Məhkəmə qərarları › İş №3(065)-21/2024

Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №3(065)-21/2024

06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-21/2024 06.11.2024 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Xankəndi şəhər prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X5 iştirakı ilə Şəxsn (bundan sonra – Şəxs MMC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin işəgötürəni X6 həmin Cəmiyyətin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və X2 17 iyul 2024-cü ildən 24 iyul 2024-cü il tarixədək Xankəndi şəhəri ərazisində müxtəlif yaşayış evləri, idarə və müəssisələrdə təmizlik işlərinin aparılmasında xadimə kimi işlərin yerinə yetirilməsinə cəlb edilmiş buna görə də, barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 24 oktyabr 2024-cü ildə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi X6 gəlməmiş və teleqramla müraciət edib Cəmiyyətin təqsirini etiraf etmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə iclasında Xankəndi şəhər prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X9 izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və X3 17 avqust 2024-cü ildə ərizə ilə prokurorluğa müraciət edərək Şəxs MMC-nin işəgötürəni X6 tərəfindən əmək müqaviləsi bağlanmadan və əmək haqlaroı ödənilmədən müxtəlif təmizlik işlərinə cəlb olunduqlarını bildirmişlər. Aparılmış araşdırma zamanı həqiqətəndə Şəxs MMC-nin işəgötürəni X4 həmin Cəmiyyətin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və X2 17 iyul 2024-cü ildən 24 iyul 2024-cü il tarixədək Xankəndi şəhəri ərazisində müxtəlif yaşayış evləri, idarə və müəssisələrdə təmizlik işlərinin aparılmasında xadimə kimi işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunmuşdur. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 24 oktyabr 2024-cü il tarixli qərarda təsvir olunmuş əməli törətməsi, həmçinin inzibati xətalar haqqında iş üzrə qərar qəbul etmək səlahiyyəti olan vəzifəli şəxs tərəfindən toplanmış aşağıdakı sübutlarla da təsdiq olunur: - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və X1 09 oktyabr 2024-cü il tarixli izahatlarının məzmunundan görünür ki, 17 iyul 2024-cü ildən 24 iyul 2024-cü il tarixədək Şəxs MMC-də təmizlikçi işləsələr də, onlarla əmək müqaviləsi bağlanmamış və əmək haqları ödənilməmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qarabağ regional şöbəsinin 17 oktyabr 2024-cü il tarixli 3-17-5/2- 73498/2024 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və X1 Şəxs MMC ilə əmək müqavilələri “Əmək və məşğulluq altsistemi”ndə 24 iyul 2024-cü ildə qeydə alınmış və müqavilənin başlanma tarixi kimi 17 iyul 2024-cü il tarix göstərilmişdir. - «İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında» 24 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs MMC-nin işəgötürəni X6 həmin Cəmiyyətin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və X2 17 iyul 2024-cü ildən 24 iyul 2024-cü il tarixədək Xankəndi şəhəri ərazisində müxtəlif yaşayış evləri, idarə və müəssisələrdə təmizlik işlərinin aparılmasında xadimə kimi işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir:

1. inzibati xəta hadisəsi;

2. inzibati xəta törətmiş şəxs;

3. inzibati xəta törətməkdə şəxsin təqsiri; Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən “Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir”. Qanunun qeyd olunan normalarının işığında işin faktiki hallarını təhlil edilərkən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və X3 ilə Şəxs MMC arasında bağlanmış əmək müqaviləsi 24 iyul 2024-cü ildə qüvvəyə minməsinə baxmayaraq, onlar 17 iyul 2024-cü ildən həmin tarixədək həmin Cəmiyyətdə təmizlikçi işinə cəlb olunmuşlar. Bununla da “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 24 oktyabr 2024-cü il tarixli qərarda təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın Şəxs MMC tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində inzibati tənbeh təyin edilməlidir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə münasibətdə inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hal yoxdur. Məhkəmə barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə inzibati tənbeh təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası inzibati xəta qanunvericiliyinin prinsiplərini, inzibati tənbehin məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1 və 21-ci maddələrinə əsasən «İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir», «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır». Təsvir edilən normaların məzmunundan belə görünür ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub tənbehin müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə təyin olunacaq tənbehin onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə təsirini nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 20000 (iyirmi min) manat məbləğində cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 20000 (iyirmi min) manat məbləğdə cərimə tənbehi tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar