Məhkəmə qərarları › İş №3(065)-23/2024

Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №3(065)-23/2024

05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-23/2024 05.12.2024 hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məmmədov Natiq Ələsgər oğlunun katibliyi, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs, inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs – Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi X2 iştirakları ilə xx xxx 1989-cu ildə Ağdam rayonu Əfətli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Ağdam rayonu Əfətli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 05 dekabr 2024-cü ildə saat 01 radələrində içərisində sərnişin olduğu avtomobillə Xankəndi şəhərini 4 nömrəli blok postdan keçməklə tərk edərkən onda aparılmasına icazə verilməyən əşyalar aşkar olunduğundan Xankəndi Şəhər Polis Şöbəsinin inzibati binasına dəvət olunmuş, polis şöbəsində olan zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «102 zəng mərkəzi»nə dəfələrlə zəng edərək operatoru təhqir etmiş, bu zaman onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış, ona görə də, barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə 05 dekabr 2024-cü ildə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan maddə üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, təxminən 4-5 ay olar ki, Xankəndi şəhərində müxtəlif yerlərdə fəhlə işləmişdir. 04 dekabr 2024-cü ildə axşam saatlarında tanışları ilə birlikdə yemək yeyən zaman bir qədər spirtli içki qəbul etmişdir. Ailə üzvlərinə baş çəkmək üçün 05 dekabr 2024-cü ildə saat 1 radələrində Ağdam rayonuna yol düşmüş, bu zaman özü ilə götürdüyü məişət əşyalarını sərnişin olduğu avtomobilin yük yerə qoymuşdur. Xankəndi şəhərini 4 nömrəli blok postdan keçməklə tərk edərkən polis əməkdaşları tərəfindən avtomobil yoxlanılarkən götürdüyü əşyalar aşkar edilmişdir. Bundan sonra onu Xankəndi Şəhər Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman polis əməkdaşlarının hərəkətlərinə etiraz olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «102 zəng mərkəzi»nə dəfələrlə zəng edərək, ona cavab vermiş operatoru təhqir etmişdir. Bu zaman polis əməkdaşları onu intizama dəvət etsələr də, alkoqol sərxoşluğu vəziyyətində olduğundan onların tələbinə tabe olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs – Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi X3 izahatında göstərmişdir ki, Şəxs 05 dekabr 2024-cü ildə saat 01 radələrində içərisində sərnişin olduğu avtomobillə Xankəndi şəhərini 4 nömrəli blok postdan keçməklə tərk edərkən onda aparılmasına icazə verilməyən əşyalar aşkar olunduğundan Xankəndi Şəhər Polis Şöbəsinin inzibati binasına dəvət olunmuş, polis şöbəsində olan zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «102 zəng mərkəzi»nə dəfələrlə zəng edərək operatoru təhqir etmiş, bu zaman onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış, ona görə də, barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 05 dekabr 2024-cü ildə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin 05 dekabr 2024-cü ildə MN ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş əməlləri törətməsi yuxarıda qeyd olunan sübutlarla yanaşı, həmçinin inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs tərəfindən toplanmış aşağıdakı sübutlarla da təsdiq olunur: - Xankəndi Şəhər Polis Şöbəsinin məsul növbətçisi Fuad Məmmədov tərəfindən tərtib olunmuş 05 dekabr 2024-cü il tarixli raportdan görünür ki, Şəxs 05 dekabr 2024-cü ildə saat 01 radələrində içərisində sərnişin olduğu avtomobillə Xankəndi şəhərini 4 nömrəli blok postdan keçməklə tərk edərkən onda aparılmasına icazə verilməyən əşyalar aşkar olunduğundan Xankəndi Şəhər Polis Şöbəsinin inzibati binasına dəvət olunmuş, polis şöbəsində olan zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «102 zəng mərkəzi»nə dəfələrlə zəng edərək operatoru təhqir etmişdir. - Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi X3 tərəfindən tərtib olunmuş 05 dekabr 2024-cü il tarixli raportdan görünür ki, Şəxs 05 dekabr 2024-cü ildə saat 01 radələrində içərisində sərnişin olduğu avtomobillə Xankəndi şəhərini 4 nömrəli blok postdan keçməklə tərk edərkən onda aparılmasına icazə verilməyən əşyalar aşkar olunduğundan Xankəndi Şəhər Polis Şöbəsinin inzibati binasına dəvət olunmuş, polis şöbəsində olan zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «102 zəng mərkəzi»nə dəfələrlə zəng edərək operatoru təhqir etmiş, bu zaman onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. - Şəxs 05 dekabr 2024-cü il tarixli izahatının məzmunundan görünür ki, o, həmin tarixdə saat 01 radələrində Xankəndi Şəhər Polis Şöbəsinin inzibati binasında polisin qanuni tələbinə tabe olmaması ilə bağlı hərəkətlər etdiyini etiraf etmişdir. - “İnzibati qaydada tutma haqqında” 05 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, o, həmin gün saat 02.50-də tutulmuşdur. - Alcovisor – Jupiter X” markalı xüsusi texniki vasitə ilə 05 dekabr 2024-cü ildə saat 02.36-da aparılan müayinənin nəticəsini əks etdirən kağız daşıyıcıdan görünür ki, Şəxs qanında alkoqolun konsentrasiyasının 1,329 promilli olmuşdur İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: - inzibati xəta hadisəsi; - inzibati xəta törətmiş şəxs; - inzibati xəta törətməkdə şəxsin təqsiri. Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər Məhkəmə qanunun qeyd olunan normalarının işığında yuxarıda qeyd edilən sübatları tədqiq edərək hesab edir ki, 05 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın Şəxs tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Səmədov X1 Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində inzibati tənbeh təyin edilməlidir. Şəxs münasibətdə inzibati xətalar haqqında iş üzrə icraatı rədd edən hal yoxdur. Məhkəmə barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə inzibati tənbeh təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası inzibati xəta qanunvericiliyinin prinsiplərini, inzibati tənbehin məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir», «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Təsvir edilən normaların məzmunundan belə görünür ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub tənbehin müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub onun islah edilməsini və inzibati tənbehin digər məqsədlərini təmin edə bilsin. “Elektron məhkəmə portalı”ndan 05 dekabr 2024-cü ildə əldə olunmuş məlumatdan görünür ki, Şəxs himayəsində 3 nəfər azyaşlı – xx.xx.2013-cü il təvəllüdlü Pünhan, xx.xx.2014-cü il təvəllüdlü Tofiq və 31 dekabr 2019-cu il təvəllüdlü Ramal adlı uşaq var. Məhkəmə barəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və himayəsində 3 (üç) nəfər azyaşlı uşağının olmasını inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.1 və 32.2-ci maddələrinə əsasən məsuliyyəti yüngülləşdirən hallar hesab edir. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs inzibati xətanı sərxoş halda törətməsini məsuliyyəti ağırlaşdıran hal hesab edir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini və xətanı törədənin şəxsiyyətini, əmlak vəziyyətini, inzibati tənbehi yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq tənbehin onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə təsirini nəzərə alaraq hesab edir ki, Səmədov X1 Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində 8 (səkkiz) gün müddətə inzibati həbs tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Səmədov X1 Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 8 (səkkiz) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin başlanğıcı 05 dekabr 2024-cü il saat 02.50-dən hesablansın. Qərar dərhal icra olunmaqla, icrası Xankəndi Şəhər Polis Şöbəsinə və Bərdə Rayon Polis Şöbəsinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar