Məhkəmə qərarları › İş №3(065)-3/2025

Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №3(065)-3/2025

13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-3/2025 13.02.2025 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs – Şəxsn qanuni təmsilçisi X5, Xankəndi şəhər prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X3 iştirakları ilə Şəxsn (bundan sonra – Şəxs MMC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin işəgötürəni X4 həmin Cəmiyyətin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs Zərərçəkmiş şəxs 19 sentyabr 2024-cü ildən 30 sentyabr 2024-cü il tarixədək həmin Cəmiyyətə məxsus olan və “Bəyaz Xankəndi” firma adı ilə fəaliyyət göstərən restoranda aşbaz işinin yerinə yetirilməsinə cəlb edilmiş buna görə də, barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 31 yanvar 2025-ci ildə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul edilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin qanuni təmsilçisi X7 Cəmiyyəti qeyd olunan inzibati xətanın törədilməsində təqsirli bilərək qeyd etmişdir ki, Zərərçəkmiş şəxs əmək müqaviləsi olmadan 19 sentyabr 2024-cü ildən 30 sentyabr 2024-cü il tarixədək Cəmiyyətə məxsus olan və “Bəyaz Xankəndi” firma adı ilə fəaliyyət göstərən restoranda aşbaz kimi fəaliyyət göstərmiş, hər gün üçün ona 30 manat pul verilmişdir. Lakin Zərərçəkmiş şəxs vəzifəsinin öhdəsindən layqincə gəlməmiş və bişirdiyi yeməklərlə bağlı müştərilərdən narazılıq daxil olmuşdur. Buna görə də, Zərərçəkmiş şəxs ilə əmək müqaviləsi bağlanmamış və o, 11 gündən sonra restorandan kənarlaşdırılmışdır. Məhkəmə iclasında Xankəndi şəhər prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X6 izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs əmək müqaviləsi olmadan 19 sentyabr 2024-cü ildən 30 sentyabr 2024-cü il tarixədək Şəxs MMC-yə məxsus olan və “Bəyaz Xankəndi” firma adı ilə fəaliyyət göstərən restoranda aşbaz işləməsi faktına görə şəhər prokurorluğunda araşdırma aparılmış və həmin fakt təsdiqini tapdığından, həmin Cəmiyyət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 31 yanvar 2025-ci ildə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul edilmişdir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 31 yanvar 2025-ci il tarixli qərarda təsvir olunmuş əməli törətməsi, həmçinin inzibati xətalar haqqında iş üzrə qərar qəbul etmək səlahiyyəti olan vəzifəli şəxs tərəfindən toplanmış aşağıdakı sübutlarla da təsdiq olunur: - 18 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs əmək müqaviləsi məlumatları EPİS vasitəsi ilə yoxlanılan zaman, onun 10 aprel 2024-cü ildən hazırki vaxtadək hər hansı işəgötürən ilə əmək müqaviləsinin olması aşkar edilməmişdir. - Zərərçəkmiş şəxs 02 oktyabr 2024-cü il və 26 dekabr 2024-cü tarixli izahatlarının məzmunundan görünür ki, o, 19 sentyabr 2024-cü ildən 30 sentyabr 2024-cü il tarixədək Şəxs MMC-yə məxsus olan və “Bəyaz Xankəndi” firma adı ilə fəaliyyət göstərən restoranda aşbaz işləsə də, onunla əmək müqaviləsi bağlanmamışdır. - “Sənədlərə baxış keçirilməsi haqqında” 06 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs əmək müqaviləsi məlumatları “X1 Sistemi” vasitəsi ilə yoxlanılan zaman, onun 10 aprel 2024-cü ildən hazırki vaxtadək hər hansı işəgötürən ilə əmək müqaviləsinin olması aşkar edilməmişdir. - X2 27 dekabr 2024-cü il və X5 21 yanvar 2025-ci il tarixli izahatlarının məzmunundan görünür ki, Zərərçəkmiş şəxs 19 sentyabr 2024-cü ildən 30 sentyabr 2024-cü il tarixədək Şəxs MMC-yə məxsus olan və “Bəyaz Xankəndi” firma adı ilə fəaliyyət göstərən restoranda aşbaz işləsə də, onunla əmək müqaviləsi bağlanmamışdır. - «İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında» 31 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Şəxs MMC-nin işəgötürəni X4 həmin Cəmiyyətin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs Zərərçəkmiş şəxs 19 sentyabr 2024-cü ildən 30 sentyabr 2024-cü il tarixədək həmin Cəmiyyətə məxsus olan və “Bəyaz Xankəndi” firma adı ilə fəaliyyət göstərən restoranda aşbaz işinin yerinə yetirilməsinə cəlb edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir:

1. inzibati xəta hadisəsi;

2. inzibati xəta törətmiş şəxs;

3. inzibati xəta törətməkdə şəxsin təqsiri; Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta obyektiv cəhətdən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə törədilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən “Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir”. Qanunun qeyd olunan normalarının işığında işin faktiki hallarını təhlil edilərkən müəyyən olunur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs Zərərçəkmiş şəxs 19 sentyabr 2024-cü ildən 30 sentyabr 2024-cü il tarixədək həmin Cəmiyyətə məxsus olan və “Bəyaz Xankəndi” firma adı ilə fəaliyyət göstərən restoranda aşbaz işnin yerinə yetirilməsinə cəlb edilmişdir. Odur ki, işin müəyyən olunmuş hüquqi əhəmiyyət kəsb edən faktiki halları İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin dispozitiv əlamətləri ilə tamamilə uzlaşır. Bununla da “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 31 yanvar 2025-ci il tarixli qərarda təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın Şəxs MMC tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində inzibati tənbeh təyin edilməlidir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə münasibətdə inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hal yoxdur. Məhkəmə barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə inzibati tənbeh təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası inzibati xəta qanunvericiliyinin prinsiplərini, inzibati tənbehin məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1 və 21-ci maddələrinə əsasən «İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir», «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır». Təsvir edilən normaların məzmunundan belə görünür ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub tənbehin müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə təyin olunacaq tənbehin onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə təsirini nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 20000 (iyirmi min) manat məbləğində cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 20000 (iyirmi min) manat məbləğdə cərimə tənbehi tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar