Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-25/2025 05.05.2025 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs, inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs – Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi X3 iştirakları ilə xx xxxxx 1993-cü ildə Bərdə rayonu Yenidaşkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində inşaatçı işləyən, Bərdə rayonu Yenidaşkənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 04 may 2025-ci ildə saat 23 radələrində alkoqol sərxoşluğu vəziyyətində Xankəndi şəhərində yerləşən «Zəngəzur» restoranında uca səslə danışıb, ünvansız söyüş söyməklə, ictimai qaydanı pozmaqla xuliqanlıq etmiş, bu zaman onu intizama dəvət edən polis əməkdaşı – Xankəndi Şəhər Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili X2 qanuni tələbinə qəsdən tabe olmamış, ona görə də, barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə 05 may 2025-ci ildə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan maddələr üzrə özünü tam təqsirli bilərək qeyd etmişdir ki, tanışları ilə 04 may 2025ci ildə saat 23 radələrində Xankəndi şəhərində yerləşən «Zəngəzur» restoranında yemək yeyərkən, bir qədər spirtli içki qəbul etmişdir. İçkinin təsirindən onda alkoqol sərxoşluğu yaranmış və nəticədə özünə nəzarəti itirərək, uca səslə ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman polis əməkdaşı Seymur Verdiyev ona yaxınlaşaraq, intizama dəvət etsə də, sonuncunun təklifinə məhəl qoymamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xankəndi Şəhər Polis X7 Xitməti Bölüyünün polis nəfəri X4 izahatında göstərmişdir ki, 04 may 2025-ci ildə saat 22 radələrində Xankəndi şəhəri ərazisində yerləşən “Zəngəzur” restoranında olan zaman Şəxs uca səslə ünvansız nalayiq sözlər işlətdiyini eşitmiş və dərhal yaxınlaşaraq sonuncunu intizama dəvət etmişdir. Lakin Şəxs onun çağrışına məhəl qoymayaraq ictimai qaydanını pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərini davam etdirmişdir. Belə olan halda Şəxs hərəkətləri barədə raportla polis şöbəsinin rəisinə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xankəndi Şəhər Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri X5 digər şahid X2 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs – Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi X6 izahatında göstərmişdir ki, Şəxs 04 may 2025-ci ildə saat 23 radələrində alkoqol sərxoşluğu vəziyyətində Xankəndi şəhərində yerləşən «Zəngəzur» restoranında uca səslə danışıb, ünvansız söyüş söyməklə, ictimai qaydanı pozmaqla xuliqanlıq etmiş, bu zaman onu intizama dəvət edən polis əməkdaşı – Xankəndi Şəhər Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili X2 qanuni tələbinə qəsdən tabe olmamış, ona görə də, barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə 05 may 2025-ci ildə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin 05 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş əməlləri törətməsi yuxarıda qeyd olunan sübutlarla yanaşı, həmçinin inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs tərəfindən toplanmış aşağadıka sübutlarla da təsdiq olunur: - “Alcovisor – Jupiter X” markalı xüsusi texniki vasitə ilə 04 may 2025-ci ildə saat 23.44-də aparılan müayinənin nəticəsini əks etdirən kağız daşıyıcıdan görünür ki, Seymur Verdiyev müayinədən keçirilməmişdən qabaq cizah avtomatik rejimdə test edilmiş və nəticə 0,000 promilli olmuşdur. Müayinə nəticəsində Seymur Verdiyevin qanında alkoqolun konsentrasiyası 1,469 promilli olmuşdur - Şəxs 05 may 2025-ci il tarixli izahatının məzmunundan görünür ki, o, 04 may 2025-ci ildə saat 22 radələrində Xankəndi şəhər ərazisində yerləşən “Zəngəzur” restoranında olan zaman xırda xuliqanlıq etməsini və polisin qanuni tələbinə tabe olmaması ilə bağlı hərəkətlər etdiyini etiraf etmişdir. - Şəxs barəsində tərtib olunmuş 05 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, o, 04 may 2025-ci ildə saat 23 radələrində alkoqol sərxoşluğu vəziyyətində Xankəndi şəhərində yerləşən «Zəngəzur» restoranında uca səslə danışıb, ünvansız söyüş söyməklə, ictimai qaydanı pozmaqla xuliqanlıq etmiş, bu zaman onu intizama dəvət edən polis əməkdaşı – Xankəndi Şəhər Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili X2 qanuni tələbinə qəsdən tabe olmamışdır. - “İnzibati qaydada tutma haqqında” 04 may 2025-ci il tarixli MN 396 nömrəli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 23.30-da inzibati qaydada tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: - inzibati xəta hadisəsi; - inzibati xəta törətmiş şəxs; - inzibati xəta törətməkdə şəxsin təqsiri. Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər Məhkəmə qanunun qeyd olunan normalarının işığında yuxarıda qeyd edilən sübatları tədqiq edərək hesab edir ki, 05 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın Şəxs tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, Musayev X1 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində inzibati tənbeh təyin edilməlidir. Şəxs münasibətdə inzibati xətalar haqqında iş üzrə icraatı rədd edən hal yoxdur. Məhkəmə barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə inzibati tənbeh təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası inzibati xəta qanunvericiliyinin prinsiplərini, inzibati tənbehin məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir», «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Təsvir edilən normaların məzmunundan belə görünür ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub tənbehin müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub onun islah edilməsini və inzibati tənbehin digər məqsədlərini təmin edə bilsin. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən “Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir”. Məhkəmə barəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini və xətanı törədənin şəxsiyyətini, əmlak vəziyyətini, inzibati tənbehi yüngülləşdirən halı və tənbehi ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq tənbehin onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə təsirini nəzərə alaraq hesab edir ki, Musayev X1 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinin tələbi nəzərə alınmaqla ona İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 15 (on beş) gün müddətə inzibati həbs tənbehi tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən Şəxs inzibati qaydada tutulduğu müddət inzibati tənbehin müddətinə daxil edilməklə, inzibati həbs müddətinin başlanğıcı 04 may 2025-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Musayev X1 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq olunmaqla, ona İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 15 (on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri təyin edilsin. İnzibati həbs müddətinin başlanğıcı 04 may 2025-ci il saat 23.30-dan hesablansın. Qərar dərhal icra olunmaqla, icrası Xankəndi Şəhər Polis Şöbəsinə və Bərdə Rayon Polis Şöbəsinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən İlkin Abdullayev
Məhkəmə qərarları › İş №3(065)-25/2025
Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №3(065)-25/2025
05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver