Məhkəmə qərarları › İş №3(065)-22/2024

Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №3(065)-22/2024

21.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-22/2024 21.11.2024 hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Xankəndi şəhər prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X1 iştirakı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin (bundan sonra – "xxxx" MMC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xankəndi şəhər prokuroru tərəfindən 24 oktyabr 2024-cü ildə qəbul olunmuş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarda qeyd olunur ki, “Hüquq şəxs Şəxs MMC-də sahə rəisi (briqadir) vəzifəsində işləyən vəzifəli şəxs X7 adıçəkilən hüquqi şəxsin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərək əmək müqaviləsi (kontraktlı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qayadada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs Zərərçəkmiş şəxs 18 may 2024-cü il tarixdən 12 sentyabr 2024-cü il tarixədək olan müddət ərzində Xankəndi şəhər ərazisində “Qarabağ hotelin”, daha sonra “X6” adlanan binanın və “Bulud hotelin “ tikintisi ilə bağlı aparılan tikinti və yenidənqurma işlərində fəhlə vəzifəsində işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir”. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Xankəndi şəhər prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X5 izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs sağ ayağının pəncə nahiyəsinə 12 sentyabr 2024-cü ildə yad cisim batması faktına görə prokurorluqda araşdırma aparılan zaman, sonuncunun əmək müqaviləsi olmadan Şəxs MMC-də sahə rəisi (briqadir) vəzifəsində işləyən vəzifəli şəxs X7 tərəfindən Xankəndi şəhər ərazisində “Qarabağ hotelin”, daha sonra “X6” adlanan binanın və “Bulud hotelin “ tikintisi ilə bağlı aparılan tikinti və yenidənqurma işlərində fəhlə işinə cəlb olunmuşdur. Buna görə də, Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 24 oktyabr 2024-cü il tarixli qərar qəbul edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərmişdir ki, Şəxs MMC-də tikinti sahəsində briqadir işləyir və vəzifəsini Xankəndi şəhərində icra edir. Xankəndi şəhərində aparılan tikinti, təmir və bərpa işlərində işçilərin işə götürülməsi ilə bağlı səlahiyyətlidir. Belə ki, işlə bağlı müraciət edən şəxslərin müvafiq sənədlərini toplayaraq Cəmiyyətin rəhbərliyinə təqdim edir. Zərərçəkmiş şəxs Xankəndi şəhərində Cəmiyyət tərəfindən aparılan tikinti, təmir və bərpa işlərinə cəlb olunmasında rəhbərliyin xəbəri olmamış və lakin şirkət tərəfindən ayrılan pulla Zərərçəkmiş şəxs əməyinin haqqı ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Qarabağ regional şöbəsinin 19 sentyabr 2024cü il tarixli 3-17-512-64812/2024 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs barəsində Əmək və X4 əmək müqaviləsi ilə bağlı heç bir məlumat yoxdur. İş materiallarında olan Şəxs MMC üzrə 15 fevral 2024-cü il tarixli 15/6 nömrəli əmrdən çıxarışdan görünür ki, X7 05 fevral 2024-cü ildə tikinti sahəsinə briqadir vəzifəsinə təyin edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir:

1. inzibati xəta hadisəsi;

2. inzibati xəta törətmiş şəxs;

3. inzibati xəta törətməkdə şəxsin təqsiri; Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2023-cü il tarixli qərarında əks olunan hüquqi mövqeyə görə hüquqi şəxslərin inzibati xətaya görə məsuliyyətə cəlb edilib-edilməməsi məsələsinin həlli zamanı məhkəmələr tərəfindən hüquqi şəxsin baş vermiş inzibati xətanın qarşısının alınması üçün imkanlarının olub-olmaması, onun tərəfindən nəzarətin lazımi qaydada həyata keçirilib-keçirilməməsi müəyyən edilməlidir. Əks yanaşma hüquqi şəxslərə münasibətdə obyektiv təqsirləndirmə halı yaratmış olar. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən “Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar”. Məhkəmə qanunun və qeyd olunan hüquqi mövqeyin işığında işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qayadada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs Zərərçəkmiş şəxs Xankəndi şəhər ərazisində “Qarabağ hotelin”, daha sonra “X6” adlanan binanın və “Bulud hotelin “ tikintisi ilə bağlı aparılan tikinti və yenidənqurma işlərində fəhlə kimi cəlb edilməsinin qarşısını almaq imkanı olmamışdır. Belə ki, Şəxs MMC müvafiq məsələlərə nəzarət sahə briqadiri X2 həvalə edilmiş və sonuncu da həmin halın qarşısını almamışdır. Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarında həmçinin qeyd olunmuşdur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinin mənasına görə, hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün həmin Məcəllənin 18.2-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs tərəfindən törədilən inzibati xətaya görə hər iki subyekt (hüquqi və vəzifəli şəxs) məsuliyyətə cəlb edilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qayadada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs Zərərçəkmiş şəxs Xankəndi şəhər ərazisində “Qarabağ hotelin”, daha sonra “X6” adlanan binanın və “Bulud hotelin “ tikintisi ilə bağlı aparılan tikinti və yenidənqurma işlərində fəhlə kimi cəlb olunması Şəxs MMC-nin xeyrinə və ya maraqlarının qorunmasına xidmət etməmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən “Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir”. Məhkəmə qanunvericiliyin qeyd olunan normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar