Məhkəmə qərarları › İş №3(065)-32/2025

Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №3(065)-32/2025

23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-32/2025 23.06.2025 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs – Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X1 iştirakları ilə xx xxxx 1997-ci ildə Tərtər rayonu Qaynaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ofisiant işləyən, Tərtər rayonu Qaynaq kəndində qeydiyyatda olmaqla, Xankəndi şəhərində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 24 may 2025-ci ildə Xankəndi şəhəri ərazisində Zərərçəkmiş şəxs məxsus 2 (iki) baş keçini oğurlamaqla, sonuncuya ümumilikdə 250 (iki yüz əlli) manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək qeyd etmişdir ki, 24 may 2025-ci il tarixində Xankəndi şəhəri ərazisində “Araz” marketin yaxınlığında olarkən iki ədəd keçi görmüş və onları yaxınlıqdakı binanın qarajına salmışdır. Sonradan polis əməkdaşları tərəfinlən həmin keçilərin Zərərçəkmiş şəxs məxsus oloduğunu öyrənmiş və onları geri qaytarmışdır. Əməlindən peşmandır. Qeyd olunan heyvanlar zərərçəkmiş şəxsə qaytarıldığından və onunla barışıq əldə etdiyidən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qeyd etmişdir ki, Şəxs ümumi dəyəri 250 (iki yüz əlli) manat olan iki ədəd keçi ona qaytarılmışdır. Buna görə də, Şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X4 bildirmişdir ki, Şəxs Xankəndi Şəhəri ərazisində Zərərçəkmiş şəxs məxsus 02 (iki) baş xırda buynuzlu heyvanı (keçini) gizli yolla talamışdır. Şəxs daha sonra götürdüyü heyvanları geri qaytarmaqla vurduğu maddi ziyanı ödəmiş və zərərçəkmiş şəxslə barışmışdır. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin 23 iyun 2025-ci il tarixli “İnzibati xəta haqqında” MN ******* nömrəli protokolda təsvir olunmuş əməli törətməsi yuxarıda qeyd olunan sübutlarla yanaşı, həmçinin X3 Təhqiqat bölməsində toplanmış aşağıdakı sübutlarla da təsdiq olunur: - “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 18 iyun 2025-ci il tarixli qərardan görünür ki, Şəxs 24 may 2025-ci ildə Xankəndi şəhəri ərazisindən ümumi dəyəri 250 (iki yüz əlli) manat olan, 02 (iki) baş xırda buynuzlu heyvanı (keçini) oğurlamsı faktına görə cinayət işinin başlanması rədd edilmişdir. - 24 may 2025-ci il tarixli təhvil-təslim aktına əsasən 2 (iki) baş xırda buynuzlu heyvan sahibinə geri qaytarılmışdır. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir:

1. inzibati xəta hadisəsi;

2. inzibati xəta törətmiş şəxs;

3. inzibati xəta törətməkdə şəxsin təqsiri; Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər Məhkəmə iclasında tədqiq olunmuş yuxarıda qeyd edilən sübutların məcmusu ilə 23 iyun 2025-ci il tarixli “İnzibati xəta haqqında” MN ******* nömrəli protokolda təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın Şəxs tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə işin faktiki hallarını nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. - Zərərçəkmiş şəxs –Zərərçəkmiş şəxs 23 iyun 2025-ci il tarixli ərizəsindən, habelə məhkəmədə verdiyi izahatın məzmunundan görünür ki, Şəxs ona dəymiş maddi ziyanı ödəmiş, buna görə də, onunla barışmışlar. - Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs 23 iyun 2025-ci il tarixli ərizəsindən, habelə məhkəmədə verdiyi izahatının məzmunundan görünür ki, o, əməlini etiraf edir, dəymiş ziyanı ödədiyi üçün barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 227, 232- 1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir”. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən “bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda” inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qanunun qeyd olunan normasını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs vurulmuş ziyanı tamamilə ödədiyi və zərərçəkmiş şəxslə barışdığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar