Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-30/2025 15.05.2025 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş hüquqi şəxs – “Xankəndi, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin nümayəndəsi X1, rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs –Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X2 iştirakları ilə xx xxxx 1978-ci ildə Qazax rayonu Daşsalahlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işləyən, Qazax rayonu Daşsalahlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 18 mart 2025-ci ildə Xankəndi şəhəri ərazisindən ümumi dəyəri 81 (səksən bir) manat olan 1 (bir) ədəd oxlov, 3 (üç) ədəd mütəlif ölçülərdə qazan, 1 (bir) ədəd orta ölçülü güzgü, 2 (iki) ədəd məxtbəxdə istifadə olunan doğrama taxtası oğurlamaqla “Xankəndi, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinə qeyd olunan məbləğdə maddi ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək qeyd etmişdir ki, 18 mart 2025-ci il tarixində Xankəndi şəhərində gəzərkən ünvansız binaların qarşısında 1 (bir) ədəd oxlov, 3 (üç) ədəd mütəlif ölçülərdə qazan, 1 (bir) ədəd orta ölçülü güzgü, 2 (iki) ədəd məxtbəxdə istifadə olunan doğrama taxtası görmüş, onları idarə etdiyi “Ford Transit” markalı 90MG171 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin salon hissəsinə yükləmək qərarına gəlib. Daha sonra Xankəndi şəhəri ərazisində quraşdırılmış işğaldan azad olunmuş ərazilərə giriş-çıxışa nəzarət edən 2 saylı buraxılış məntəqəsindən keçən zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində nəqliyyat vasitəsinə baxış keçirilən zaman qanunsuz yolla əldə etdiyi müvafiq əşyalar aşkar olunaraq götürülmüşdür. Əməlindən peşmandır. Qeyd olunan əşyalar zərərçəkmiş hüquqi şəxsə qaytarıldığından və onlarla barışıq əldə etdiyidən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs – “Xankəndi, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin nümayəndəsi X4 qeyd etmişdir ki, Şəxs oğurladığı bütün əşyalar – ümumi dəyəri 81 (səksən bir) manat təşkil edən 1 ədəd oxlov, 3 ədəd mütəlif ölçülərdə qazan, 1 ədəd orta ölçülü güzgü, 2 ədəd məxtbəxdə istifadə olunan doğrama taxtası ondan götürülmüşdür. Buna görə də, Şəxsla barışmış, ona qarşı şikayət və tələbləri yoxdur. Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X6 bildirmişdir ki, Əmrahov X3 Şəhəri ərazisində “Xankəndi, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinə məxsus 1 (bir) ədəd oxlov, 3 (üç) ədəd mütəlif ölçülərdə qazan, 1 (bir) ədəd orta ölçülü güzgü, 2 (iki) ədəd məxtbəxdə istifadə olunan doğrama taxtasını gizli yolla talamışdır. Şəxs daha sonra götürdüyü bütün əşyaları geri qaytarmaqla vurduğu maddi ziyanı ödəmiş və zərərçəkmiş şəxslə barışmışdır. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin 15 may 2025-ci il tarixli “İnzibati xəta haqqında” MN ******* nömrəli protokolda təsvir olunmuş əməli törətməsi yuxarıda qeyd olunan sübutlarla yanaşı, həmçinin X5 Təhqiqat bölməsində toplanmış aşağıdakı sübutlarla da təsdiq olunur: - “Eldost İnşaat” tərəfindən tərtib olunmuş məlumatdan görünür ki, 01 (bir) ədəd oxlov, 03 (üç) ədəd mütəlif ölçülərdə qazan, 01 (bir) ədəd orta ölçülü güzgü, 02 (iki) ədəd məxtbəxdə istifadə olunan doğrama taxtasının ümumi dəyəri 81 (səksən bir) manatdır. - “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 04 aprel 2025-ci il tarixli qərardan görünür ki, Şəxs 18 mart 2025-ci ildə Xankəndi şəhəri ərazisindən ümumi dəyəri 81 manat olan 01 (bir) ədəd oxlov, 03 (üç) ədəd mütəlif ölçülərdə qazan, 01 (bir) ədəd orta ölçülü güzgü, 02 (iki) ədəd məxtbəxdə istifadə olunan doğrama taxtasını oğurlamaları faktına görə cinayət işinin başlanması rədd edilmişdir İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir:
1. inzibati xəta hadisəsi;
2. inzibati xəta törətmiş şəxs;
3. inzibati xəta törətməkdə şəxsin təqsiri; Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər Məhkəmə iclasında tədqiq olunmuş yuxarıda qeyd edilən sübutların məcmusu ilə 15 may 2025-ci il tarixli “İnzibati xəta haqqında” MN ******* nömrəli protokolda təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın Şəxs tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə işin faktiki hallarını nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. - Zərərçəkmiş hüquqi şəxs –“Xankəndi, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin nümayəndəsi X1 məhkəmədə verdiyi izahatın məzmunundan görünür ki, Şəxs publik hüquqi şəxsə dəymiş maddi ziyanı ödəmiş, buna görə də, onunla barışmışlar. - Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs 15 may 2025-ci il tarixli ərizəsindən, habelə məhkəmədə verdiyi izahatının məzmunundan görünür ki, o, əməlini etiraf edir, dəymiş ziyanı ödədiyi üçün barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 227, 232- 1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir”. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən “bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda” inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qanunun qeyd olunan normasını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs vurulmuş ziyanı tamamilə ödədiyi və zərərçəkmiş şəxslə barışdığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən xitam verilsin. Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd oxlov, 3 (üç) ədəd mütəlif ölçülərdə qazan, 1 (bir) ədəd orta ölçülü güzgü, 2 (iki) ədəd məxtbəxdə istifadə olunan doğrama taxta “Xankəndi, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə təhvil verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən İlkin Abdullayev