məhsul”ları 04 – xx.xx.2024-cü ildə Siyavuş Abdullayevə satılmışdır. Məhkəmə işin qeyd olunan faktiki halını Konstitusiya Məhkəməsinin əks olunan hüquqi mövqeyi ilə təhlil edərək bu qənaətə gəlir ki, Kənan Səlimovun müvafiq nəzarəti həyata keçirməməsi Şəxs MMC-nin xeyrinə olan hərəkətlə, yəni vaxtı ötmüş 2 (iki) ədəd məhsulun satışından əldə olunmuş cəmi 6,30 manat pulun Cəmiyyətin hesabına mədaxil edilməsi ilə nəticələnmişdir. Bununla da barəsində inzibati xəta üzrə icraat aparılan şəxs tərəfindən irəli sürülmüş iddianın əksinə olaraq, “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 11 oktyabr 2024-cü il tarixli qərarda təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın Şəxs MMC tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində inzibati tənbeh təyin edilməlidir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə münasibətdə inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hal yoxdur. Məhkəmə barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə inzibati tənbeh təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası inzibati xəta qanunvericiliyinin prinsiplərini, inzibati tənbehin məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1 və 21-ci maddələrinə əsasən «İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir», «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır». Təsvir edilən normaların məzmunundan belə görünür ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub tənbehin müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə təyin olunacaq tənbehin onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə təsirini nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə 4000 (dörd min) manat məbləğində cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 4000 (dörd min) manat məbləğdə cərimə tənbehi tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən İlkin Abdullayev