Məhkəmə qərarları › İş №3(065)-29/2025

Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №3(065)-29/2025

15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-29/2025 15.05.2025 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş hüquqi şəxs – “Xankəndi, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə, rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs –Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X4 iştirakları ilə xx xxxxxxxx 1978-ci ildə Laçın rayonu Budaqdərə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, təhsilsiz, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Laçın rayonu Budaqdərə kəndində qeydiyyatda olmaqla, Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 12 mart 2025-ci ildə Xankəndi şəhəri ərazisindən ümumi dəyəri 55 (əlli beş) manat olan, 1 (bir) ədəd istifadədə olmuş soba, 1 (bir) ədəd kiçik ölçülü qızdırıcı oğurlamaqla “Xankəndi, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinə qeyd olunan məbləğdə maddi ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək qeyd etmişdir ki, 12 mart 2025-ci il tarixində Xankəndi şəhərində qohumu X2 ilə gəzərkən ünvansız evlərin qarşısında 01 (bir) ədəd istifadədə olmuş soba, 01 (bir) ədəd kiçik ölçülü qızdırıcı görmüş, onları idarə etdiyi “Mercedes” markalı 02BL196 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin yük hissəsinə yükləmək qərarına gəlmişdir. Bu zaman qohumu X2 ona həmin əşyaları götürməmək barədə xəbardarlıq etmişdir. Həmin tarixdə Xankəndi şəhəri ərazisində quraşdırılmış işğaldan azad olunmuş ərazilərə giriş-çıxışa nəzarət edən 2 saylı blok postdan keçən zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində nəqliyyat vasitəsinə baxış keçirilən zaman qanunsuz yolla əldə etdiyi müvafiq əşyalar aşkar olunaraq götürülmüşdür. Əməlindən peşmandır. Qeyd olunan əşyalar zərərçəkmiş hüquqi şəxsə qaytarıldığından və onlarla barışıq əldə etdiyidən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs – “Xankəndi, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə qeyd etmişdir ki, Şəxs oğurladığı bütün əşyalar – ümumi dəyəri 55 (əlli beş) manat olan 1 (bir) ədəd istifadədə olmuş soba, 1 (bir) ədəd kiçik ölçülü qızdırıcı ondan götürülmüşdür. Buna görə də, Şəxslə barışmış, ona qarşı şikayət və tələbləri yoxdur. Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X7 bildirmişdir ki, Musayev X1 Şəhəri ərazisində “Xankəndi, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinə məxsus 1 (bir) ədəd istifadədə olmuş soba, 1 (bir) ədəd kiçik ölçülü qızdırıcını gizli yolla talamışdır. Şəxs daha sonra götürdüyü bütün əşyaları geri qaytarmaqla vurduğu maddi ziyanı ödəmiş və zərərçəkmiş şəxslə barışmışdır. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin 15 may 2025-ci il tarixli “İnzibati xəta haqqında” MN ******* nömrəli protokolda təsvir olunmuş əməli törətməsi yuxarıda qeyd olunan sübutlarla yanaşı, həmçinin X5 Təhqiqat bölməsində toplanmış aşağıdakı sübutlarla da təsdiq olunur: - “Baxış keçirilməsi haqqında” 12 may 2025-ci il tarixli protokoldan görünür ki, protokoldan görünür ki, Şəxs istifadəsində olan «Mersedes» markalı 02BL196 qeydiyyat nişanlı avtomobilə həmin tarixdə baxış keçirilərkən avtomobilin yük yerindən 1 (bir) ədəd istifadədə olmuş soba, 1 (bir) ədəd kiçik ölçülü qızdırıcı aşkar edilərək götürülmüşdür - “Eldost İnşaat” tərəfindən tərtib olunmuş məlumatdan görünür ki, 1 (bir) ədəd istifadədə olmuş soba, 1 (bir) ədəd kiçik ölçülü qızdırıcının ümumi dəyəri 55 (əlli beş) manatdır. - “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 04 aprel 2025-ci il tarixli qərardan görünür ki, Şəxs 19 yanvar 2025-ci ildə Xankəndi şəhəri ərazisindən ümumi dəyəri 55 (əlli beş) manat olan, 1 (bir) ədəd istifadədə olmuş soba, 1 (bir) ədəd kiçik ölçülü qızdırıcını oğurlaması faktına görə cinayət işinin başlanması rədd edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir:

1. inzibati xəta hadisəsi;

2. inzibati xəta törətmiş şəxs;

3. inzibati xəta törətməkdə şəxsin təqsiri; Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər Məhkəmə iclasında tədqiq olunmuş yuxarıda qeyd edilən sübutların məcmusu ilə 15 may 2025-ci il tarixli “İnzibati xəta haqqında” MN ******* nömrəli protokolda təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın X6 tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə işin faktiki hallarını nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. - Zərərçəkmiş hüquqi şəxs –“Xankəndi, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəmədə verdiyi izahatın məzmunundan görünür ki, X6 publik hüquqi şəxsə dəymiş maddi ziyanı ödəmiş, buna görə də, onunla barışmışlar. - Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs X3 15 may 2025-ci il tarixli ərizəsindən, habelə məhkəmədə verdiyi izahatının məzmunundan görünür ki, o, əməlini etiraf edir, dəymiş ziyanı ödədiyi üçün barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 227, 232- 1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir”. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən “bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda” inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qanunun qeyd olunan normasını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs vurulmuş ziyanı tamamilə ödədiyi və zərərçəkmiş şəxslə barışdığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən xitam verilsin. Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd istifadədə olmuş soba, 1 (bir) ədəd kiçik ölçülü qızdırıcı “Xankəndi, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə təhvil verilsin Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar